Aygün Kazımovanın məhəbbət əfsanəsi

Aygün Kazımovanın məhəbbət əfsanəsi
30 sentyabr 2016
# 13:20

Bu ölkədə ən populyar Aygündür Aygün Kazımova.

Kimsə demişdi ki, Aygün Kazımovanın həyatından film çəkmək olar.

Ailənin sonuncu övladıdır Aygün.

Atası o doğarkən balaca Aygünü götürməyə getməyib.

Bir dəfə Aygünün üzünə baxan atası onu Böyük Vətən Müharibəsindən qayıtmayan qardaşına bənzədir. Balaca qızın siması atasını sarsıdır.

Bundan sonra Aygün əl üstündə böyüdülür. Ərköyün bir qız kimi bir dediyi iki edilmir.

Uşaq vaxtı məktəbdə mahnılar oxuyan balaca Aygün bir gün böyük bir faciə yaşayacaqdı...

Onun mahnı oxumağını istəyən atası Aygün 8-ci sinifdə olarkən gözlərini əbədiyyən yumur...

Aygünə Diva deyirlər.

Aygün həndbolda oynayıb, mahnı da oxuyub, filmə də çəkilib, veriliş də aparıb, bəstələri də var.

Bütün bunlarla bərabər Aygünü ən çox Namiq Qaraçuxurlu ilə tanıyırıq.

Namiq Qaraçuxurlu ilə Aygünün bir gün xəbərini almayanda yaman darıxırdıq. Sizə deyim, həmin gün çox əzablı keçirdi. Amma növbəti dəfə “Aygün Namiqlə dalaşdı” xəbəri çıxanda sevinirdik. Ardınca “barışdılar” deyə bar-bar bağırırdı televizor. Aygünlə Namiq müasir dastana çevrilmişdi. Hətta Aygünə görə Namiq öz xanımından da ayrılmışdı. Bir dövr ölkədə əsas xəbərlər Aygün və Namiq məhəbbəti idi.

Aygün Kazımovanın “Son söz” mahnısı var. Çox xoşuma gəlir. Ordakı Aygün çox şahanədir. “Son söz”ə söz ola bilməz.

Ancaq Aygün Namiqlə münasibətə başlayanda mənasızlaşdı. Bu cür gözəl mahnılara imza atan Aygün camaatın gözündən düşdü. Aygün və Namiq sevgisi evimizin içinə qədər gəlib əli cibində gəzişirdi. Aygünün mahnısını dinləyənlər artıq Namiqlə onun münasibətini müzakirə etməyə başladı.

Əfsanəyə çevrildi Aygünlə Namiqin məhəbbəti.

Namiq Aygünü tamamladı, Aygün də Namiqi.

Bir adam oldular.

Namiqsiz Aygün, Aygünsüz Namiq təsəvvür etmək az qala mümkünsüz idi.

Nəticədə Aygün ancaq belə maraqlı qaldı. Namiqlə məhəbbət yaşayan Aygün Kazımova kimi.

Aygünün Qarabağ müharibəsində iştirakı da var hələ. Dedilər, Aygün şəfqət bacısı olub.

Nürəddin Xoca ilə şəkli hələ də yaddaşlardadır.

Hələ Aygünün davalarını demirəm.... Onun məşhur müğənnilərlə söz-söhbətləri dillər əzbəri olmuşdu. Sonuncu davasının adı: İlhamə Quliyeva.

Aygün Kazımova heç vaxt gündəmdən düşmədi. Gündəm sözü Aygün Kazımova ilə sinonim oldu.

Ancaq Aygün Kazımova ən çox Namiq Qaraçuxurlu məhəbbəti ilə yaddaşımızın küçələrində dolaşdı.

Rafiq Tağının illər əvvəl müsahibəsində dediyi fikirlərlə yazını bitirirəm:

“Aygün Kazımovada yüksək talantı dəyərləndirirəm. Di gəl, yaradıcılıq axtarışları sıfır həddindədir. Meyxana onu yıxdı”.

# 5430 dəfə oxunub

Oxşar xəbərlər

Dörd körpə tabutu, bir ölümsüz ariya – Dahi bəstəkarın müəmmalı ölümü

Dörd körpə tabutu, bir ölümsüz ariya – Dahi bəstəkarın müəmmalı ölümü

17:00 10 sentyabr 2026
Ölkəsini ayağa qaldıran yazıçı - Haqsızlığa susmayan "qəzəb övladı"

Ölkəsini ayağa qaldıran yazıçı - Haqsızlığa susmayan "qəzəb övladı"

13:30 10 sentyabr 2026
“Xatırladığım son şey qapıya tərəf qaçmağım idi..." – “Hotel California” necə yarandı?

“Xatırladığım son şey qapıya tərəf qaçmağım idi..." – “Hotel California” necə yarandı?

17:00 9 sentyabr 2026
Bəşəri acizliyin vizual alleqoriyası - Böyük Piter Breygelin “Babil qülləsi”

Bəşəri acizliyin vizual alleqoriyası - Böyük Piter Breygelin “Babil qülləsi”

13:10 9 sentyabr 2026
Ülgüclə yarılmış sonsuz boşluq... - Luço Fontananın "Məkan konsepsiyası"

Ülgüclə yarılmış sonsuz boşluq... - Luço Fontananın "Məkan konsepsiyası"

10:40 8 sentyabr 2026
"Sol ayağım" - Kristi Braunun məşhur əsərindən bir hissə

"Sol ayağım" - Kristi Braunun məşhur əsərindən bir hissə

12:00 7 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər