news-inner
clock21:00 calendar-gray 15 May 2020 view-gray3978 dəfə oxunub
view-gray3978 dəfə oxunub

Məşhur jurnalistin oğlu: "Atam qollarımın arasında can verdi" - Müsahibə

Bu gün şair-yazıçı Zakir Sadatlının doğum gündür. Kulis.az “Atamın xatirəsi” layihəsindən Z.Sadatlının oğlu Vətən Aslanovla söhbəti təkrara təqdim edir.

- Gəl, əvvəl-əvvəl tanış olaq.

- Vətən Aslanov. 24 yaşım var. Azərbaycan Texniki Universitetinin məzunuyam.

- Adın qəribədir...

- Məncə, yox. Adımı bəyənirəm. Ətrafda da həmişə xoş münasibət görmüşəm adıma.

- Yəqin ki, atan qoyub adını...

- Bəli.

- Nə vaxtsa soruşmuşdun ki, ata, niyə mənim adımı Vətən qoymusan?

- Yox, soruşmamışam. Çünki özüm bilirəm səbəbini. O, hərbi xidməti Əfqanıstanda keçirib, orda vuruşub, sonra Qarabağ döyüşlərində olub. Vətənin nə olduğunu bilib və onu sevib. Övladına da Vətən adı verməsi bu sevginin nəticəsidir.

- Özü də 1992-ci ildə doğulan oğluna...

- Bəli.

- Xocalı hadisəsi baş vermişdi, Laçın, Şuşa işğal olunmuşdu...

- Bəli...

- Evdə sənə Vətən deyə müraciət edirdi?

- Daha çox “Oğlum” deyirdi.

- Səninlə Əfqanıstan, Qarabağ haqqında danışırdı heç?

- Danışıbsa da təfsilatı ilə xatırlamıram. Amma Əfqanıstanla bağlı xatirələrini mətbuatdan vaxtaşırı oxuyurdum. Sonra bu yazılar “Əfqanıstan uçurumu” kitabında yer aldı.

- Oxumusan o kitabı?

- Əlbəttə. Məncə, hər kəs oxumalıdır o kitabı. Müharibənin nə demək olduğunu bilmək üçün.

- Kitabda təsvir etdiyi azərbaycanlı hərb yoldaşlarından tanıdığın var?

- Bir neçəsini tanıyırdım. Səngərdə fitlə Azərbaycan mahnısını ifa edən ağdamlını da görmüşdüm gərək ki...

- Atan daha çox nə söhbət edirdi səninlə?

- İnanın, onunla doya-doya söhbət edə bilmədim. Əvvəllər mən uşaq idim, böyüyəndə də o xəstəlik tapdı. Atamı ömrümün ən gözəl çağında itirdim. Hər şeyin pik nöqtəsində...

- Rəhmət gedəndə sənin neçə yaşın vardı?

- İyirmi bir...

- Böyük kişiymişsən...

- Hə, böyük idim. Onun öləcəyinə inanmırdım. İnanmaq istəmirdim. Bacım da, anam da inanmırdı. Təsəvvür edin, öskürəndə ağzından qan gəlirdi, ancaq biz yenə özümüzü inandırırdıq ki, bizi tərk eləməz. Çünki ona çox bağlı idik. Bəlkə də anamızdan çox onu istəyirdik. Xəstələnənəcən onunla bir yatırdım. Xəstələnəndə yatmadım amma. Bədəni çox zəifləmişdi, qanı qalmamışdı, qorxurdum incidəm.

Image result for zakir sadatlı

- İxtisasını onun istəyilə seçdin?

- Yox, özüm arzulamışam. Uşaqlıqdan iqtisadçı olmaq istəyirdim. Hətta oxuya-oxuya bir müddət işlədim də. İqtisadiyyat fakültəsini bitirmişəm...

- Anan nəçidir?

- Dil-ədəbiyyat müəlliməsidir. Atamla tələbə yoldaşı olublar. İkisi də Pedaqoji Universitetin məzunudur.

- Ata kimi necə idi?

- Ciddi adam idi. Biz onun bir sözünü iki eləməzdik. Dedisə, hamı saat 9-da evdə olmalıdır, olmalı idi. Ancaq sərt adam deyildi. Zarafat da edirdi, lətifə də danışırdı.

- Televiziyaya o dünyasını dəyişəndən sonra gəldin, hə?

- Hə.

- Bir növ onun yolunu davam etdirtdin... O da dövlət televiziyasında işləyirdi...

- Bəli. Sağ olsun mənə bu imkanı yaradanlar. Onu deyim ki, televiziya işinə də burda – APA -da öyrəndim.

- Qaşqabaqlı, zəhmli adam idi, amma hamı onu çox istəyirdi...

- Qaşqabaqlı olmaq, görünür həyatı ilə bağlıydı. Çox çətinliklər görmüşdü. Atasını vaxtsız itirmişdi. Sonra Əfqanıstan, sonra Qarabağ hadisələri... O qədər ölümlər, itimlər görmüşdü, ən yaxın yoldaşlarını yanında vurmuşdular, böyük faciələrin şahid olmuşdu. Bunu yazılarında, şeirlərində də görmək olar.

- Kimlər idi yaxın dostları?

- Qulu Ağsəs, Anar Niftəliyev, Qorxmaz Şıxəlioğlu, Vəli Səyyadi....

- Ölümündən sonra etibarını saxladımı dostlar?

- Saxlayan da oldu, itirən də. Amma ümumi narazılığım yoxdu. Atamın müalicəsinə də yaxından kömək elədilər. Yazıçı Pərviz Cəbrayıl onunla Türkiyəyə getdi. Buna görə ona dərindən minnətdaram. Elə şeylər var ki, onu həyatda heç vaxt unutmaq olmur. Daha sonra Qabil Abbasoğlundan, Elbrus Əruddan böyük dəstək gördüm.

- Xəstəliyi qəfil oldu. Sağlam, dözümlü adam idi...

- Biz xəstəliyini biləndən sonra cəmi bir il yaşadı. Üzdən dözümlü görünsə də tez-tez xəstələnirdi. Soyuqlayırdı, qızdırması olurdu, antibiotik vururdular, keçirdi. Bu dəfə keçmədi. Qızdırması yenmədi. Həkimə də getmək istəmirdi. Anamın təkidi ilə apardıq. Ordan da onkologiyaya göndərdilər və ağciyər xərçəngi aşkarlandı.

- Siqareti həddindən artıq çox çəkirdi...

- Hə. Evdə də çəkirdi. Hərdən, gileylənirdim, deyirdim, ata, belə olmaz. Ancaq indi yaşa dolduqca düşünürəm ki, elə lazım imiş. Özünü elə rahat his edirdisə, demək, düz edirmiş. Deyəsən, onun ən yaxın sirdaşı siqaret idi. Həyat çətindir.

- Öləcəyini bilirdi...

- Bilirdi, ancaq bizə bildirmirdi. Özü yazır ki, ölüm heç vaxt insan üçün adiləşə bilməz. O, adi olmayan bir gerçəkliklə üz-üzə olduğunu anlayırdı. Bəlkə də lap yaxın dostu, həmdəmi olsaydı bu barədə danışardı.

- Sizə danışmırdı?

- Məncə, bizə danışmaq istəmirdi. Ancaq bir dəfə o həyətə siqaret çəkməyə çıxanda məndə özüylə çıxdım, yüngülvari söhbətləşdik. Orda dedi ki, bir gün buralarda mənsiz olacaqsan, bu həyətdə mənsiz gəzəcəksən, hazır ol bütün bunlara... Yəqin ki, mənə təsəlli verirdi, öz yoxluğuna öyrəşdirirdi. Mənsə, qəbul etmək istəmirdim. Deyirdim, ata, xahiş edirəm, belə şeylər danışma.

- Dostcanlı idi...

- Çox. Hərdən həyətə yığırdı dostlarını, manqal çatırdılar, məclis qururdular. Dostlarla ünsiyyətdən, deyib-gülməkdən doymurdu. Qarayevdə həyət evimiz var, öz əlləri ilə bağ salıb. Bütün günü torpaqda işləyirdi. Deyirdim, özünü bu qədər yorma. Deyirdi, sən qarışma...

- İş otağı vardı?

- Vardı. O, işləyəndə evdə tam sakitlik olurdu. Televizoru da söndürürdük, kompüteri də.

- Stolunun üstündə kimin kitabı vardı?

- Qulu Ağsəsin şeirlər kitabı... Nəsə nöqtələrlə bağlı adı vardı, unutmuşam... Pərviz Cəbrayılın “Yad dildə” romanı. Kitabxanasında Mirzə Cəlildən tutmuş Markesə qədər hamı vardı.

- Vəfatından dörd il keçir...

- Fevralın 5-də... Həmin gecə onunla yatmışdım. Dedim axı, xəstələnəndən sonra incitməmək üçün ayrı yatırdım, o gecə necə oldusa onunla yatdım. Səhərisi gün nəfəs almağı çətinləşdi, eyvana çıxardıq. Özü yeridi. Bir az keçəndən sonra dedi məni yerimə aparın. İçəri keçəndə dünyasını dəyişdi. Mənim qollarımın arasında...

- Rayonda dəfn olundu...

- Öz vəsiyyətinə görə Cəlilabadda – Sadatlı qəbiristanlığında, ata-anasının yanında dəfn elədik.

- Kitabı çıxanda xəstə idi...

- Dediyim kimi, yazıların çoxu mətbuatda getmişdi. Kitabını gördü. Elə kitabı çıxan il öldü. 2013-də.

- Və ikinci kitab yazılmadı.

- Yazılmadı...

- Halbuki, “Əfqanıstan uçurumu”nun sonunda “Birinci kitabın sonu” yazmışdı... O yaşayacağına, yazacağına inamını itirməmişdi...

- Hə. Elə görünür. Amma tale qismət eləmədi.

2017

Oxşar xəbərlər

Xəbər lenti

Nаmiq Аbdullаyеvin ахırı – Portret-hekayə
21:00 22 Sentyabr 2020
Tanınmış bəstəkara ağır itki üz verdi
18:41 22 Sentyabr 2020
Tarkovski ilə bağlı kadrarxası çəkilişlər hərraca çıxarılacaq
18:04 22 Sentyabr 2020
Sən ağlama, bulaq səslim – Qismət Məsimin yeni şeirləri
17:15 22 Sentyabr 2020
Haqverdiyevlə Üzeyir bəyə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
16:29 22 Sentyabr 2020
Azərbaycanlı reper qəza keçirtdi
15:41 22 Sentyabr 2020
Nişanlısının yaylığı ilə ölümdən qurtuldu, “vətən xaini” idi Sovet İttifaqı Qəhrəmanı oldu - Fransa prezidentinin Brejnyevdən tələb etdiyi azərbaycanlı
15:02 22 Sentyabr 2020
Şəhid oğlunun fotosu və Beynəlxalq Sülh Günü
14:24 22 Sentyabr 2020
Peterburqda susan Azərbaycan tarı: Onun məzar yerini unutmayın!
13:41 22 Sentyabr 2020
Məmur özbaşınalığından serial çəkilir - Azərbaycanda ilk
12:55 22 Sentyabr 2020
Hərbi təlimə gedən dostlarımızın avtobus pəncərəsindən dedikləri - Sərdar Amin yazır…
12:15 22 Sentyabr 2020
Azərbaycan Kiyevdə etnomədəni festivalda - Foto
11:58 22 Sentyabr 2020
Azərbaycanlı yazıçının kitabı rus dilində nəşr olundu
11:10 22 Sentyabr 2020
Nələr görmür gözümüz, nələr çəkmir başımız? – Günün şeiri
10:36 22 Sentyabr 2020
Stalloneyə ağır itki üz verdi
10:25 22 Sentyabr 2020
Norveçdə Nizami məktəbi fəaliyyətə başlayıb
09:53 22 Sentyabr 2020
Biz tərəflər – Şərif Ağayardan yeni hekayə
09:01 22 Sentyabr 2020
Rejissorumuzun filmi Moskva festivalının əsas proqramında
18:57 21 Sentyabr 2020
Notr-Dam kilsəsinin muzeyi işə başladı
18:34 21 Sentyabr 2020
Ayağı kəsilmiş sevgilisini tərk edən Ceyran – Sara İbrahimin hekayəsi
17:48 21 Sentyabr 2020