Jerar Depardye çişini təyyarənin döşəməsinə elədi

Jerar Depardye çişini təyyarənin döşəməsinə elədi
18 avqust 2011
# 13:05
Tanınmış aktyor Jerar Depardye "Avro RC-85" təyyarəsində “kiçik ehtiyacını” hər kəsin önündə edib.


Kulis.az "Frans Press" agentliyinə istinadən bildirir ki, hadisə barədə təyyarənin salonunda olmuş sərnişin xəbər verib. Qadın sərnişinin sözlərinə görə, təyyarə qalxan zaman Depardye tualetə çıxmaq istəyib, amma stüardessa təhlükəsizliklə bağlı ondan 15 dəqiqə gözləməyi xahiş edib.Stüardessanın sözlərinə məhəl qoymayan aktyor ayağa qalxıb və “kiçik ehtiyacını” döşəməyə edib.

Hadisəyə şahid olmuş qadın: “Sərxoş olduğu açıqca görünürdü. Stüardessa şoka düşmüşdü”, - deyə əlavə edib.

Tez-tez Bakıda səfərdə olan fransız aktyorun bu hərəkətindən sonra təyyarə uçuşunu dayandırıb və dayanacağa (park) qayıdıb.

"Air France" korporasiyası Depardye ilə bağlı xəbərləri təsdiqləsə də, "CityJet" şirkətinin təmsilçisi Karen Jillo sərnişinin adını açıqlamayıb: "Biz sərnişinin kim olduğunu deyə bilmərik. Həmin şəxs artıq polisə verilib. Polislə əlaqə saxlayın".
# 2781 dəfə oxunub

Oxşar xəbərlər

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

15:11 12 noyabr 2026
Kino tarixinin unudulmaz performansları -  Bədən dili və mimikayla rol oynayan ən yaxşı sənətkarlar

Kino tarixinin unudulmaz performansları - Bədən dili və mimikayla rol oynayan ən yaxşı sənətkarlar

15:00 12 noyabr 2026
"Supermen"i yenidən yaradan rejissor "DC Studios"un rəhbərliyindən gedir

"Supermen"i yenidən yaradan rejissor "DC Studios"un rəhbərliyindən gedir

14:34 12 noyabr 2026
Qəzzadakı hadisələrdən bəhs edən sənədli film 1,5 milyon tamaşaçı topladı

Qəzzadakı hadisələrdən bəhs edən sənədli film 1,5 milyon tamaşaçı topladı

13:32 12 noyabr 2026
Çaplinin “Müasir zamanlar”ı bu komediyadan təsirlənmişdi? – 10 il davam edən məhkəmə

Çaplinin “Müasir zamanlar”ı bu komediyadan təsirlənmişdi? – 10 il davam edən məhkəmə

18:40 11 noyabr 2026
“Ölümcül Miras”  sənədli filmi nümayiş olundu

“Ölümcül Miras” sənədli filmi nümayiş olundu

16:44 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər