writer1

Çinarə Soli

Məqalə sayı

10
clock15:27 calendar-gray 19 Dekabr 2016 view-gray731 dəfə oxunub
view-gray731 dəfə oxunub

Əllərim qənim olsun qışa

Çinarə Böyükçöl

Qış belin yerə qoyan kimi riyaziyyat müəllimimizin tövşək, titrək səsi, nazik, nimdaş pencəyi, soyuqdan qatmış, gömgöy və çapıq əlləri düşür yadıma. Və o səs, o əllər, o pencək yadıma düşən kimi ürəyimə dərin bir sıxıntı çökür. Müəllimimizin sözüdü: “Allah qışı pullularçün, yayı kasıblarçün icad eləyib”.

Sinfimizin bütün uşaqları onun nə demək istədiyini çox yaxşı başa düşürdü. Müəllimimiz o qədər doğru deyirdi ki, dərsin axırınacan partaların, lövhənin, tabaşirlərin, əlcəklərimizin, papaqlarımızın üstündə qəribə bir səssizlik dolaşırdı. Və mən bir də onu başa düşürdüm ki, müəllim niyə “Allah yaradıb” yox, “Allah icad eləyib” deyir. Ona görə ki, pencəyi nimdaş və nazik idi, soyuqdan titrim-titrim əsirdi. Ona görə ki, əlləri çapıq-çapıq idi. Çapıq idi, ona görə ki, məktəbdən sonra odun qırırdı, odun doğrayırdı, odun satırdı. Kim bilir, bəlkə də çılpaq palıd ağacını kəsəndə budaqlardakı qar pencəyinin boynundan belinə tökülürmüş. Nə desə, haqqı vardı. Lap ürəyi istəsə söyə də bilərdi. Bax, bu cür qarğış da edə bilərdi: allah kəssin qışı, yetim qalsın qış, əllərim qənim olsun qışa.

Elə bütün hikkəsini tökürdü “icad eləyib” sözünün üstünə. Başqa bir şey deməyə cürət eləmirdi. Çünki kənd göyünün üzündə ulduzlar yerə necə yaxın durursa, Allah da kənd adamlarının gözlərinin önündə eləcə dayanır. Riyaziyyat müəllimimiz bu sözü hər Allahın verən qışı deyirdi. Mənə elə gəlirdi ki, qabaqda əli qılınclı, əli çovğunlu, sırsıralı duran qış bəlkə də xoş, bəlkə də rahat keçərdi, amma müəllimimizin bu sözləri qışı yaman əsəbiləşdirirdi, yaman coşdururdu. Bəlkə də elə müəllimin bu sözünə görə ağır keçirdi bütün qışlarımız, bəlkə də müəllimimizin bu sözünə görə odun tapa bilmirdik.

Dünən Bakıya qar yağırdı. Pəncərədən yerə səpələnən ağappaq dənəcikləri görən kimi kənddə sıxıntılı günlərim yadıma düşdü. İsti corablarımın içində qəfil ayaqlarım üşüdü. İlk dəfə idi ayaqlarım istidən üşüyürdü. İsti əllərim, isti köynəyim üşüdü, elə bil boynumdan belimə üzü aşağı qar töküldü. Buz kimi oldum. Tələsdim ki, kəndimizi xəyal edəm. Axı qar yağırdı, axı canımda üşümək vardı. İndi bizim həyətin göyərti yeri, bostan yeri, güllük yeri tamam qarın altındadı. İndi orda kəpənəklər də, yalançı sünbüllər də, evcik qurduğum fındıq yarpaqları da qarın altındadı. İndi orda – kəndimizdə mənim qaloşumun ayaq izləri də, yanaqlarımın qırmızılığı da, əllərimin torpaq cadarı da, uzun, upuzun, qıvrım saçlarım da, mavi güllü donum da qarın altındadı. İndi bir gözümün hər yerdə axtardığı o balaca, o uzaq, o seyrək kənddə mənim donan balaca əllərim, su keçirən potularda bürüşən ayaqlarım da qalıb qarın altında. Qarın altında. Quşbaşı qarın altında.

Mən o zamanlar körpə idim. İndi böyüyüb uşaq olmuşam. Və böyüyüb-böyüyüb, öləndən sonra belə bir gözüm o kənddən əl çəkməyəcək.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

41 yaşını qeyd edən kəlbəcərli şair: “Elə ən çətini də budur” - Müsahibə
14:20 04 Avqust 2021
Varisin romanı Türkiyədə çap olundu
14:20 04 Avqust 2021
Anar: “Məndən Təhminənin telefonunu istəyirlər”
13:30 04 Avqust 2021
Belarus qızı ovlamaq istəyirdim, dənizdə boğuldum – Gənc yazarın Antalya xatirəsi
12:30 04 Avqust 2021
Gənc rəssamlar üçün ustad dərsləri - Ödənişsiz
12:03 04 Avqust 2021
Azərbaycanlı şair Türkiyədəki yanğına şeir yazdı – Mətn
11:12 04 Avqust 2021
Atam öləndə mənə "iş" tapan müəllimim - Ayxan Ayvaz yazır
10:47 04 Avqust 2021
Yazıçı həmkarını sərt tənqid etdi: “Fiaskodur!”
10:03 04 Avqust 2021
İspanca çıxan “Nəsimi poeziyası” kitabı təqdim olunub
09:37 04 Avqust 2021
Sən əvvəl qoymurdun sevəm səni – Nərmin Kamaldan yeni şeirlər
09:01 04 Avqust 2021
Falçı ona cavan öləcəyini söyləmişdi – Zərdüşt Şəfinin kədərli həyatı
21:00 03 Avqust 2021
Milli Qəhrəman haqqında sənədli film çəkilib
19:00 03 Avqust 2021
Anar Kərimov Yunus Əmrə İnstitutunun nümayəndə heyətini qəbul edib
18:41 03 Avqust 2021
İki dil bilmək uşaqların nitqinə ziyandırmı?
18:21 03 Avqust 2021
Dünya bir pəncərədir - Rasim Nəbioğlu yazır
17:42 03 Avqust 2021
Eyni səngərdə döyüşən ata-oğul, ərinin tabutuna girən qadın, əkiz qardaşların əkiz məzarı - 44 günlük müharibədən 44 qeyri-adi fakt
17:01 03 Avqust 2021
Aktrisanın adına saxta profil açıldı
16:34 03 Avqust 2021
Yeni sədr hər kəsi əməkdaşlığa çağırdı
15:45 03 Avqust 2021
Rus qadını evinə qonaq çağırdı, ərini içirtdi... – Xəyanət haqqında hekayə
15:01 03 Avqust 2021
Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək
14:15 03 Avqust 2021