news-inner
clock14:30 calendar-gray 27 Oktyabr 2016 view-gray218 dəfə oxunub
view-gray218 dəfə oxunub

Niyə indi meymunlar insana çevrilmir? - ELMƏ SUALLAR

Kulis.Az tədqiqatçı Sarah Kaplanın “Vaşinqton Post”da çap olunmuş “Əziz Elm! Niyə indi meymunlar insana çevrilmir?” məqaləsini təqdim edir.

Əziz, Elm! Nə üçün yer üzərində hominidlər qalmayıb?

Hominidlər, yəni, insanabənzər meymunlar. Əgər təkamül prosesi davam edirsə, növlər həmişə dəyişir və uyğunlaşırsa, qocalmışları ölsə belə, biz meymunlardan təkamül edərək insana bənzər növləri niyə bu gun görmürük?


Elmin verdiyi cavab belə olmalıdır: Bunu sizə demək istəmirdik, ancaq siz də meymunsunuz.


Elə Neandertallar da, Hobbitlər də, Lyusi Avstrolopitekus da, Tuanqlı uşaq da, Pekinli adam da meymun idi... Söhbət düşmüşkən, oranqutanlar, qorillalar, bonobolar və şimpanzelər də. Bizim hamımızın 14 milyon il əvvəl yaşayan və Hominidae adli ailə taksonomiyasını yaradan ümumi bir əcdadımız var. Onları hominid və ya böyük meymunlar da adlandırırlar.

Və Yer kürəsində hominidlər qalıb – bunlar bizik. “Hominid” arxaik və müasir insana verilmiş addır, texniki termindir – yəni, qorilla və şimpanzelərə bizdən daha yaxın olan varlıqlar

Və bizim indiyədək bu mühitdə yeganə olduğumuzu başa düşmək üçün siz təkamülün necə işlədiyini anlamalısınız. Birincisi, bizim meymun adlandırdığımız varlıqlar bizim əcdadımız yox, bizim əmiuşaqlarımızdır. Sadəcə olaraq, onların bizim kimi təkamül etməsinə nə isə mane olub.

Əziz, Elm! Niyə mən evin içində həmişə üşüyürəm?

“Bu gün arxaik insanın nə üçün qorillalardan yaranmadığını soruşmaq, əmiuşaqlarınızın uşaqlarının niyə sizə çox oxşamadığını soruşmağa bənzəyir.” Leykxed Universitetinin professoru, antropoloq və insanın təbii tarixi yaranması proqramı milli muzeyinin tədqiqatçısı Met Toşeri belə demişdi: “Bu varlıqlar öz inkişaf yollarında 10 milyon il mövcud olmuşlar. Siz həmin dövrə geri dönüb bir də qayıda bilməzsiniz”


Hətta şimpanzelərin birdən-birə avstralopitekə çevrilmə imkanları olsaydı belə onlar bunu istəməzdi. Təkamülün bir silsilə, daha çətinə doğru yönəlmiş inkişafda olan, birhüceyrəli amöbdən başlayıb bizimlə qurtaran bir hərəkat olduğunu düşünmək asandır. Ancaq təkamülün son ünvanı yoxdur. Hətta olsaydı belə, güman ki, bu ünvan insan olmazdı. Bir çox hallarda təkamül sadəliyə üstünlük verir. Bu səbəbdən də mağarada yaşayan canlıların gözləri tutulur və yerüstü məməlilər nəslindən olan balinaların demək olar ki, ayaq sümükləri yoxdur. Heç intellekt də qüsursuz deyil: mərkəzi sinir sistemi olmayan dəniz kirpiləri beyni olan varlıqdan təkamül etmişdir.


“Təkamül müəyyən şərtlər altında yaşam mücadiləsi və təsadüfi mutasiyalar haqqındadır.” Penn ştatının paleoantropoloqu Nina Yablonski belə deyir. “Orada təsadüfilik elementi çox, istiqamət elementi isə demək olar ki, yoxdur. Yaşayan məxluqlar sadəcə olaraq düşdükləri mühitin həyat şəraitinə və ətraf mühitinə uyğunlaşmağa çalışır.”


Əziz, Elm! SPF (Günəşdən Qorunma Faktoru) nə deməkdir və əgər onlar qarışdırılarsa nə baş verər?


İnsan təkamülünün erkən mərhələlərində hominidlərin bəzi növləri buna cəhd etmişdir. Belə bir nəticəyə gəlinir ki, avstralopitekus afarensis (yəni Lüsinin aid olduğu növlər) təkamül nəticəsində insan buduna bənzər buda sahib olmuşlar və bu da onlara ayaq üstə gəzmək və savanna üçün çox faydalı vərdiş olan qida toplamaq üçün ağır əşyaları daşımaq imkanı yaratmışdır. Parantroplar quru mühitdə mövcud olan kobud, lifli qidaları çeynəmək üçün güclü, böyük çənəyə malik idi. Homo habilislərin (bacarıqlı insan növü) nisbətən böyük beyin kütləsi var idi və bu, onlara ilkin daş alətləri düzəltməkdə kömək edirdi. Antralopitek boisei-lərin iri azı dişləri onlara əsasən qoz-fındıq və toxumlarla qidalanmağa yardımçı olurdu. Ancaq hominidlərin əmək alətləri mürəkkəbləşdikcə, onların ekoloji sığınacaqları da genişləndi. Onların artıq bərk toxumları çeynəmək üçün iri azı dişlərinə və ət parçalamaq üçün iti köpək dişlərinə ehtiyacları yox idi – alətlər vasitəsilə onlar qidalarını yeməzdən əvvəl parçalaya bilirdilər.


”İnsanların texnoloji mürəkkəbliyi artdıqca, keçmişdə iki-üç nəfərin edə bildiyini indi aləti olan bir nəfər də bacarırdı. Yablonski deyirdi: “İri beynə və kiçik dişlərə malik olan Homo növləri ekoloji cəhətdən daha uğurlu olduğu üçün, təkamül bu qruplara üstünlük verdi. Dilin inkişafı əcdadlarımızın alətlərinin təkamülünə əlavə olaraq, onlara ovçuluqda, səyahətdə, təhlükəni hiss edib qorunmaqda kömək oldu. 200 min il əvvəl mövcud olmuş Homosapienslər istənilən çətin şəraitdə və istənilən şərtlərdə yaşamağa qabil idilər. “Onlar dünyanın istənilən iqlim şəraitinə uyğunlaşmağı bacarırdılar, çünki bir çox müxtəlif işlərin öhdəsindən gələ bilirdilər,” - Yablonski deyirdi.


Müasir insan digər hominidləri yaşamaq uğrunda mübarizədə üstələyə bilərdi. Çünki biz alətlərlə təchiz olunmuşduq. Biz meymun əcdadlarımızın nə üçün təkamül etməməsi sualını özümüzə verərkən bunu yadda saxlamalıyıq.

Müasir böyük meymunlar sıx meşələrdə ağaca dırmanmaq qabiliyyətinin üstünlük sayıldığı yerlərdə məskunlaşır və beləliklə, insan kimi düz yeriməyə ehtiyac duymurdular. Şimpanze və bonobo kimi canlılar primitiv alətlərlə özlərinə yuva qurmağı bacarır, gözəlliyi dəyərləndirir və hətta öz ölülərinə matəm də saxlayırlar - onlarda bizim kimi enerjimizi tükədən böyük beyin kütləsi olmadan belə.


“Biz bu gün öz meymun qohumlarımıza baxdıqda yaxşı ki, onlar elə meymundurlar deyə düşünürük” - Yablonski deyir. “Onlar öz meymun işləri ilə məşğuldur - şimpanze öz işiylə, qorilla öz işiylə, oranqutan öz işiylə; onların insana bənzəməyə ehtiyacı yoxdur, çünki onlar öz hallarından məmnundur.” “Əlbəttə ki,” - o əlavə edir, - “Müasir insan onların meşələrini qırmazsa, və onları təbii yaşayış mühitindən məhrum etməzsə... Ancaq bu, artıq başqa mübahisəli məsələdir.”

Tərcümə: Taryel Abdullayev

news-inner-user

15781 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020
Kuklada uşaqlar üçün tamaşa
15:37 08 İyul 2020
Məşhur rəssamın əsəri tapılıb
14:59 08 İyul 2020
Azərbaycanda orkestr rəhbəri həbs edildi
14:18 08 İyul 2020
Xəsil adam - İlham Əzizdən yeni hekayə
14:10 08 İyul 2020
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: sürgündən qayıdanda arvadı başqası ilə evlənmişdi - İnanılmaz faktlar
13:18 08 İyul 2020
Elzanın başındakı qıjıkimilər - Sərdar Amin yazır
12:36 08 İyul 2020
Türkiyəli aktrisa vəfat etdi
12:01 08 İyul 2020
Bu, Allaha qarşı küfrdür – Gənc şair həmkarını tənqid etdi
11:20 08 İyul 2020
“Üzüklərin hökmdarı” geri qayıdır
10:47 08 İyul 2020
Elzanın yeni şəkli müzakirəyə səbəb oldu - Foto
10:12 08 İyul 2020
Kitabxana maraqlı layihəyə başlayır
09:30 08 İyul 2020
Üzündəki ipəyi qaldıranda oğlum özünü çölə atdı - Bircə atasının ölümündən yazır...
09:00 08 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
18:44 07 İyul 2020
Əfsanəvi musiqiçi vəfat etdi
18:09 07 İyul 2020
Bizim üçün qızılgül – Cavanşir Yusifli yazır...
17:30 07 İyul 2020