Sevmək atana çiçək alıb, ananla futbola baxmaq – Oğuz Ayvazdan yeni şeirlər

Sevmək atana çiçək alıb, ananla futbola baxmaq – Oğuz Ayvazdan yeni şeirlər
12 avqust 2016
# 17:01

Kulis.Az gənc şair Oğuz Ayvazın yeni şeirlərini təqdim edir.

Misralara söyürsən

yazdığım şeirləri oxumusan bir axşam,
xatirələrimizin küçəsinə düşmüsən,
bir az mənə əsəbiləşmisən,
bir az özünə...
heç nə...
başıma iş açmısan...

günlərim sənə şeir yazmaqdır elə,
nə yalan deyim
başqa işim yox.
günlərim bir-birinə bənzəyən köhnə ayaqqabılar
o ayaqqabılarla addımlayıram sənli xatirələrə...

şeirlərimdə nifrət axtarırsan özünə,
misralarıma söyürsən,
misraların müəllifinə də...
heç nə...
başıma iş açmısan...

qayıtmaq sözünü demədin ki...
desəydin şeirlərimə düşərdi
üşüyən misraları qızdırardı...

qayıtsaydın...
qayıtsaydın
gələcəm desəydin
bir dəfəlik...
şeirlərim qollarını açardı sənə
bir az şeirə bulaşardın
bir az özünü qatardın şeirlərimə.
bir az şeir qoxuyardın...

sən yağışdan sonra göy qurşağı kimi rəngarəng
tüstülərin əlvida dediyi səma
sən uşaqların “bu boyda” dedikləri sevgi ərazisi
nə olar
nə olar
bir dəfə də yaz ki, səni sevirəm,
yaz ki, bundan sonra günəş olacaq,
yaz ki, bundan sonra uşaqlar ağlamayacaq.
yaz ki, mən sənin ən gözəl şeirin olacam...

Səs

dostlarla gülürdük,
bilmirəm saat neçə olardı,
bilmirdik hara gedək, amma niyə gülürdük
onu da bilmirəm...


bir qadının səsinə doğru qaçdı gülüşümüz,
əvvəl dostumun ayaqları, üzü,

sonra bütün bədəni getdi,
bayaq durduğumuz
yerdə gülümsədi siqaret kötükləri,
əlimizdə tabut gəldi,
bir az əvvəl dostumuzu gözləyirdik,
öləni soruşduq, dənizdə batıb dedilər.


anasının qışqırığı sözümüzü kəsdi,
dostlarla gülüşürdük,
tabutu evə qoyduq,
çox ağır idi - dedi
dostumun biri,
ölüm ağır olur, bəzən daşıya
bilməyəcəyin qədər,
tabutu qollarımız deyil,
dəniz dalğası apardı evlərinə,
sərin yerə düşürtdü,
adamlar istidən çıxıb gəlmişdilər,
sərinləmək istəyirdilər,
tabutdakı dənizdə batmışdı...

Sevmək

sevmək durduğun yerdə zibilə düşmək.
qaranlıq otaqda qara pişiyi axtarmaq
əşyalara toxunanda üzr istəyirəm demək.
adamların arasında özünü lüt hiss edib qaçmaq kimi...

sevmək atana çiçək alıb, ananla futbola baxmaq
süpürgəçi qadına xanım demək.
marşrutda sürücünün zövqünə uyğun mahnıları dinləmək.
kişi paltarlarına qadın bədəni geyindirmək kimi...

sevmək bütün içkilərin şərab dadmağı.
metroda adamlara baxıb gülmək istəyi.
saatın həmişə eyni vaxtda qalmağı.
hamının dost olduğu vaxt qəfil düşmən olması kimi...

sevmək atom bombasını siqaret kötüyü kimi söndürmək.
güllələri yağış damlasına bənzətmək.
uşaqlara qoşulub palçığa bulaşmaq
bütün insanlarla tərcüməsiz danışmaq kimi.

Günəş

metroda gedərkən adamların üzünə baxmısınızmı?
günəş düşür uşaqların üzünə
adamların üzündə kölgə tərpənir...

qəfil qaranlığa şığıyır, adamların üzündəki günəş,
sözlər tapdalanır qatarın altında
adamların üzündəki adam danışır...

bizi günəşə səsləyən
uşaqların yığılıb top oynadığı təpəyə
çağıran adam!

sənə səslənirəm!

günəşə doğru gedirik günəşə
üzümüzə bir az günəş vurub qayıdacağıq...

# 2780 dəfə oxunub

Oxşar xəbərlər

“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

14:54 18 fevral 2026
Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

11:30 18 fevral 2026
Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

13:00 17 fevral 2026
"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara  xərclədiyimiz pulu niyə kitablara ayırmırıq?

"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara xərclədiyimiz pulu niyə kitablara ayırmırıq?

12:00 17 fevral 2026
Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... -  Sual soruşmağı kim yasaqlaya bilər ki?

Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... - Sual soruşmağı kim yasaqlaya bilər ki?

17:20 10 fevral 2026
"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

13:00 9 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər