Fuad Poladov niyə qəhrəman deyil? SEVDANIN YAZISI

Fuad Poladov niyə qəhrəman deyil? SEVDANIN YAZISI
2 noyabr 2016
# 12:30

Fuad Poladovun “Azdrama”dan həmkarı Hikmət Rəhimovun çıxarılmasına etiraz olaraq, daha bu teatrın səhnəsinə oynamamaq istəyini təəccüblə qarşılamadım. Əminəm, F.Poladovun özü də addımını qəhrəmanlıq saymır. Çünki onun şəxsiyyətinə, yanaşmalarına az-çox bələd olanlar bilir ki, Poladovdan belə davranış gözləmək normaldır.

Təəccüblü o olardı ki, H.Rəhimova çıxarılmasına etirazı məsələn, Ramiz Məlikov, Füzuli Hüseynov, Nurəddin Mehdixanlı və ya Firəngiz Mütəllimova eləyəydi. Onda doğrudan da heyrətlənmək olardı.

Məlum prosesdə məni təccübləndirən tək şey aktrisa Mehriban Zəkinin münasibəti oldu: "Mən təəssüf hissi keçirirəm ki, tamaşaçı... sənət naminə deyil, aksiya naminə, nəsə bir hadisə baş verincə teatra üz tutur, teatra gəlir".

Biz gerçək sənətin mövcud olduğu normal mühitdə yaşasaydıq, Mehriban xanıma tamamən haqq verərdim. Zira, bu gün o haqqı tamaşaçı kimi ona vermirəm. Daha doğrusu, bunun üçün tutarlı səbəb tapa bilmirəm.

Mehriban xanım fikrini deyəndə, yəqin ki, yalnız ümumi teatr məkanında barmaqla sayılacaq az-çox uğurlu tamaşalardan biri "Müsyö İbrahim və Quran çiçəyi"ni nəzərdə tutmur. Həmin ifadəni daha geniş məkana şamil eləyir.

Onda təbii olaraq sual yaranır: Teatra məsul olan şəxslər, rəhbərlik, yaradıcı heyət sənət naminə nə edib? Nə edib ki, tamaşaçı məhz sənət naminə teatra gəlsin? Neçə tamaşa hadisə olub ki, tamaşaçılar teatra axışsın?

Söhbəti konkretləşdirək və “Azdrama”ya fokuslanaq.

Aktyorların fəxrlə ölkənin “baş məbədi” adlandırdığı “Azdrama” gündəmə sənət naminə etdiklərindən çox, qalmaqalları, intriqaları ilə gəlir. İntriqalar bir yana, teatrın əksər tamaşaları zəifdir, saxtadır. Getdiyim tamaşaların çoxunda məni ya yuxu tutub, ya da ikinci hissəni gözləməyib getmişəm.

Normalda yaradıcı heyət ortaya çıxardığı bədii məhsulla qürrələnməlidir. “Azdrama”nın aktyorları isə İsrafil İsrafilovun teatrdan getməsinə nail olmaqla fəxr eləyir. Çünki, onlara bufetə yığışıb qeybətləşməyə, laqqırtı vurmağa izn vermirdi. İsrafilov cürük, qeyri-işlək teatr sistemini dəyişmək istəyirdi, aktyorlara, rejissorlara deyirdi ki, kitab oxuyun, rol üzərində işləməyi, səhnə mizanlarını qurmağı və s. öyrənin, müasir teatr tendensiyaları ilə maraqlanın. Və yenilənmək, dəyişmək tələbi onların xoşuna gəlmirdi.

Öz içində katarsisə nail olmayan, teatr tamaşaçıya katarsisi necə yaşada bilər? Hansı mənəviyyatla? Hansı potensialla?

Aktyor Hikmət Rəhimov teatrdan getməsinə səbəb olan müsahibəsində məhz bu problemlərə toxunmuşdu. Demişdi ki, dəxilsiz pyeslər çox oynanılır, əksər materiallar aktyor kimi mənə heç nə vermir.

Demişdi ki, sənət üçün birinci növbədə gərək yaradıcı atmosfer olsun, kimlərsə dövlətdən nə isə gözləyir və ona elə gəlir ki, sənətlə məşğul olur.

Demişdi ki, teatrda intriqa adamı yorur.

Demişdi ki, tək “Azdrama”da yox, elə o birilərdə də belədir: sağlam gəlirsən, get-gedə murdarlanırsan, axırda da ölüb gedirsən. Düstur budur. Niyə bir insan ad üçün özünü öldürməlidir?

Və nəhayət, sənət mahiyyətcə aksiyadır, etirazdır. Söhbət illah da ki, hansısa ictimai, sosial motivlərdən getmir.

Sənin sənətdə deməyə sözün, narahatlığın varsa (hətta şəxsi səbəblərdən belə), kimlərinsə səni dinləməyini, sənə baxmağını, istəyirsənsə, bunun özü belə artıq etirazdır, aksiyadır.

# 4704 dəfə oxunub

Oxşar xəbərlər

Fransada doğulan görkəmli Azərbaycan rəssamı - Onu başqalarından nə fərqləndirirdi?

Fransada doğulan görkəmli Azərbaycan rəssamı - Onu başqalarından nə fərqləndirirdi?

12:00 13 iyul 2026
Anasının portreti ilə dünyanı fəth edən dahi - Ceyms Vistler kimdir?

Anasının portreti ilə dünyanı fəth edən dahi - Ceyms Vistler kimdir?

13:20 11 iyul 2026
Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

15:00 10 iyul 2026
Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

11:30 10 iyul 2026
100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

10:00 9 iyul 2026
Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

17:16 8 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər