Nüsrət Kəsəmənlinin o lent yazısı hardadır? – BİR ŞƏKLİN TARİXÇƏSİ

Nüsrət Kəsəmənlinin o lent yazısı hardadır? – <span style="color:red;">BİR ŞƏKLİN TARİXÇƏSİ
26 dekabr 2016
# 10:54

Kulis.az Zahid Sarıtorpağın “Soyuq bir günün isti xatirəsi” yazını təqdim edir.

Bu il Nüsrət Kəsəmənlinin – Azərbaycanın gözəl şairlərindən birinin 70 illiyidir.

Yadıma xatirələr düşür…

Şamaxıda 1987-cı ilin çiskinli payız günlərindən biriydi. Hava çox soyuq idi. İşlədiyim rayon qəzeti redaksiyasından çıxıb, tələsə-tələsə harasa gedirdim. Qəfildən böyrümdə yaşıl rəngli bir "Jiquli" dayandı. Gözlərimə inanmadım: Nüsrət Kəsəmənli idi. Görüşdük. "Otur" – dedi. Oturdum o məşhur maşına. Ona görə məşhur deyirəm ki, həyatda hər şeyə görə paxıllığını çəkən bir şairə Nüsrət Kəsəmənli yazdığı şeirdə deyirdi:

Maşınımın rəngi yaşıldı deyə,

Yaşıl çəmənə də baxa bilmirsən...

Hə, xəzəl basmış küçələrdən keçib şəhərin ucqarında tanış bir kafeyə girdik. Orada xeyli oturduq, Moskva görüşlərimizi xatırladıq.

Nüsrət Kəsəmənli Moskvaya tez-tez gələrdi. Tələbə vaxtlarım idi. Orada, Tahir Aslanlının evində üçlükdə çox olmuşduq. Bir dəfə maqnitofona bir şeiri necə yazdığımızı yada saldıq. Tahir Aslanlının küləkli bir gündə dəmir yol vağzalında yalqız bir insanın yaşantılarını əks etdirən şeirini Nüsrət bariton səsiylə oxudu, mətnə uyğun olaraq, mən çovğunlu küləyin vıyıltısını səsləndirdim, Tahir qatar təkərlərinin taqqıltısını. Çox qəribə və çox da təbii bir kompozisiya alındı. Heç bilmirəm o lent yazısı rəhmətlik Tahir Aslanlının arxivində qalır, yoxsa yox…

O gün Nüsrətlə xeyli söhbət elədik. Mən ədəbi mühitin maraqla qarşıladığı yeni imza yiyəsi, o isə artıq məşhur bir şair idi. Geri qayıdanda şər qarışmışdı. Xatırlaya bilmirəm, nədən ötrüsə Şamaxıdakı mərkəzi kitabxanaya baş çəkəsi olduq. Kitabxananın qarşısında bizim bu foto-şəklimizi çəkdilər.

Bu yaxınlarda əlimə keçən bu şəkil içimdə gözəl şairimizlə bağlı xoş xatirələr oyatdı. Təbii ki, uzaq və unudulmaz bir günün xatirəsi kimi hisslərimi bölüşmək istədim oxucularla.

20130725_230830-1.jpg görüntüleniyor

# 955 dəfə oxunub

Oxşar xəbərlər

“26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü”  adlı sərgi açıldı

“26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açıldı

13:00 26 aprel 2024
Qadını geyiminə görə mağazadan qovanlar haqlıdırmı?

Qadını geyiminə görə mağazadan qovanlar haqlıdırmı?

12:47 26 aprel 2024
Tahir Tahiroviçin kitabının təqdimatı olacaq

Tahir Tahiroviçin kitabının təqdimatı olacaq

12:46 26 aprel 2024
Bakıda 21 yaşlı model faciəvi şəkildə vəfat etdi

Bakıda 21 yaşlı model faciəvi şəkildə vəfat etdi

12:33 26 aprel 2024
Farabi Film Festivalı  keçiriləcək

Farabi Film Festivalı keçiriləcək

12:25 26 aprel 2024
"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

12:00 26 aprel 2024
# # #