news-inner
clock09:30 calendar-gray 20 Avqust 2016 view-gray293 dəfə oxunub
view-gray293 dəfə oxunub

Sevgilisi zorlanan milis - “NAMƏLUM KİNO”

Kulis.az “Naməlum kino” layihəsində Tofiq Tağızadənin 1982-ci ildə çəkdiyi “Evin kişisi” filmini təqdim edir.

Süjet: Hadisələr kənddə baş verir. Rövşən (Fərhad İsrafilov) Əntiqə (Elza Beaşimova) ilə uşaqlıqdan bir-birini sevir. O, əsgər gedir, Əntiqə isə məktəbi bitirib, imtahan vermək üçün Bakıya yola düşür. Burda o, həmkəndlisi Pənahla (Ömür Nağıyev) rastlaşır. Pənah imtahandan kəsilən Əntiqəni qaldığı otelə aparır, o, qızı inandırır ki, tanış professoru vasitəsilə onun instituta qəbul olunmasına kömək edəcək. Otel otağında Əntiqəyə şərab içirdərək onu zorlayır. Sonra Pənah onunla evlənmək istədiyini deyir. Əntiqə onun təklifini rədd eləyir, kəndə geri dönür. Rövşən əsgərlikdən qayıdandan sonra milis orqanlarına işə düzəlir, Əntiqəylə görüşmək istəsə də qız ondan qaçır. Evdə isə onun başqa qayğıları var. Bacısı Səyyadı (Sevil Rəsulova) ərə vermək üçün anası (Barat Şəkinskya) cehizin pulunu tapmağı, toy eləməyi onun öhdəsinə qoyur. Çünki o, evin kişisidir. Rövşən onun üzərinə düşən məişət qayğılarının öhdəsindən gəlməyə çalışır.

“Evin kişisi” İsi Məlikzadənin eyni adlı povesti əsasında ekranlaşdırılıb, ssenari müəllifi də yazıçının özüdür.

Janrına görə film daha çox lirik sosial dramdır. Və bu günümüz üçün də son dərəcə aktual olan, zaman-zaman ailələrdə konfliktlərə səbəb verən məsələləri önə çəkir.

Əhvalatda qabardılan əsas problemlərdən biri yeni ailə institutuna köhnə, əhəmiyyətini itirmiş baxışdır. Zira yaşlı nəsil bununla barışmaq istəmir.

evin kisisi.jpg görüntüleniyor

Rövşənin anasının bütün qayğısı nə olursa-olsun qızına yaxşı cehiz vermək, təmtəraqlı toy eləməkdir. Rövşən əsgərlikdən gələn gün, ana onunla qucaqlaşıb hal-əhval tutmadan, dincəlməyinə macal vermədən evin kişisi kimi oğlunun ailə üçün məsuliyyət daşıdığını deyir.

Qadını qızının hissləri, nə istədiyi maraqlandırmır. O, düşünür ki, möhkəm, xoşbəxt ailənin təməli daha çox yaxşı cehizin üzərində qurulur.

Müəlliflərin qabartdığı ikinci aktual məsələ qadına qarşı zorakılıq, qadın haqlarıdır. Universitetin hüquq fakültəsində oxuyan, vəzifəli şəxsin övladı olan Pənahdan ötrü qadın məqsədinə çatmaq üçün vasitədir. Pənahın işdə bir qadınla şəxsi zəmində problemləri var, həmin qadından xilas olmaq üçün ona təcili ailə qurmaq lazım gəlir. Və o, Əntiqəni qurban seçir.

Əntiqənin də, Rövşənin də anası düşünür ki, qız zorlanıbsa, bu vəziyyətdə yeganə günahkar onun özüdür. Hətta Rövşənin anası qızı Sayyada daha onunla görüşməməyi, dostluğu bitirməyi tələb edir. Amma o, rəfiqəsini atmayacağını deyir.

Əntiqənin anası (Zemfira Sadıqova) qızının dərdini bölüşmür, ona dayaq olmur, əksinə onu qınayır, sərt davranır və dörd divar arasında çürüyəcəyini deyir.

Müəlliflər yuxarıda qeyd olunan problemləri adət-ənənələrə, mental düşüncəyə bağlayırlar.

Sovet hakimiyyəti dövründə qadın haqları, qadın azadlığı qismən həllini tapsa da, mental düşüncə səbəbindən qadına münasibət köklü dəyişməyib. Yəni qadın təhsil ala, işləyə bilər, amma onun əsas problemləri dəyişməz olaraq qalır: zorakılığa məruz qalmış qadın qurban da, zərərçəkmiş də olsa, yenə də tək günahkar odur.

Müasir dövrümüzdə də bir çox ailələrdə belə qeyri-sağlam fikir hakimdir, qətllərin, ailədə münaqişələrin baş verməsinin əsas motivlərindən biri də budur.

Təsadüfi deyil ki, filmdə Pənah cəzasız qalır, ədalət məhkəməsi qarşısında cavab vermir, hətta onu cinayətinə görə məsuliyyət daşıması kiminsə ağlına gəlmir.

Ümumiyyətlə, “Evin kişisi”ndə lirik xətt güclüdür, sosial problemlər lirizmin fonunda küncə sıxışdırılır.

Amma hər halda sonda gənclər adət-ənənəyə, mentallığa yox deyir. Səyyadın nişanlısı (Əliabbas Qədirov) adət ənənlərə qarşı gedərək nişanlısı ilə sadə nikahla kifayətlənir. Rövşən isə sonda Əntiqəyə qayıdır, amma onun qayıdışının kökündə qadını anlaması yox, sevgisi dayanır.

Bu film operator Kənan Məmmədovun kinoda ilk işidir. Çəkilişlər Şəki və Yardımlıda aparılıb.

Oxşar xəbərlər

Xəbər lenti

Tanrının İtaliyaya bəxş etdiyi böyük sərvət: Ennio Morrikone
21:01 06 İyul 2020
Xalq artisti oğlundan yazanları hədələdi
20:40 06 İyul 2020
Kukla Teatrında uşaqlar üçün onlayn tamaşa
18:39 06 İyul 2020
Cənubi Koreya musiqi qrupu dünya rekordu qırdı
18:00 06 İyul 2020
Azərbaycanda pandemiyadan film çəkildi – Video
17:15 06 İyul 2020
Yaşından otuz il qoca görünən, qurultayda bircə səs qazanan, AYB-nin qarşısında dünyasını dəyişən məşhur şairimiz – Maraqlı faktlar
16:33 06 İyul 2020
Luvr muzeyi açıldı
15:49 06 İyul 2020
Hamilə qalmaq üçün daş oyuğuna salınan gəlin – Güneydən hekayə
15:11 06 İyul 2020
İlin ən yaxşı internet serialı - "Şəxsiyyət"
14:28 06 İyul 2020
İsa Məshinin lezbiyan obrazına dindarlardan etiraz
13:45 06 İyul 2020
Əlini iki dəfə tərpətdi... - Mahmudun dəfnindən gecikmiş reportaj
13:02 06 İyul 2020
Mirşahin Ağayev koronavirusa yoluxdu
12:33 06 İyul 2020
Azərbaycanın Prustu – Şərif Ağayar yazır...
12:01 06 İyul 2020
Bəhram Bağırzadədən xoş xəbər
11:56 06 İyul 2020
Villalara sığmayan karantin ərköyünləri
11:30 06 İyul 2020
Dünya şöhrətli bəstəkar vəfat etdi
11:07 06 İyul 2020
Karantin qaydalarını pozan azərbaycanlı aktrisa işdən çıxarıldı
10:58 06 İyul 2020
Məşhur aktyor vəfat etdi
10:25 06 İyul 2020
Röya "Altın kelebek"in qalibi oldu
09:56 06 İyul 2020
Ərinin başını qırxan kim, ad günü keçirən kim, rayonları gəzən kim... - Şou əhli karantində - Fotolar
08:58 06 İyul 2020