news-inner
clock11:59 calendar-gray 29 Sentyabr 2016 view-gray242 dəfə oxunub
view-gray242 dəfə oxunub

“Azdrama”da “Şekspir” nümayiş olunacaq

Sentyabrın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin “Şekspir” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən Kulis.az a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Petru Vutkereudur.

Avropanın bir çox teatrlarında tamaşalar hazırlamış rejissor Petru Vutkereu Kişinyovdakı Ejen İonesko adına teatrın yaradıcısı və rəhbəridir.

Tamaşanın tərtibat rəhbəri xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, quruluşçu rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Dilbər İsmayılovadır.

Səhnə əsərində əməkdar artistlər Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, Aslan Şirinov, Şəlalə Şahvələdqızı, Elşən Rüstəmov, aktyorlar Pərviz Bağırov, Nigar Güləhmədova, Anar Heybətov çıxış edəcəklər.

Tamaşanın süjeti belədir: ruhi-əsəb klinikasındakı pasiyentlərin hər biri öz xəyali qurduğu dünyada yaşayırlar. Ər-arvad daim öz ikili təbiətinin problemləri ilə baş-başadır. Stalin bütün günü törətdiyi əməllərin peşmançılığını çəkir. Sara Bernar hər dəqiqə özünü səhnədə təsəvvür edir.

Xəstəxanaya Drob-13–ün gətirilməsi ilə hər kəs bir daha həyata münasibəti haqqında düşünməli olur. Hər kəs hərəkətlərinə yenidən, yadplanetlilərin gözü ilə baxır. Bir anda xəstəxana xəyal və hisslərin boğulduğu, sədaqət və inamın itdiyi, həyata fərdi baxışların qadağan edildiyi dünyamızın kiçik modelinə çevrilir.

Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının təşəbbüsü ilə həyata keçirilən, GUAM ölkələrinin teatr əməkdaşlığını nəzərdə tutan “GUAM-ın teatr məkanı” layihəsinin tərkib hissəsidir.

news-inner-user

18768 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

"Titanik"də əlyazması tapılan Ömər Xəyyam - Qeyri-adi faktlar
21:00 18 May 2021
Detektiv yazıçımızın yeni romanı çıxdı: "İkinci ruhun kölgəsi"
18:41 18 May 2021
Kibrit qutusunu yandırdım, son kibrit sönər deyə... - Minimalist şeirlər
17:52 18 May 2021
"Leyla ilə Məcnun" serialı ekranlara qayıdır
17:09 18 May 2021
Muzey direktoru: “Uzun Həsənin geyimi Bakıya gətiriləcək” – Müsahibə
16:15 18 May 2021
Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib
15:28 18 May 2021
Gözlənilməz istefa, Vaqif Mustafayev və “Space”in yaramazları
15:01 18 May 2021
Vüqar Biləcərinin abidəsi belə olacaq - Foto
14:11 18 May 2021
Soyun... - Aqşin Yeniseydən yeni şeir
13:35 18 May 2021
Bacımın bizi Laçına qaytaran oyuncaqları
13:07 18 May 2021
Barat Şəkinskayaya eşq elan etdi, atası onu evdən qovdu, 35 yaşında güllələdilər – Əməkdar artistin faciəvi həyatı
12:24 18 May 2021
Səxavət Məmmədovun qardaşı dünyasını dəyişdi
11:58 18 May 2021
Yataq otağının pəncərəsinə nərdivan söykəyən qonşu gəlin
11:39 18 May 2021
Nöqtə-vergül dilənən fırıldaqçılar
11:06 18 May 2021
Məşhur yazıçı vəfat etdi
10:25 18 May 2021
Özbəklər azərbaycanlı snayperdən film çəkib
09:36 18 May 2021
Bakı yolunda tıxac yaradan yadplanetli – Nahiddən yeni hekayə
09:01 18 May 2021
Olljjjaaaaaassss!..
18:46 17 May 2021
Tamaşaçılar "Avroviziya"nı maskasız izləyəcək
18:02 17 May 2021
İndoneziyada Nizamiyə aid poçt markası buraxılıb
17:15 17 May 2021