Fərdanın müdafiəsinə qalxdılar: “Tənqid edənlər gedib...”

Fərdanın müdafiəsinə qalxdılar: “Tənqid edənlər gedib...”
11 yanvar 2017
# 13:33

Son vaxtlar Fərda Xudaverdiyevin “Selfinaz” stəndapı sosial şəbəkələrdə böyük reaksiyalar doğurub. Çoxları stəndapı sərt tənqid edərək onun uğursuz olduğunu düşünür. Bir çox tamaşaçı Fərdanın Cem Yılmazdan təsirləndiyini bildirib və buna görə də “Selfinaz”ı bəyənmədiyini açıqlayıb.

Kulis.az aktyor Tahir İmanov və Elməddin Cəfərovdan “Selfinaz” haqqında münasibət öyrənib. Cavabları təqdim edirik.

Tahir İmanov

Açığı, edilən tənqidlərdən xəbərdar deyiləm. Çünki sosial şəbəkələrdə yoxam. Ancaq Fərdanın stəndapına baxdım, “Selifanaz”ı çox bəyəndim. Ümumiyyətlə, Fərdanın fəaliyyətini izləyirəm və bəyənirəm. Stəndapı tənqid edənlər birinci gedib özləri nəsə yaratsınlar, cəmiyyətdə bir yer tutsunlar, etdikləri ilə zirvələrə qalxsınlar. Cəmiyyətimizə heç bir töhfə verə bilmirlərsə, ən yaxşısı sussunlar. Susmaq da indi cəmiyyətə töhfənin bir formasıdır. Cem Yılmaza gəlincə isə... Mən Cem Yılmazı tanımıram. Onun fəaliyyətindən xəbərim yoxdur.

Elməddin Cəfərov

“Selfinaz”ı tənqid edənlər də çox oldu, amma Fərdaya haqq qazandıranlar da var idi. Bu qədər gündəmdə qalmağının bir səbəbi nədir? Bu iş Azərbaycanda yenilikdir. Deməli, burda stəndapa tələbat var. Fərdanın bir problemi ondadır ki, Pifaqoru bilməyən tamaşaçıya Pifaqordan zarafat edir. Kütlənin çoxusu stəndapı çətin başa düşür. Bizdə stəndapa baxan kütlə 15-20 faizdir. Stəndap elə bir şeydir ki, ona baxanda düşünməlisən. Fərda da kütləni nəzərə almadan məcburiyyətdən stəndap ortaya qoyub. Pismi eləyib? Bizdə belə bir şey var, deyirlər, filankəs yaman qol vurdu, amma Ronaldoya oxşayır... Təki film olsun, təki inkişaf olsun, təki yenilik olsun, kimə oxşayırıq oxşayaq. Zaman-zaman həll olunacaq bunlar. Nə olar ki, qoy elə futbolçumuz olsun ki, Messi kimi aldada bilsin. Fərdanı Cem Yılmaza oxşatmaqda günahlandırırlar. Qoy bir az oxşasın. Burda pis heç nə yoxdur. Nə olsun, mənə də deyirlər ki, Hacıbabaya oxşayırsan. Mən “Selfinaz” haqqında müsbət fikirdəyəm. Azərbaycanda bu ilkdir. Bu cür tənqidlə üzərinə getmək olmaz. İki ildən sonra Azərbaycanda bu sahə çox inkişaf edəcək. Əvvəl KVN ənənəsi vardı, çoxları orda yetişirdi. İndi stəndapa marağı olan gənclər yetişir. Olmasın bu? Neyləyək? Ancaq başqasının hazırladığı stəndaplara baxaq? Eybi yox bir az bənzərlik olsun, amma bizim olsun.

# 3290 dəfə oxunub

Oxşar xəbərlər

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

16:00 8 oktyabr 2026
İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

14:00 8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Eybəcər - Samirə Əşrəfin hekayəsi

Eybəcər - Samirə Əşrəfin hekayəsi

15:00 5 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər