Uşaqları istismar edənlər – onları hamımız tanıyırıq

Uşaqları istismar edənlər – <span style="color:red;">onları hamımız tanıyırıq
8 dekabr 2016
# 10:59

Sevda Sultanova

Ard-arda baş verən nəfəskəsici hadisələr adamı gözlənilməz emosiyalar burulğanında az qala boğsun: Xəzərin udduğu neftçilər, Berlindəki terror aktı, qətlə yetirilən səfir, bu qətlin parlaq tamaşaya sanki ac olan izləyicilərdə yaratdığı performans effekti, tükürpədici olaylardan özünə gəlməyə, düşünməyə macal tapmamış, hər səhər saytlarda yer alan növbəti intihar aktları, qətllər haqda informasiyalar.

Yer üzündə yaxşı nəsə baş vermir. Üstəlik, pis hadisələr o qədər sürətlə baş verir ki, yaşadığımız emosional şok, qarışıq duyğular ağlımızı, rasional düşüncəmizi üstələyir, onu dibi görünməyən küncə sıxır.

Və adam özünü qorxulu, sinirləri pozulmuş, əsəbləri hər an partlayışa hazır dünyada insandan çox potensial qurban kimi hiss eləyir.

Fiziki və mənəvi eyəbəcərləşən dünya ötən əsrin böyük rəssamlarından sayılan, ekspressionist Frensis Bekonun (1909-1992) gerçəkliyi son dərəcə kobud, soyuq əks eləyən qorxulu tablolarına bənzəyir.

Marqaret Tetçer onu dəhşətli rəsmlər çəkən insan adlandırmışdı.

Bekonun əsas mövzusu insan bədənidir. Daha doğrusu, bədəni fiziki deformasiyalara məruz qoyaraq insan mahiyyətini yozması.

O, insan bədənlərini, üzlərini təhrif eləyir, onları gərir, biçimini, simmetrasiyasını pozur, necə gəldi dartaraq əcaib hala salır. Bununla da bədənin nəyi necə duymasını fizikiləşdirir, ətraf mühitə reaksiyasına vurğu eləyir.

Bekonun obrazları işgəncələrə məruz qalmış kimi qışqırır, onların iztirabı neqativ fiziki enerjiyə çevrilib tablolardan maddi, gerçək dünyamıza çıxır.

Öz bədənlərində həbs olunmuş, azad olmaq istəyən insanlar bir qayda olaraq qapalı, nəfəsliyi olmayan məkanlarda təsvir olunur.

Bu, mövcud olmanın mənasızlığını, ümdisizliyi, eyni zamanda insan təbiətinin qaranlıq, ziddiyyətli tərəflərinin dünyada yaratdığı xaosu əks elətdirir.

Bekon böyüklərin dünyasını və onların kirləndirdiyi dünyanı çəkir. Orda günümüzün antiqəhrəmanlarının hamısı var – siyasi cinayətkarlardan tutmuş məişət cinayətkarlarınadək.

Bir də dünyamızıda böyüklərin isitsimar elədiyi, öz acgöz eqolarını doyurmaqda, məqsədlərini reallaşdırmaqda alətə çevirdiyi, kirləndirdiyi uşaqlar var.

Haşiyə: Mixail Osipovun videosu rus dilində olsa da oxucuların marağını nəzərə alaraq videonu təqdim edirik.

Budur, üç yaşlı istedadlı şahmatçı Mixail Osipov dünya çempionu, məşhur Anatoli Karpovla şahmat oynayır.

O, Karpovun heç-heçə təklifini qəbul eləmir, çünki qələbəyə iddialıdır.

Karpov udanda, balaca Mişanın dodaqları büzülür, doluxsunur, məğlubiyytini qəbul eləmək istəmir. İddiası ona məyusluq, gözyaşı hesabına başa gəlir. Studiya dəstək olmaq üçün onu alqışlara qərq eləyir.

Kövrək əsəbləri məğlubiyyətə dözməyən körpə dəstəyi hiss eləmir, təsəlli üçün anasını axtarır və ağlayaraq onun qollarına atılır.

Konkret bu situasiyada müstəqil qərarlar verməyə qabil olmayan, həyatı dərk eləməyən Mixail böyüklərin şou ehtirasının istismar obyektidir. Böyüklərin qərarı ilə uşaqlığından ayrılıb böyüklərin oyunlarına qatılan oyuncaq təəssüratı bağışlayır...

Mahiyyətcə, Mişanın vəziyyəti ilə Suriyada hərbi əməliyyatlara cəlb edilən uşaqların vəziyyəti arasında dərin fərq yoxdur.

Yaxud, dünyanın ən kiçik manekeni Kristina Pimenova... Qızcığaz məşhur brendləri reklam eləməkdən ötrü podiuma çıxarılır. Bazarda daha çox pul qazanmaq istəyən şirkətlərin, şöhrətpərəst anasının əlində vasitə rolunu oynayır.

Fotolardan məsum qızdan çox, gözəlliyi satın alınan, böyüklərin vaxtından əvvəl qadınlaşdırdığı, seksuallaşdırdığı, yaşından böyük görünən varlıq baxır.

Təbiiliyindən uzaqlaşan uşaqlar Bekonun qəhrəmanlarına necə də bənzəyir.

Müsahibələrindən birində Bekon deyirdi: “İnsan təbiəti hələ inkişaf eləməmiş heyvandır”.

# 2723 dəfə oxunub

Oxşar xəbərlər

O, erməni müğənnini qucaqlamaya da bilərdi, amma... - Biz əfəndi olaq!

O, erməni müğənnini qucaqlamaya da bilərdi, amma... - Biz əfəndi olaq!

17:02 24 noyabr 2025
Qara Qarayev adına Dövlət Kamera Orkestrinin konserti olacaq

Qara Qarayev adına Dövlət Kamera Orkestrinin konserti olacaq

16:20 24 noyabr 2025
Meksika mədəniyyətinin  siması - Rokfeller binasında onun freskalarını niyə dağıtmışdılar?

Meksika mədəniyyətinin siması - Rokfeller binasında onun freskalarını niyə dağıtmışdılar?

15:48 24 noyabr 2025
Budapeştdə qədim Roma məzarı  tapıldı

Budapeştdə qədim Roma məzarı tapıldı

14:50 24 noyabr 2025
Sürrealizmin rəmzi - Andre Jid niyə onun yaradıcılığını oxuyanda utanmışdı?

Sürrealizmin rəmzi - Andre Jid niyə onun yaradıcılığını oxuyanda utanmışdı?

14:40 24 noyabr 2025
Nəriman Həsənzadənin son vəziyyəti

Nəriman Həsənzadənin son vəziyyəti

14:26 24 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər