Oskar Akademiyası üzr istədi

Oskar Akademiyası üzr istədi
1 mart 2017
# 12:51

Amerika film Akademiyası, digər adıyla Oskar Akademiyası, film mükafatlarını verildiyi 89 illik həyatında ən böyük qalmaqala görə üzr istəyib və baş verənləri izah edib.

Bu haqda Oskar Akademiyası açıqlama yayıb.

Fevralın 26-sı axşamı Oskar Akademiyası Oskar mükafatlarının təqdimetmə mərasimində "Ən yaxşı film" nominasiyasında mükafatı seçilmiş film "Moonlight" (Ay işığı) əvəzində "La La Land" filminə verib. Bu yanlış az sonra düzəldilsə də böyük qalmaqal yaranıb və Oskar Akademiyası bir neçə gün sonra buna görə üzr istəyib.

Akademiya yaydığı açıqlamada səhvə görə dərindən mütəəssir olduqlarını bildirib. ""La La Land" və "Moonlight" (Ay işığı) filmlərinin yaradıcı heyətlərindən, Faye Dunaway və Warren Beatty'dən və dünya boyu bizim təqdimetmə mərasimini televiziya başında izləyən tamaşaçılardan üzr istəyirik" - deyə məktubda bildirilir.

83 ildir Oskar mükafatlarının səsverməsini və təqdimetmə mərasimini təşkil edən PricewaterhouseCoopers (PwC) da yaydığı açıqlamada baş verənlərin əməkdaşların səhvi ucbatından olduğunu bildirərək üzr istəyib.

Əslində nə baş vermişdi...

Fevralın 28-i Los-Anceles şəhərində 89-cu Oskar Mükafatı təqdimetmə mərasimində "İlin ən yaxşı filmi"ni elan etmək üçün səhnəyə iki aktyor Warren Beatty və aktrisa Faye Dunaway dəvət olunub. Warren Beatty'yə səhv zərf verildiyi üçün o zərfdə yazılanı oxumazdan əvvəl bir az tərəddüd edib, zərfdə ən yaxşı qadın aktrisa "La La Land" filmindən Emma Stone yazılmışdı. Ancaq Faye Dunaway bunun həm də "Ən yaxşı film" nominasiyasında seçilən filmin "La La Land" olduğunu düşünərək beləcə də elan etmişdi. Filimin yaradıcı heyəti minnətdarlıq çıxışını etmək üçün səhnəyə gələndən az sonra "Ən yaxşı film" nominasiyasında seçilən filmin əslində "Moonlight" olduğu aydınlaşıb./azadliq.org/

# 2888 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər