news-inner
clock15:44 calendar-gray 26 Avqust 2016 view-gray492 dəfə oxunub
view-gray492 dəfə oxunub

Dərdin-qəmin dalına bir təpik! - “Günün şeiri”

Şeirlər vardır, yazıldığı gündən dillərə, könüllərə düşən... İllər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan...İnsan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər...Kulis.az-ın“Günün şeiri”layihəsində bu şeirlər yada salınır. Bu ölməz şeirlərə yeni könüllər, yeni könül evləri, yeni sevgilər tapmaq üçün... Şeirləri çoxaltmaq üçün...

Murad Köhnəqala: “Dərdalgin”

(tabletkalarda)

Ey günəşli yurdun şərqli insanı!

Nə vurulmusan bu qəmlərə,

nə əzizlərsən öz dərdini?

Dərd-bəladan həzz alırsan,

manyakmısan?

Sənə verilən o işıq ömür

Uçub gedir bir ox kimi

Adam da bu qədər dərdbaz olarmı?

Köynəyin cırıqdı? - cəhənnəmə ki,

bir az da cırıq gəz!

Dişin yoxdu, pulun yoxdu -

mırıq gəz!

Dabanı sürtülmüş, üstü sökülmüş

su buraxan o ayaqqabınla

bir təpik ilişdir dərdin dalına,

getsin öz işinin-dərdinin dalınca.

Evin yoxdu - nə olsun ki?

Vağzallara,

binaların damına nə gəlib?

Belə şeydən dərd yonub, qəm düzəltmə!

Pulun yoxdu? - bir az da ac gəz.

Ac-yalavac gəzməkdən

xoşbəxt və gülməli

bir şey varmı dünyada?..

Ac-acına

küləkli küçələrdə veyillənmək,

boş sok qablarını,

su qablarını

təpikləmək dərd çəkməkdən pisdimi?

Tutalım, evlənmisən,

evdə uşaqların var,

pulun az, məvacibin yox -

noolsun?!

Qazıb-qazıb dərd çıxartma bundan,

qoy bir az da az yesin arvadın,

bir az da arıq olsun,

bir az da kasıb geyinsin!

Oğlun keçənilki şalvarını geyinsin,

bir az da gödək olsun.

Qızının köhnə ayaqqabısının

sökülmüş yerlərini özün tik.

Sən sapı dişinlə dartdıqca

uşaqların gülüşəcək.

Necədi, gözəl deyilmi?

Təki arvadın sevsin səni!

Qonşu uşaqları bahalı geyər -

özləri bilər.

Qonşu arvadları xəz geyər,

qızıl taxar -

özləri bilər.

Onda var, səndə yoxdu -

noolsun ki?

Səndə var, onda yoxdu -

noolsun ki?

Dərdə çevirmə,

zəhrimara döndərmə bunu!

Qoy gülsünlər sənə,

gülüb-gülüb, axır, yorulacaqlar.

Ömür axır işıq kimi!

Arvadın həmişə narazıdırsa,

dırsa, dirsə, dursa,

fikirləşməyə dəyməz,

ayrıl getsin, boşa getsin!

Uşaqları dərd eləmə,

bura bax,

yenə dərdə taxılma!

Onları əvvəlkindən də

gözəl böyüdəcəksən...

Tutalım, bir işdi, düşdün türməyə.

Noolub,

özünü tütün kimi büküb çəkirsən,

iri, ağır fikirlərin

hambalına dönmüsən,

künclərdə büzüşüb

üzünə əlavə qırış yonursan?

Gözüm aydın,

noolsun haqsız tutulmusan?

Nə üçün qan qusmalısan?

Döyəcəklər - döz gülə-gülə!

Söyəcəklər - döz gülə-gülə!

Bıçaq soxmaq lazımdısa, kiməsə

fikirləşmək lazım deyil,

ordaca sox!

Güllələmək lazımdısa,

güllələ yerindəcə!

Səni də güllələyib yorta bilərlər,

sən də ölməlisən, heç dərd eləmə!

Ömür axıb gedir işıq misalı.

Axmaq kimyagərlər kimi

hər şeyi dərdə-qəmə çevirmə!

Qəmli-qəmli oxuyub

muğamda zarıyırsan,

bu cavan yaşında nə qarıyırsan,

maymaqmısan?

O qoca qəzələ nə kərkinirsən,

manyakmısan?

Tüpürüm sənin o dərdli şerinə,

tüpürüm sənin dərdə aşiqliyinə!

Həyata gəl!

Həyata gir!

Nə göllənirsən?

Nə iylənirsən?

Ömür axıb gedir işıq misalı.

Dərdin-qəmin-vərəmin

dalına bir təpik!

İşıqlı dünyada onların

hörməti yoxdu bir qəpik…

yanvar, 2004

Oxşar xəbərlər

Xəbər lenti

1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar
21:00 17 Sentyabr 2021
Azərbaycanlı skripkaçı birinci yerə çıxdı
19:16 17 Sentyabr 2021
"Arşın mal alan” Çində təqdim olunub - Fotolar
18:45 17 Sentyabr 2021
Məşhur İspan yazıçısı vəfat etdi
18:15 17 Sentyabr 2021
Azadlıq qılıncların oxuduğu nəğmədi – Rüstəm Behrudinin şeirləri
17:30 17 Sentyabr 2021
Təşəkkür edirəm ayaqlarımın səsinə - Yeni şeirlər
17:07 17 Sentyabr 2021
Sezen Aksudan yeni mahnı - Video
16:55 17 Sentyabr 2021
Məşhur tarzənə ev verildi
16:17 17 Sentyabr 2021
Bir sıra mədəniyyət işçilərinə fəxri adlar verildi - Siyahı
15:50 17 Sentyabr 2021
Deşikli daş pirinin möcüzəsi: İnanaq, yoxsa gülüb keçək?
15:30 17 Sentyabr 2021
Sənubər İsgəndərli yeni veriliş açır
14:10 17 Sentyabr 2021
Sevgilisi: "Vüqara yaraşmayan qadınlar qəbrinin üstündə hoqqa verir"
13:01 17 Sentyabr 2021
Narkotikaya qurşandı, cibindən 11 min manat oğurladılar, küçədə ağlaya-ağlaya pul diləndi – Oğlunun faciəsində Səyavuş Aslanın günahı
12:30 17 Sentyabr 2021
Vətənə əbədi köçün mübarək, Yaqub Zurufçu!
11:45 17 Sentyabr 2021
Bakirə qız axtaran debillər
11:10 17 Sentyabr 2021
Bakıda milli kitab sərgisi keçiriləcək – İlk dəfə
10:33 17 Sentyabr 2021
Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalına köçürülüb
09:48 17 Sentyabr 2021
Müəllifi bu mahnıya niyə sahib çıxa bilmir? – Plagiatın qurbanı olan “Bayatılar”ımız
09:00 17 Sentyabr 2021
Ölümünə aktyor, ölümünə inqilabçı... - Bir dahi portreti
21:00 16 Sentyabr 2021
Məşhur Amerika filmi yenidən çəkiləcək
18:51 16 Sentyabr 2021