writer1

İbrahim Nəbioğlu

Məqalə sayı

28
clock10:54 calendar-gray 26 Dekabr 2016 view-gray254 dəfə oxunub
view-gray254 dəfə oxunub

İsmini Turan qoydum – İbrahim Nəbioğlu yazır

Türkiyə və türklərlə ilk tanışlığım atamın şəxsi kitabxanasındakı türkcə kitablardan başlayıb. 10-11 yaşlarımdan17 cildlik “Türkiye Ansiklopedisi”ni vərəqlədiyimi xatırlayıram. Yaşım artdıqca bədii ədəbiyyata keçdim. Və təbii ki,Nazim Hikmətdən başladım. Çünki, o zamanlar Nazimin8 cildlik “Bütün Eserleri” bizdə də evdə var idi. Bu kitablar Bolqarıstanın “Narodna Prosveta” nəşriyyatında çap olunduğu üçün onları Moskvadakı xüsusi kitab mağazasından almaq mümkün idi.

“Türkiye Ansiklopedisi”isə Sofiyada deyil, İstanbulda çap olunmuşdu və atam ensiklopediyanı bir gəmi kapitanından çox baha –“bir ovuc pula”almışdı. O vaxt bu kitabları almaq da, saxlamaq da təhlükəli idi – mənfur rejim hələ ki, dağılmamışdı…

* * *

“Narodna Prosveta”(bolq. Xalq Maarifi) 1945-ci ildə Bolqarıstanda yaradılmış dövlət nəşriyyatıdır. Rəsmi Sofiya 1949-cu ildə“Kitab çapı haqda”qanun qəbul edir və bütün poliqrafiya sənayesi dövlətin əlinə keçir. Gizli məqsədlərdən biri Bolqarıstandakı türklərin nə oxuduqlarını nəzarətə almaq idi. Moskva isə bu kitabları yaymaqla Sovet İttifaqındakı türk milliyyətçiliyinə qarşı türkcə sosialist təmayüllü kitabları təbliğ etdiyinə inanırdı.

Təsadüfi deyil ki, Sovet dövründə satılanlar əsasən sol ədəbiyyatın nümayəndələrinin –Nazim Hikmət, Aziz Nesin, Sabahattin Ali, Haldun Taner, Orhan Velivə b. kitabları idi.

Akif Ersoy, Abdülhak Hamit, Yahya Bayatlı, N. Fazıl Kısakürek, Arif Nihat Asyavə b. isə yasaqlı idilər. Onlardan bəzilərini ilk dəfə əlimə 1981-ci ildə aldım. Özü də DDR-də, sosialist AlmaniyasınınKarl Marks Ştadtşəhərində…..

* * *

Sovetin nəyi də olmasa bəzi ali məktəblərinin təkrarsız, macəra dolu tələbəlik həyatı var idi. 3-cü kursun sonunda iyul ayında institutumuzdan seçilmiş 25 nəfər tələbəyləAlmaniya Demokratik RespublikasınınKarl Marks Ştadt şəhərinə(indikiChemnits) Tələbə İnşaat Dəstəsinə getmişdik.

Avropanın hər ölkəsindən bir, Sovet İttifaqından isə iki dəstə var idi – biz və Moskva Dövlət Universiteti. 700-ə yaxın tələbə Karl Marks Ştadt universitetinin kampusunda yaşayırdı.

Dəstəmizdə bircə qız var idi – bu gün məşhur TV aparıcısı, gözəllər gözəliNərgiz Cəlilova. Elə dəstəmizə də“Nərgiz”adı vermişdik. 15 gün Saksoniya əyalətində dəmiryolları üçün kabel çəkirdik. Sonrakı 15 günü də Berlin, Drezden, Veymar və Buxenvaldı gəzdik.

Səhər 5:30-da yuxudan qalxır, 6:30-dan 15:30-a qədər çalışırdıq. Sonra isə sərbəst idik – diskotekalar, idman yarışları, sinema və s. Gəldiyimiz günün axşamı tələbə yeməkxanasından çıxarkən qulaqlarıma inanmadım – arxamdaTÜRKCƏ (!!!)danışırdılar. Donub qalmışdım, qorxumdan dönüb arxama baxmaq istəmirdim – birdən yanılaram, birdən onlar TÜRK yox, BAŞQALARI olarlar…

O günə qədər türkcə danışığı ancaq radioda eşitmişdim, canlı türk isə görməmişdim. Arxamdan gələnlər Federativ Almaniya tələbə dəstəsinin 5 türk üzvü idi. Biri solçu, 4-ü isə milliyyətçi dəliqanlılar idilər –Mustafa, Hasan, SüleymanAli. Onlarla ilk gecəni yatmamış, səhərə qədər söhbət etmişdik (Solçu olan rus tələbələrə yaxınlıq eləmək istəmişdi, onlar da üz verməmişdilər).

Bu sətirləri yazarkən də hisslərimi boğa bilmirəm, həyatda yaşadığım ən önəmli günlərdən biri idi – türklərlə danışırdım, sarılaraq, sevinc və göz yaşı ilə, qürurluydum. Türk olduğumu anlayırdım, əmin olmuşdum o gecə…

* * *

Kampusda keçirilənfutbol turnirindəfinala Federativ Almaniya komandası ilə moskvalılar çıxdılar. Mustafagil alman komandasının əsas oyunçuları idilər. Mən də onlara dəstək üçün finala baxmağa getdim. Oyuna yarım saat qalmış dedilər ki, hakim gəlməyib. Sağa-sola baxıb finalı mənə həvalə elədilər.

İlk dəfə hakimlik edirdim. Oyun 0-0 hesabı ilə bitirdi ki, almanların son hücumunda Hasanın ayağı cərimə meydanında dolaşdı və tappılti ilə yerə düşdü. Nə bir təmas var idi, nə də qayda pozuntusu. Mən düşünmədən 11 metrəni göstərdim. Üstümə gələn ruslara bir sifət göstərdim ki, geri çəkildilər. Mustafa penaltini qola çevirdi. Maç bitdi, kuboku alman komandası aldı.

Ertəsi gün axşam bizimkilər iclas keçirdilər. İçimizdən biri (hamı onun kim olduğunu və hara işlədiyini yaxşı bilirdi) məni satmışdı. Komandirimiz (fəlsəfə kafedrasının dosenti idi) mənə xəbərdarlıq elan etdi və“Boz qurdçularla”dostluq etdiyimə görə Bakıya qayıdan kimi ali məktəbdən qovulacağımı söylədi. İclasNərgiz Cəlilovanınhıçqıraraq ağlamasıilə bitmişdi.

Mən institutdan qovulacam deyə açıq-aşkar bütün boş vaxtlarımı axıra qədər türklərlə keçirtdim. Hədiyyə etdikləri 3 kitabı —“Safahat” (M.A. Ərsoy), “Kaldırımlar” (N.F. Kısakürek)A.N. Asyanınşerlərini Polşa-Sovet sərhədində rus sərhədçilərinin diqqətindən yayındırıb evə gətirdim…

Sentyabr ayında məni rektorluğa çağırdılar. Allahakademik Azad Mirzəcanzadəyərəhmət eləsin, onun sayəsində qovulmaqdan qurtuldum. Rektora,akademik İsmayıl İbrahimovasərt bir şəkildə“O cavan burada qalıb oxuyacaq”demişdi. Onun şəksiz nüfuzu öz rolunu oynadı.

* * *

3 il sonra isə aspiranturaya daxil oldum – Azad müəllim elmi rəhbərim oldu…

Hərdən instituta nümayişkarcasına Mustafanın mənə hədiyyə etdiyi futbolka ilə gedirdim. Futbolkanın üzərindəqurd rəsmi, üstündə isə“Turan”yazılmışdı. Yaman forslanırdım o futbolkanı geyəndə.

Bir o maykanı ilk geyəndə forslanmışdım, bir də oğlum olanda.

9 il sonra oğlum oldu. AdınıTuranqoydum.

Bu gün Turanın 25 yaşı var…

Ayna.az

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xalq artsiti koronavirusdan öldü
18:50 01 İyun 2020
"Kənddə kələm əkmək onunla yaşamaqdan maraqlıdır" - Sevda Sultanova ilə müsahibə
18:21 01 İyun 2020
Nazim Hikmət adına fond yaradıldı
17:39 01 İyun 2020
Uşaq teatrı iyun repertuarını açıqladı
17:02 01 İyun 2020
"Açar" - Reyhan Yusifqızıdan uşaq hekayəsi
16:21 01 İyun 2020
Gənc Tamaşaçılar Teatrının iyun repertuarı
15:43 01 İyun 2020
Məsciddə öldürülən dahi azərbaycan şairi – Maraqlı faktlar
15:00 01 İyun 2020
Uşağına pensiya fondu kimi baxan azərbaycanlılar – Yalçın İslamzadə yazır...
14:17 01 İyun 2020
Tanınmış rəssam vəfat etdi
13:41 01 İyun 2020
Anarı, Qabili, Fikrət Qocanı, Əkrəm Əylislini belə görmədiniz – Yazıçıların uşaqlıq fotoları
13:03 01 İyun 2020
Şəkidə peyda olan ayı bizə nə dedi?
12:28 01 İyun 2020
Onlar ən məşhur Azərbaycan uşaqlarıdır – Fotolar
11:42 01 İyun 2020
Yazıçımızın hekayəsi İran ədəbiyyat portalında
11:15 01 İyun 2020
"Harri Potter"in müəllifi oxuculardan üzr istədi
10:25 01 İyun 2020
Leyla Bədirbəylinin 100 illiyi münasibətilə poçt markası buraxılıb
09:44 01 İyun 2020
Rübabə Muradovanın qızı: "Atam anama səhnədə güllə atdı, o da atamı tutdurdu" - Müsahibə
08:58 01 İyun 2020
7 dahinin yazmaq haqda fikirləri
21:01 31 May 2020
Fransız opera müğənnisi vəfat etdi
19:07 31 May 2020
Azərbaycanlı alim "Qoqol" medalı ilə təltif edildi
18:41 31 May 2020
Göz dolusu ümidlər – Naxçıvanlı uşaqlar fotolarda
18:07 31 May 2020