news-inner
clock21:00 calendar-gray 21 İyun 2019 view-gray1249 dəfə oxunub
view-gray1249 dəfə oxunub

19 yaşında dahi olan biseksual qadın - Fransuaza Saqan

Bu gün məşhur fransız yazıçısı Fransuaza Saqanın doğum günüdür...

Fransuaza Saqan 1935-ci il iyunun 21-də Fransanın Karaj şəhərində dünyaya gəlib. Əsl soyadı Kuarez olan balaca qızcığaz varlı ailədə boya başa çatıb. Onun atası nüfuzlu şirkətlərdən birinin rəhbəri, anası isə xeyli torpaq ərazisinə malik olan varlı mülkədar qızı olub. Fransuazanı uşaq yaşalarında hamı Kiki deyə çağırırdı. İkinci dünya müharibəsi başlananda ailə Fransadan bir az aralıda yerləşən Dofina vilayətinə köçür.

On doqquz yaşından başlanan uğur

Fransuazanın ata tərəfdən əsil kökü Rusiyadan olduğunu yazıçı sonralar məşhur vaxtlarında təsdiq etmişdir. Uşaq yaşlarından olduqca ərköyün və yolagəlməz olan Saqanı elit təbəqənin uşaqlarının təhsil aldığı katolik liseyə yazdırırlar. Varlı və nəcabətli ailədən olmasına baxmayaraq Saqan gənc yaşlarında parıltılı həyata aludə olmur. O, həddindən artıq gözəl və cazibədar olan anası Mari Kuarezə qətiyyən bənzəmir. Və buna cəhd də göstərmir. Hətta geyimlərində də daima zövqsüzlük, baxımsızlıq nəzərə çarpır. Daima enlənib, uzanmış sviterdə, köhnə kətan şalvar və yubkalarda gəzib dolaşır.

Onun ədəbiyyata və mütaliəyə marağı günü-gündən artmağa hətta anasını belə narahat etməyə başlayır. Madam Mari qızının daima kitablar içərisində itib-batdığını görəndə təəccüblənib, əsəbiləşir. Tamamilə fərqli xarakterə malik olan ana və qız bir-birlərinin həyatına narahatlıq gətirirlər. Bu, onlarının ömürlərinin sonuna kimi davam edir.

Liseyi bitirdikdən sonra Saqan Sorbona Universitetinin filologiya fakültəsinə daxil olsa da, bir müddət sonra oranı bitirmədən tərk edir.

Gərgin mütaliə ilə yanaşı Fransuaza hələ on dörd yaşından yazmağa başlayır. O, yazdıqlarını redaktə etdikdən sonra müxtəlif redaksiyalara yollasa da hamısından rədd cavabı alır. Uğur onun üzünə on doqquz yaşında gülümsəyir. Çox qısa vaxt ərzində yazmış olduğu “Salam, qüssə” romanı çap olunduqdan sonra gənc yaşlı yazıçıya təsəvvür olunmaz uğur gətirir.

Yeniyetmə yaşlarından əsasən yazıçıların, rəssamların, musiqiçilərin gəlib-getdiyi kafelərə ayaq açan Saqan arzuladığı mühitdə özünü suda balıq kimi hiss edir. Məhz bu səbəbdəndir ki, “Salam, qüssə” romanı çap olunub oxuculara çatanda əsəri oxuyan insanlar onun on doqquz yaşlı qız tərəfindən yazıldığına inana bilmirlər. Əsərdə açıq-saçıq epizodlara və sevgi macəralarına geniş yer verilir.

İlk romanı həm də onu xeyli varlı edir. Qısa zamanda var-dövlət sahibi olan yazıçı özünə bahalı ev, gəmi, bər-bəzək əşyaları almağa başlayır. Həmçinin əyləncəli oyunlara aludə olur. Qumar oynamağı çox sevən Saqan tez-tez belə oyunların oynandığı məkanlarda görünür. Onun özü üçün aldığı evlərdən biri isə çox sevdiyi aktrisa Sara Bernarın vaxtilə yaşadığı ev olur.

Uğursuz evliliklər

Fransuaza bir neçə dəfə ailə həyatı qurur. İlk ailə qurduğu şəxs ondan iyirmi yaş böyük olan nəşriyyat sahibi idi.

Daha sonra o, heykəltəraş Bob Uestxoffla sevgi macərası yaşayır. Bir müddət sonra Saqan hamilə olduğunu öyrənir və Bobla ailə qurur. Həmin evlilikdən Deni adlı oğlu dünyaya gəlir. Lakin, bu dəfə də qısa zaman keçdikdən sonra o, boşanır. Boşansalar belə onlar yeddi il eyni evdə bir-birlərinə mane olmadan yaşamağa davam edirlər. Ümumiyyətlə, onu yaxından tanıyan insanlar Saqanın ailəcanlı, sevgi dolu olmasına baxmayaraq ailə adamı olmadığını qeyd edirlər. Qeyri-sabit xarakteri, daima yeniliyə can atması onun ailə çərçivəsindəki müvazinətini saxlamasına mane olur.

Yeni romanların nəşri və məşhurluq artdıqca Saqan haqqında bir-birindən maraqlı şayiələr yayılmağa başlayır. Onu alkoqol və narkotikə aludəçiliyinə görə qınayanlar olur. Yazıçı daha kübar həyat sürən müasirlərindən fərqli yaşayış tərzinə malik olduğunu açıqlayır. Və onun haqqında deyilənləri qismən də olsa, təsdiq edir.

Alkoqol, narkotik və biseksual damğası

Saqan həmçinin avtomobilləri və onları yüksək sürətlə idarə etməyi çox sevirdi. O, yüksək sürətə olan marağını belə ifadə edir: “Mənim həyatım kaskadyor həyatıdır.” Hətta bu marağı bir dəfə onu ölümün bir addımlığına qədər aparıb çıxardır. Saqan dəhşətli qəzadan salamat çıxsa da, bədənində xeyli yaralar və əziklər əmələ gəlir. O, uzun müddət yataq rejimində və həkim nəzarətində qalır. Oğlu Denin sonralar mətbuata açıqlamasında məlum olur ki, yazıçının narkotikə qurşanması məhz xəstə olduğu ərəfədə baş verir. Belə ki, yazıçı şiddətli ağrılardan əzab çəkdiyi dönəmlərdə həkimlər ona morfi qəbul etməyi məsləhət görürlər. Elə həmin vaxtdan sonra da Saqan narkotik aludəçisinə çevrilir. Bununla yanaşı o, həddindən artıq spirtli içki də qəbul edir. Düşünür ki, spirtli içki insanlarla daha rahat dil tapıb anlaşmaqda ona köməklik edə bilər.

Saqanın ailəsində spirtli içki və narkotik haqqında söhbətlər hər zaman tabu olaraq qalır. Yazıçı haqqında dolaşan söhbətlərdən biri də onun biseksual olmasıdır. Öz dövrünün məşhur qadınları ilə isti münasibət yaşayan Saqanın adı daha çox aktrisa Eva Qardner, Jülyet Qreko və dizayner Peqqi Roşla hallanır.

Uzun müddət Peqqi Roşla bir evdə yaşayıb, hətta onu digər qadınlardan daha çox sevib. Belə ki, Peqqinin sözləri onun üçün qanun olub. Peqqi ona nəyi yasaq edirmişsə Saqan onlardan imtina edirmirş. Onların birlikdəliyi 1991-ci ilə - Peqqinin ölümünə qədər davam edir.

Bir çoxları onun vaxtilə Fransanın prezidenti Fransua Mitteran ilə də sevgi münasibətləri yaşadığını dilə gətirsə də, yazıçı bu şayiəni inkar edib. O, bildirib ki, onunla rəhbər arasında hər zaman sıx dostluq münasibəti olmuşdur.

Kasıblıq içərisində bitən ömür

Deyilənə görə, yazıçı həmişə xüsusilə də ömrünün son günlərində vurğunu olduğu Dostoyevski, Sartr, Prust kimi şedevr əsərlər yaza bilməməsinə görə təəssüflənir. Bunun əməlli-başlı xiffətini edir.

Lakin, yazıçının gileylərinə baxmayaraq o, dünya ədəbiyyatına “Adi təbəssüm”, “Bir ay sonra, bir il sonra”, “Bramsı sevirsizmi”, “Gözəl buludlar”, “Təslim siqnalı”, “Qəlb keşikçisi” kimi bir-birindən maraqlı ədəbi əsərlər təqdim edib.

Hələ gənc yaşlarından keçirdiyi təlatümlü həyat 69 yaşında sona çatır.

Fransuaza Saqan 2004-cü il sentyabrın 24-də ağciyər emboliyası xəstəliyindən dünyasını dəyişir.

Ömrünün son günlərinin kasıbçılıqla başa vuran yazıçı üstəlik bir sıra vergi məsələlərində günahlandırılır. Haqqında cinyət işi açılır.

Saqan dünyasını dəyişən zaman yazıçı Fredrik Beqbeder öz hirsini bu cür sözlərlə ifadə edir: “Fransa özünün son ədəbiyyat dahisini də öldürdü. Mən öz ölkəmdən utanıram. Ey cahil hökmdarlar, sizin adınız tarixdən silinib getdiyi zamanlarda Fransuaza Saqanın adı yaşayacaqdır.”

Tərcümə etdi: Samirə Əşrəf

Oxşar xəbərlər

Xəbər lenti

Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020
Kinematoqrafiya şöbəsinə yeni müdir təyin olundu
13:53 12 Avqust 2020
Manaf Ağayevin döydüyü model sevgili – “Ay canı yanmış” rəzaləti
13:49 12 Avqust 2020
Nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi
13:12 12 Avqust 2020
Özündən 45 yaş kiçik şagirdini hamilə qoyan müəllim
12:53 12 Avqust 2020
Azərbaycanlı yazarın kitabı Türkiyədə nəşr olundu
12:09 12 Avqust 2020
Mədəniyyət Nazirliyinin mətbuat katibi işindən ayrıldığını açıqladı
11:23 12 Avqust 2020
Əfsanəvi müğənninin gitarası rekord qiymətə satıldı
11:10 12 Avqust 2020
Namazı ana dilimizdə qılsaq, daha səmimi olarıq
10:31 12 Avqust 2020
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edir
09:57 12 Avqust 2020
Yollar bağışlamır gecikənləri - Könül Arifin şeirləri
09:00 12 Avqust 2020
Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020