Bəkarət kəməri: Əvvəllər qadağa, indi seks aləti

Bəkarət kəməri: Əvvəllər qadağa, indi seks aləti
19 yanvar 2017
# 12:26

Dünya haqqında biliklərimiz nə qədərdir?

Edison “hər hansı bir şey haqqında bildiyimiz gerçəyin milyonda biri qədərdir” deyəndə bəlkə bir az ifrata varırdı.

Amma bilmədiklərimiz bir yana dursun, səhv bildiklərimiz necə?

Con Lloyd və Con Mitçinsonun imzası ilə çap olunan “Cahilliklər kitabı” (The Book of General İgnorance) səhv bildiyimiz gerçəkləri bizə açıqlayır.

Kulis.Az bu kitabdan seçmələri təqdim edir.

Bəkarət kəməri haqqında nə bilirsiniz? Bu kəmər nə işə yarayır?

XIX əsrin bir fantaziyasıdır bəkarət kəməri. Bir əsgər arvadına bəkarət kəməri bağlayır, açarını da boynundan asıb savaşa gedirmiş. Məşhur Xaç yürüşlərinə...

Orta əsrlərdə bəkarət kəmərinin istifadəsi haqqında çox az məlumat var. Xaç yürüşlərindən sonra yazılan Konrad Kyeserin “Döyüş gücü” adlı kitabında bəkarət kəməri ilə bir rəsm də yer alıb. Bu rəsm əsəri XV əsrə aiddir. Rəsmdə bəkarət kəmərinin açarı açıq şəkildə görünür. Ancaq açar kişinin yox, qadının ixtiyarında idi.

Orta əsrlərdəki bəkarət kəmərinin bir çoxunun həqiqi olması şübhə altına düşdüyündən muzeylərdə, sərgilərdə yığışdırıldı. Çox güman bu bəkarət kəmərləri kolleksionerlərin maraqlandırmaq üçün düzəldilmişdi. Xüsusən də alman kolleksionerləri üçün...

XIX əsrdə yeni bəkarət kəmərlərinin satışında artım oldu. Amma bu bəkarət kəmərləri qadınlar üçün deyildi.

Viktoriya dövründəki tibbi biliklərə görə masturbasiya sağlıq üçün zərərli idi. Kişilər üçün isə bunsuz dayanmaq çox çətindir. Qadın yox, tənhalıq. Üstəlik də tibb zərərlidir deyir. Əllərini bağlamaq da olmaz. Yemək yeyirlər, işləyirlər. Onları dayandırmağın tək çarəsi vardı: kişiləri bu kəmərləri geyinməyə məcbur etmək.

Müasir dövrdə Orta əsrlərdən daha çox bəkarət kəməri var. Bunun səbəbi seksin qabağını almaq üçün yox, əksinə partnyorları ehtirasa gətirmək üçün...

Amerika adı Vespuççidən götürülməyib! - CAHİLLİKLƏR KİTABI

Amerikadakı dəvələr niyə ölüb?- CAHİLLİKLƏR KİTABI

Şirləri və köpək balıqlarını öldürən bu heyvanı tanıyırsızmı? – CAHİLLİKLƏR KİTABI

II Yekaterina necə ölüb? – İki yüz illik at yalanı

Neron: Ana qatili, seks fetişisti-ROMANI O YANDIRMAMIŞDI

Napoleonun ən alçaldıcı məğlubiyyəti – DOVŞAN MƏSƏLƏSİ

# 3199 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər