writer1

Ayxan Ayvaz

Məqalə sayı

524
clock12:20 calendar-gray 11 Oktyabr 2016 view-gray296 dəfə oxunub
view-gray296 dəfə oxunub

Qeybətdən necə ədəbiyyat yaranır?

Tarixdən əvvəl də insanlar vardı. Müasir insana oxşayan heyvanlar ilk dəfə təxminən 2, 5 milyon il öncə ortaya çıxdı. İnsana oxşayan heyvanlara Homo Sapiens deyilirdi.

Daha sonra qidanın harda olduğunu bildirmək üçün dil yarandı. Homo Sapienslərin dili ilk dil deyildi amma. Meymunlar və digər heyvanların da istifadə etdiyi dil vardı. Məsələn, meymun cinslərindən biri çoxlu səs çıxarda bilir. Zooloqlar bu səslərdən bəzilərinin nə mənaya gəldiyini tapıblar. Məsələn bir səs “Diqqətli ol, qartal gəlir”, digəri isə “Aslan gəlir” mənasını verir. Maraqlı bir məsələ var burda. Tədqiqatçılar bu çağırışları təkrar bir qrup meymuna qulaq asdıranda onlar əllərindəki işi buraxıb qorxuyla yuxarı baxıblar. Digər bir qrup həmin səsləri eşidəndə ağaca dırmaşıb.

Fikir verin, dil (əslində buna səs də deyə bilərik) ilk olaraq qidadan və qorxudan yaranıb. Yaşamaq üçün qida tapılmalı idi, ölməmək üçün təhlükəni bildirmək.

İlk insanlar qruplar halında yaşayırdı. Onlar aslandan, yırtıcı heyvandan daha çox özlərindən qorxurdular. Qrupda kim kimə nifrət edir, kim kimlə dostdur, kim kimlə düşməndir, kim dürüstdür, kim yalançıdır. Əsl təhlükə elə insan özü idi. Məhz bu səbəbdən dil yarandı. Daha doğrusu, belə deyə bilərik: dil qeybət üstündə yarandı.

Məsələnin digər tərəfi daha maraqlıdır. Homo Sapienslər gördükləri deyil, xəbərdar olmadıqları varlıqlar haqqında danışmağa başlamışdılar. Onlar heç danışmadığı, iyləmədiyi, toxunmadığı şeylər barəsində danışırdılar.

Varlığından xəbərsiz şeylər haqqında hekayələr quraşdırmaqla əfsanələr, nağıllar və din ortaya çıxdı. Artıq təhlükənin gəldiyini xəbər verməkdən əlavə Homo Sapienslər qəbilənin ruhunun olduğunu deyə bilirdi.

Diqqət edin, əvvəl səs ortaya çıxır. Səs qida tapmaq və ölümdən yaxa qurtarmaq üçün yarandı. Buna ilkin dil də deyə bilərik.

Daha sonra qrup halında yaşayan ilk insanlar bir-birilərini tanımağa görə qeybət qırmağa başladılar. Və beləliklə, dil yarandı. İnsanların bir-birinə olan inamsızlığı və yırtıcı heyvandan daha çox özlərindən qorxması dili yaratdı.

Qeybət, kimisə izləmək, kiminsə sözünü dinləmək. İlk insandan bu yana vaz keçə bilmədiyimiz məşğuliyyətdir. Səbəb isə çox sadədir: özünü qorumaq, təhlükədən xilas olmaq üçün. Müasir insan isə bəzən bunu əyləncəyə görə edir.

Hətta ədəbiyyat da qeybətdən yaranmırmı? Yazıçılar kimlərinsə həyatına kamera qoyur, kimlərisə dinləyir və nəticədə roman, hekayə ortaya çıxır.

Lap qədimdən bu yana insanlar qorxduqlarından, başqaları ilə maraqlandıqlarından dili ortaya çıxarıblar. Bizim belə bir ifadəmiz var: “Dilinin bəlasına düşüb”. Dil səni ya göylərə qaldırır, ya da o göylərdən kəlləmayallaq yerə salır. Başqalarını dinləyərək, başqalarının həyatı ilə maraqlanaraq insanlar əhvalatlar danışmağa başladılar. Şifahi bir ədəbiyyat. Sonra isə insanlar həmin danışılanları yazıya köçürdülər. Başqasının da oxuması üçün bunu etdilər.

İnsan yaradılışdan bu günə qədər həmişə sosiallaşmağa, özünü çoxluğa göstərməyə meylli olub. Argentinanın cənubunda Əllər Mağarası var. İnsanlar qayalara öz əllərinin rəsmini çəkiblər. Sanki milyon il əvvəl var olduqlarını göstərmək üçün. Qayaların üzərinə rəsmlər çəkilib, iz qoyulub. Bu günün müasir insanı da sosial şəbəkədə özünə hesab açır, kofe içdiyinin, xarici ölkəyə gəzintiyə çıxdığının, kimlə bərabər olduğunun fotosunu çəkib publikaya çıxarır. Əvvəl də insanlar var olduqlarını bildirmək istəyirdilər, indi də. Və bütün bununla bərabər insan insana inanmır, onu tanımaqdan qorxur. İnamsızlıq milyon ildir var. İlk insandan genetik yolla keçən inamsızlıq bizi bir-birimizdən uzaqlaşdırır.

Ona görə də düşünürəm ki, yeni insan tipi deyilən bir şey yanlışdır. İnsan həmişə insandır, sadəcə dekor dəyişib. Biz lap qədimdən bir-birimizi izləyirdik, söz gətirib söz aparırdıq, qeybət qırırdıq. Bu maraq, ya da ki qorxu, inamsızlıq dilin yaranmağına səbəb oldu. Beləliklə, qəzet, kitab, ədəbiyyat yarandı.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Bu roman yazılmalı deyildi – Seymur öz romanından yazır...
15:40 12 İyun 2021
Aleksandr Sokurov yeni filmindən danışdı
14:20 12 İyun 2021
Ramil Əhmədin Orxan Pamukla bağlı kitabı çap olundu
12:55 12 İyun 2021
İsa Hüseynovun qızı: “Uşaqları olmadığı üçün anamı ondan boşatdırmaq istəyirmişlər” - Müsahibə
12:30 12 İyun 2021
Məşhur filmin ikinci adı bəlli oldu
11:39 12 İyun 2021
Respublika Gənclər Kitabxanası Belinskiyə həsr olunmuş silsilə materiallar hazırlayıb
10:12 12 İyun 2021
“Almanı atdım xarala” mahnısındakı gizli məna nədir? – Unudulmaz mahnılar
09:03 12 İyun 2021
Kamal Abdullaya "Şərəf" ordeni təqdim edildi
18:42 11 İyun 2021
Nizami haqda yeni monoqrafiya - Rus dilində
18:01 11 İyun 2021
Atası anasını öldürməsin deyə, evdəki bıçaqları gizləyən qızcığaz
17:25 11 İyun 2021
Vaqif Səmədoğlu medalı sahiblərinə təqdim edildi
16:44 11 İyun 2021
Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqlarla bağlı araşdırmaya fasilə verildi
16:02 11 İyun 2021
Xəyanət etməyən azərbaycanlı kişilərin problemi
15:14 11 İyun 2021
Rejissorumuz beynəlxalq mükafat aldı
14:36 11 İyun 2021
Atamı öldürən səbəb - Alpay Azər yazır
13:45 11 İyun 2021
Bu gün Kulisdə premyeradır – Qaçırmayın!
13:01 11 İyun 2021
Qızını məcbur aborta göndərdi, 17 yaş kiçik aktyorla eşq yaşadı, övladı ilə eyni xəstəxanada can verdi – Xalq artistindən 10 inanılmaz fakt
12:17 11 İyun 2021
Afaq Bəşirqızının səhhətində hansı problem var? - Xalq artistindən açıqlama
11:53 11 İyun 2021
Tərcüməçidən professora cavab: “Proses” o mənanı vermir”
11:30 11 İyun 2021
Bacısını sevdiyimə görə məni döyən Orxan... – Ulucay yazır
10:51 11 İyun 2021