news-inner
clock14:19 calendar-gray 24 Oktyabr 2016 view-gray335 dəfə oxunub
view-gray335 dəfə oxunub

İmran Nurəli: “Dalinin əsərindəki rəssam mənəm” - SENSASİYA

XX əsrin ən qalmaqallı və məşhur rəssamların olan Salvador Dali azərbaycanlılara da yaxşı tanışdır. Bunda məşhur rəssamın soyadının önəmi də az deyil. Yəqin qeyri-adi davranışları ilə hər zaman publikanı heyrətləndirən Daliyə kimsə soyadının Azərbaycan dilində nə anlama gəldiyini desəydi sevincindən uçardı.

Amma Dalini Azərbaycanla bağlayan təkcə soyadı deyil, onun bir əsəri də uzun müddət, elə indi də azərbaycanlılar üçün xüsusi əhəmiyyətə malikdir. Bu Dalinin Amerikada yaşadığı illərdə çəkdiyi “Yeni insanın doğuşunu izləyən geopolitik uşaq” əsəridir. Əsər 1943-cü ildə İkinci Dünya Müharibəsinin qızğın dövründə çəkilib.

Əsərə baxanda rəssamın nə çəkdiyi aydın görünür. Amma gəlin kiçik izahatdan da çəkinməyək:

Əsərin mərkəzində Dalinin bir çox işlərində yer alan, obraza çevrilmiş yumurta verilib. Bu yeni həyatın rəmzidir. Yumurta Yer kürəsinin simvoludur. Üzərində qitələrin təsvirindən də aydın hiss olunur. Qitələrin əriməsi isə dünyanın qarışması anlamına gəlir. İkinci Cahan Savaşı gedir və dünya öz şəklini dəyişir. Yumurtanın Şimali Amerikaya aid hissəsi yarılır və ordan artıq formalaşmış yeni insan doğulur, biz onun üzünü görməsək də necə əzabla doğulduğunu, gərilməyindən, əzələlərindən hiss edə bilərik. Tablonun aşağı sağ hissəsində isə daha çox hermofrodit canlıya oxşayan əzələli qadın obrazı var. Bir uşaq da qadının ayağına sarılıb. Qadın sağ əli ilə Avropaya işarə edir. Elə əsərin bu hissəsi də bizə lazımdır.

Azərbaycan mütəxəssisləri iddia edirlər ki, qadın, dolayısı ilə Dali bu tabloda Abşeronu, daha doğrusu Bakını işarə edir. Qəribədir ki, internetdə gürcülər və ermənilər də oxşar məlumatları yayıb. Ermənilərin iddiasına görə Dalinin hermofrodit qadını burda Dağlıq Qarabağa işarə edib. Gürcülər isə əsərin bir nüsxəsinin Brüsseldə NATO-nun baş qərargahında yerləşdiyini deyirlər. Üstəlik Dalinin bu əsərdə bir çox mistik simvollardan istifadə etdiyini iddia edirlər. Misal üçün, kürənin üstündəki örtüyün 13 çıxıntısı var, bu da NATO-nu təşkil edən dövlətlərə işarədir.

Bəs görəsən gürcülər Salvador Dalinin bu fikri ilə tanışdırlarmı: “Düşmənlərimin, dostlarımın və xalqın rəsmlərimdə çəkdiyim simvolların mənasını aça bilməməkləri barədə şikayətlərini son dərəcə anlayışla qəbul edirəm. Onları çəkən bir adam kimi özüm belə onu başa düşmürəmsə başqaları necə bu simvolları başa düşə bilər?” Böyük rəssamın bu fikri gürcülərin mistik mənalar axtarmağına ən yaxşı cavabdır.

Bəs azərbaycanlılar bu əsər haqqında nə düşünür? Rəssam İmran Nurəli iddia edir ki, Salvador Dali “Yeni insanın doğuşunu izləyən geopolitik uşaq” tablosunda onun haqqında məlumat verib. Həmin şəkildə göstərilən dörd adamdan biri məhz özüdür: “Salvador Dalinin çəkdiyi rəqəmlərdən ibarət portretə nəzər yetirsək, bunun əyani olaraq şahidi olarıq. Rəsmdə mənim varlığım da xüsusi rəqəmlə göstərilib. Məndən sonra isə daha iki rəssamın doğulacağı işarə olunub”.

Rəssam əsərlərinin eskizini yuxu vasitəsilə əldə etdiyini (kimlərsə ona yuxuda əsərin məzmununu deyir), Dalinin də əsərlərini bu üsulla çəkdiyini deyir. Yeri gəlmişkən sürrealizm elə yuxu ilə reallığın qarışından doğulur. Rəssam Nurəli hermofrodit qadının məhz Abşerona işarə edərək Azərbaycanda dünya şöhrətli rəssamın doğulacağına işarə edir: “Bu əsərdə Salvador Dali özünün davamçısının, ikinci rəssamın Azərbaycanda doğulduğunu işarə edib. Həmin rəssam mənəm.”

İmran Nurəlinin fikrində Salvador Dali təkcə “Yeni insanın doğuşunu izləyən geopolitik uşaq” tablosunda deyil, başqa əsərlərində də ona işarə edib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev də rəssam İmran Nurəlinin fikri ilə razılaşır: “İmran Nurəli və onun kimi rəssamların təfəkkürü bizimkindən çox fərqlidir. Bizim üçün gülməli görünəcək. Amma mən ona inanıram, onun haqqında yazmışam, Rəssamlar İttifaqında fərdi sərgisini də keçirmişəm. Onun dedikləri düzdü. Bu vəhy kimidir, bu cür adamlar təsviri formada informasiya alırlar. Salvador Dali o əsərdə həqiqətən Abşeronu, özündən sonra gələn rəssamı göstərir.”

Bizim fikrimizə gəlincə: Dalinin tabloda göstərdiyi qadın nə Qafqaza, nə Abşerona, nə də Bakıya işarə edir. O qadın barmağını məhz yeni doğulan insana tuşlayıb və geopolitik uşağa məhz bunu göstərək sanki deyir: Geopolitik uşaq bil və agah ol, yeni dünyanın siyasəti mhəz Amerikadan doğulacaq, dünyanın gələcək gərdişini Amerika müəyyən edəcək. Əgər qadın Abşeronu işarə etsəydi o zaman uşaq da yeni doğulan insana deyil, məhz Abşerona baxardı.

Bax, orasını deyə bilmərəm, Dalini bunu “öncəgörmə” kimi göstərib, yoxsa o illərdə rəssama sığınacaq vermiş ABŞ-a jest kimi belə edib.

Oxşar xəbərlər

Xəbər lenti

İstanbulda əxlaqsız erməni yuvası - Aqşin yazır...
11:36 30 Oktyabr 2020
Günün şeiri: Salam, Şuşam!
11:01 30 Oktyabr 2020
Nəzakət Teymurova: "Pandemiya ilə mübarizə də müharibədir"
10:27 30 Oktyabr 2020
Misirli rejissor Kann festivalının qalibi oldu
09:59 30 Oktyabr 2020
Qışqırıb-bağırmağa başladım... - Bircənin romanı
09:00 30 Oktyabr 2020
“Ulduz”un oktyabr nömrəsi nəşr olundu
19:28 29 Oktyabr 2020
“Ayrı-seçkiliksiz gələcəyim” adlı foto-müsabiqə keçirilir
18:50 29 Oktyabr 2020
Nikol Kidman yeni seriala çəkilir
18:21 29 Oktyabr 2020
"Şeron"dan yeni cəngi - Video
17:43 29 Oktyabr 2020
Milli Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
17:11 29 Oktyabr 2020
Bir əsgərin qeydləri: Ölümlə döyüşürəm - Yeni Şeirlər
16:30 29 Oktyabr 2020
Kann kinofestivalının rəmzi açılış mərasimi keçirildi
15:43 29 Oktyabr 2020
Xalq artistinə həsr olunan kitab çapdan çıxdı
15:00 29 Oktyabr 2020
Qızının cəsədinə sarılan atanın fəryadı
14:15 29 Oktyabr 2020
Jerar Depardye Fransa prezidentini homoseksual adlandırdı
13:36 29 Oktyabr 2020
Dünya yazıçıları Gəncə və Bərdə terroru ilə bağlı bəyanat yaydı
12:45 29 Oktyabr 2020
Türkiyədə yazı taxtasına yazdığım “Azərbaycan” sözü – Şərif Ağayar yazır...
11:40 29 Oktyabr 2020
Düşmənin başına daş salan Əbabil quşları: “Bayraktar”
11:01 29 Oktyabr 2020
Bu mahnı səslənəndə düşmən də atəşi saxlayırdı - Ən məşhur müharibə nəğmələri - Video
09:01 29 Oktyabr 2020
Anar Kərimov: "Dəyərli xalçalarımızı hərraclarda tapmışıq"
18:58 28 Oktyabr 2020