Mənə ət verin

Mənə ət verin
7 fevral 2017
# 12:43

LAYİHƏ: AKTYORUN QEYDLƏRİ

Necəsiz?

Məncə salamdan daha vacibi "necəsiniz?" kəlməsidir ki, agah olursan qarşındakının hal-əhvalından, əgər əlbəttə ki, həmsöhbətinə laqeyd deyilsənsə.

Rejissor izləyici münasibətləri də belə başlayır...

“Necəsən?”lə.

Və sonra keçir "nə var nə yox?", "mənə görə bir qulluq" mərhələsinə...

Daha doğrusu keçməlidir...

Bizdə bir az fərq eləyir bu münasibətlər, elə hey zorla deyir süd iç, bilirəm süd istəyirsən...

Ataş, mən süd içmirəm, qarnım gedir süddən, mənə ət yeməyi ver, ət beyni daha yaxşı düşündürür!

Ət burda kammerşpile (adi həyatı mövzuya çevirən kino cərəyanı – red.) də ola bilər, spagetti vestern də ola bilər, spletter (Qorxu filminin növü – red.) də pis deyil, elə road movie (yol filmləri – red.) olsun, ziyanı yoxdur...

Yoxsa elə süd iç, süd iç!

İstəmirəm süd, qarnım ağrıdı, bəsdir!

İndi zəhmət olmasa hörmətli rejissor bugünkü günümüzdə bu problemlərin içində məni tanı və mənə istədiyimi ver.

Demirəm dünən problem olmayanda məni tanıyırdın, amma bir az tərpət özünü, başını, beynini indi tanımağa cəhd göstər.

Əla bir rejissorun əla bir sözü var, deyir "Yaxşı zəmanədə qadın pomadası, pis zəmanədə isə antidepressantlar yaxşı satılır.

İndi yaxşı rejissor ol, sat mənə antidepressant.

Almayan kooopoğludu...

# 2251 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #