Ədəbiyyat üzrə Nobel musiqiçiyə verildi - VİDEO

Ədəbiyyat üzrə Nobel musiqiçiyə verildi - VİDEO
13 oktyabr 2016
# 15:02

Nobel ədəbiyyat komissiyası bu ilin qalibini açıqlayıb. Kulis.Azın məlumatına görə, Nobel ədəbiyyat mükafatının sahibi Amerikan rok musiqiçi Bob Dilan olub.

O, "Böyük Amerikan musiqi ənənələri daxilində yeni poetik ifadələr yaratdığına görə" bu mükafata sahib olub.

Bob Dilan amerikan rok ifaçısı, rəssam, yazıçı, aktyorudur. Əsl adı Robert Allen Zimmermandır. Bob Dilan onun səhnə adıdır.

Onun bir neçə mahnısı insan hüquqlarına həsr olunub.

The Beatles qrupundan sonra musiqi tarixində ikinci əfsanə adlardandı.

Bob Dilan 1941-ci ildə kiçik alverlə məşğul olan ailədə dünyaya göz açıb. Valideynləri Abraham Simmerman və Biatrisa Stoun da musiqiçi olublar. Nənəsi və babası 1905-ci ildə yəhudilər qarşı edilən soyqırımından sonra ABŞ-ya köçüblər.

Bob Dilan 2004-cü ildə “Volume One” adlı xatirələrində nənəsinin evlənmədən əvvəlki adının “Qırğız” olduğunu, ailəsinin Qars tərəflərdə məskunlaşdığını yazmışdı.

Bob Dilan 18 yaşında universitetdən qovulub. 2 ildən sonra, 20 yaşında dağınıq və kirli saçları, köhnə-kürüş geyimləri, çiynində gitarası ilə Nyu-Yorkda “Beatink”lərin arasındaydı. Bob Dilan Nyu-Yorku çox insanın getmədiyi, gedənin də geri qayıtmadığı bir yer olaraq təsvir edirdi. Ona görə Nyu-Yorka getmək Aya getmək kimi bir şeydir.

1963-cü ildə “The Freewheelin Bob Dylan” albomu ortaya çıxanda Dilan artıq məşhur olmaq arzundaydı.

Dilan hər dəfə diqqətləri üzərinə çəkib. Bir gün müharibələrin mənasızlığından, Allahdan, ədalətsizlikdən danışırsa, digər günlər seksdən, sevgidən danışırmış. Bununla da müxtəlif baxışlı insanların diqqətini çəkmişdir.

Qəribə, dağınıq bir adamdı Bob Dilan. Hamı onun sərbəst biri olduğunu düşünür və məhz bu səbəbdən kütlə Dilanı sevir.

Bob Dilan o qədər sərbəst idi ki, hətta bir dəfə sevgilisi ilə gecə evə gələrkən sərxoş halda tualet kağızına ona şeir yazmışdı.

1973-cü ildə “Pat Garrett and Billy The Kid” albomuna qədər bir müddət səs çıxmır Bob Dilandan. Ancaq bundan sonra dayanmadan öz üzərində işləyir əfsanəvi rokçu. “Knockin’ on Heaven’s Door” və “One More Cup Of Coffee” albomları Bob Dilanın şedevrləri hesab olunur.

# 2627 dəfə oxunub

Oxşar xəbərlər

İngilis ədəbiyyatının "melanxolik kraliçası" - Dafna dü Morye kimdir?

İngilis ədəbiyyatının "melanxolik kraliçası" - Dafna dü Morye kimdir?

14:10 13 may 2026
Onun əl işlərini Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə edir - Milanda yaşayan azərbaycanlı dizaynerlə müsahibə

Onun əl işlərini Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə edir - Milanda yaşayan azərbaycanlı dizaynerlə müsahibə

15:54 12 may 2026
"Keçmişin “mirzəsi” indinin “yazarı”dır" - Ədəbiyyatımızdan "yazıçı" sözünü kimlər niyə sildilər?

"Keçmişin “mirzəsi” indinin “yazarı”dır" - Ədəbiyyatımızdan "yazıçı" sözünü kimlər niyə sildilər?

12:00 12 may 2026
Bu hekayə dərin psixoloji nəsr nümunəsidir - Sevil Hidayət

Bu hekayə dərin psixoloji nəsr nümunəsidir - Sevil Hidayət

12:05 10 may 2026
"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

14:47 5 may 2026
"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər