ADO-nun teatra hörmətsizliyi

ADO-nun teatra hörmətsizliyi
5 yanvar 2017
# 17:47

Əlif Cahangir

Uzun-uzadı yazmaq fikrim yoxdur. Dediyimi artıq demişəm Elminə. Özü də səviyyəsinə yaraşan formada. Çox yaxın bir dostum, gənc teatrşünas Dağlar Yusif Əfəndinin gözəl və dahiyanə bir fikri var. İstərdim, onunla başlıyam və qısa olaraq yekunlaşdıram. Amma bilirəm ki, qısa olmayacaq. Hər halda, çalışacağam.

Deyir:

Seks - Təbiət;

Sevgi - Mədəniyyət;

Eşq - Mənəviyyatdır.

Teatr bir başa sevgidən başlayır. Yəni mədəniyyətdən. Və mənəviyyata doğru yüksəliş formasını alır. O da baxır sən onu öz dünyanla yüksəldə biləcəksən, ya yox. ADO Teatrı teatra olan münasibətini birbaşa təbiətdən başlayıb. Yəni seksdən. Halbuki, o dünya yaranandan bəri intim bir şeydir, yəni onunla insanlar gecələr hər kəs yatandan sonra məşğul olurlar. Bu, gündüz də ola bilər, amma it-pişik kimi yox!

Normal insanlar gündüzlər seksdən vacib olan işlərini bitirdikdən sonra vaxt tapıb sevdikləri ilə xüsusi olaraq o hissi bölüşürlər. Bunu insanların gözləri önündə etmirlər, çünki bu əvvəldə dediyim kimi, İNTİM bir məsələdir. Bu belə.

Teatr pornoqrafiya deyil. ADO isə sanki PORNOQRAFİYANI xatırladır. Bunların gözü seksdən başqa heç nə görmür. Sanki bunlar üçün həyat “ye iç, gir pastelə” pastel yoxdur, mətbəxdə, yaxud küçədə.

Görünür bu məkanlar ADO Teatrının rəhbəri (yəni Elmin Bədəlov) üçün azlıq edir ki, o bunu insanların gözü önündə etməyə çalışır. Bu, sənət deyil, bu tərbiyəsizlik, abırsızlıq, lap kobud desəm, mənəviyyatsızlıqdır. Bir azdan ADO səhnəsində kütləvi seks səhnələri görsəm, heç də təəccüblənməyəcəyəm. Bizim də dünyadan xəbərimiz var və mən rejissor sənətinə göydən səbətlə düşməmişəm, bu işi oxumuşam, oxuyuram və ölənə kimi də oxuyacağam.

Teatrda intim səhnələri təqdim etmək olar. Soyunmaq da olar, hətta öpüşmək də, amma və lakin rejissor bunun estetik həll yolunu tapmalıdır, daha ADO teatrındakı kimi iyrənc formada etmək olmaz. Bu, teatra hörmətsizlikdi, bu sənəti jarqonlaşdırmaqdır. Qardaş, bacarmırsansa, get, bazarda alver et, ayıb deyil.

Sizin üçün bir nümunə təqdim edim. Rusiya kimi bir dövlətdə, gənc rejissorun gənc aktyorlarla hazırladığı tamaşadan bir səhnəni qısa olaraq xatırlatmaq istəyirəm, bizim bu “Dahi” Elminə.

Səhnədə qız, oğlana yaxınlaşır.

Qız: Sənin üçün çox darıxmışam.

Oğlan: Elə mən də.

Qız: Bəs nəyi gözləyirsən?

Oğlan: Axı uyğun bir yerdə deyilik.

Qız: Necə yenə?

Oğlan: Əzizim, biz səhnədəyik, gör nə qədər adam bizə baxır.

Qız: Nə olsun e, baxsınlar da, guya olar məşğul olmurlar?

Oğlan: Olurlar, amma evdə, ikilikdə, baş-başa.

Qız: Eee… Mən bu dəqiqə bu barədə düşünmək istəmirəm, yalnız səni istəyirəm.

Oğlan: Yaxşı bir ideyam var.

Qız: (Təəccüblə) Nə?

Oğlan: Gəl keçək kulisə.. (Gülür və göz vurur)

Qız: Aaa Əla! (Yavaş-yavaş Kulisə tərəf gedirlər, oğlan qızın köynəyini çıxarır, Qız da oğlanın, tamamı ilə kulisə keçəndən sonra, səhnə arxasından gələn səslərdən bəlli olur ki, onlar sekslə məşğul olurlar. Səhnəyə, əvvəl oğlanın şalvarı atılır, daha sonra qızın alt paltarı və birdən qız kulisdən başını çıxarıb, tamaşaçılara)

Deyir:

Qız: Orda niyə oturmusunuz? İstəyən gəlib baxa bilər.

Tamaşaçılarda səmimi bir təbəssüm yaranır, yenə səhnə arxasından qız və oğlanın səsi gəlir. Bu dəfə oğlan kulisdən görsənir.

Oğlan: Utanmalı heç bir şey yoxdur, bizim sekslə necə məşğul olmağımız kimə maraqlıdırsa, gəlib burdan baxa bilər.

Baxın, bu artıq oldu rejissor işi. Tamaşada həmin səhnənin həlli yolunu rejissor düşünüb və çox maraqlı formasını tapıb. Elminin problemi düşünməməsidir, el dili ilə desək “Həsən soxdu”. Bunu etmək asandı? Xeyir, çətindir, həm də çox. Mümkün deyil? Xeyir, mümkündür! O da, baxır adamına. Elminə isə sözüm yoxdur, adam olmağına adamdı, amma o dediyim adam deyil! Uğurlar!

# 2594 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər