İntellektual nəsr nədir? – ARAŞDIRMA

İntellektual nəsr nədir? – ARAŞDIRMA
27 sentyabr 2016
# 11:37

Kulis.az intellektual nəsr haqqında araşdırmanı təqdim edir.

Ədəbiyyat fərqli olur. Janrlar, istiqamətlər, baxışlar fərqidir bu.

Ədəbiyyatı bu cür bölgülərə ayıra bilərik:

- Əyləncə ədəbiyyatı

- İnformasiya ədəbiyyatı

- İntellektual ədəbiyyat.

Biz intellektual nəsri aydınlaşdırmağa çalışacağıq. Nədir intellektual nəsr? Onun digərlərindən fərqi nədədir?

“İntellektual nəsr” ədəbi termindir. Bu anlayışda yazılan mətn bütün oxucuları deyil, ağıllı oxucuları düşündürür.

İntellektual nəsr həmin mətni izah etmək üçün istifadə olunur. Necə ki, əyləncəli ədəbiyyatda hərəkətlilik, süjetin dinamik olmağı üstünlük təşkil edir, eləcə də intellektual nəsr özündən əvvəlki mətnlərin interpretasiyasını təşkil edir.

İntellektual nəsr elmlə, mədəniyyətin digər sahələri ilə körpü rolunu oynayır. Bu nəsr insanı anlamağa çalışır, insanı təsvir etmir. İntellektual əsərlər çoxxətli, çox planlı, sadə yox, mürəkkəb süjetli əsərlərdir.

İntellektual ədəbiyyat realizm, romantizm ədəbiyyatından kəskin fərqlənir.

Bu anlayış ilk dəfə modernist ədəbiyyatda ortaya çıxıb. Hesab olunur ki, ilk intellektual romanı Tomas Mann yazıb.

“İntellektual nəsr”də yazan yazıçılara baxaq:

Herman Hesse

Tomas Mann

Franz Kafka

Ceyms Coys

Marsel Prust

Uliyam Folkner

Mixail Bulqakov

Oldos Haksli

Corc Oruel

Alber Kamyu

Jan Pol Sartr

Qabriel Qarsiya Markes

Vladimir Nabokov

Xulio Kortasar

Kurt Vonnequt

Struqatski qardaşları

Umberto Eko

Milorad Paviç

Milan Kundera

İntellektual nəsrin əsas xüsusiyyətləri bunlardır:

- Modernist və postmodernist ənənələrə söykənir (Bu xüsusiyyət bütün intellektual mətnlər üçün keçərlidir).

- Forma və ifadə tərzində ədəbi eksperimentlər aparmaq.

- İntertekstuallıq (Mətnlər arası əlaqə).

- Reallıqdan fərqli bir dünya yaratmaq (Mif yaradıcılığı).

- Ruhi, mədəni interpretasiya.

- Mətndə dialoq qurmaq. Oxucu həm müəlliflə, həm də qəhrəmanla danışdığını hiss etməlidir.

- Mədəni səviyyəsi yüksək olan oxuculara hesablanır.

- Hərdən süjet qeyri-xətti olmalıdır. Ancaq bu o qədər də vacib deyil.

- İntellektual nəsrə bu janrlar aiddir: magik realizm, fəlsəfi fantastika, antiutopiya.

- Stilistikanın çoxluğu.

Qeyd: Yazı internet materialları əsasında hazırlanıb.

# 5577 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər