news-inner
clock09:00 calendar-gray 12 Avqust 2016 view-gray338 dəfə oxunub
view-gray338 dəfə oxunub

"Behzat Ç"-nin ən yaxşı türk serialı olmasının 10 səbəbi

Kulis.az “Behzat Ç” serialına baxmaq üçün 10 səbəb” yazısını təqdim edir.

1. Bir roman qəhrəmanıdır Behzat. Hətta iki roman qəhrəmanıdı: “Hər təmas iz qoyur” və “Son qazıntı”. Bəlkə buna görə də ekranlarda yad görünür. Bizim alışmadığımız tiplərdəndir. Qəzetlərin ancaq idman səhifələrini oxuyur. Müttəhimləri, əmrində çalışan polisləri döyür. Hər zaman sərxoşdur. Bəzən zorakılığı patoloji səviyyəyə yüksəlir. Amma həm də bir ruh insanıdır, dostu üçün hər cür fədakarlığı edir. Ziddiyyətlərdən doğulub. Və bu ziddiyyətlərlə yaşayır. Qızının qatilini belə… Nəsə. Süjetdən danışmayaq. Serialın uğurunun ilk səbəbi Behzatın özüdür. Həyata qarşı törədilən cinayətlər bürosunun rəhbəri Behzat Ç. Soyadı isə hər zaman naməlum qalır.

2. Serialın əsas gücü isə bəlkə də onun ifrat dərəcədə realist olmağındadır. Tamaşaçı bir çox hallarda seriala baxdığını da unudur. Bəlkə elə bu səbəbdən ki, serial qapanmaq təhlükəsi yaşayanda ilk dəfə olaraq insanlar küçəyə çıxaraq etiraz aksiyası keçirtdilər. Bəzən bizə çox adi gələn dialoqlar, insanların məişət qayğıları və obrazlar o qədər realistdir ki, tamaşaçı beləcə də düşünür: Məgər bu bizim həyatımız deyilmi?

3. Üçüncü səbəb isə Harundur. Bir az sadəlövh, hadisələrə gec reaksiya verən adamdı Harun. Və sevdiyi qadına görə ingilis dili kursuna getməklə böyük fədakarlığı da olub. “Beni kimse sevmedi, abi” nidası hələ də qulağımızda səslənir.

4. Behzat Ç “Kurdlar vadisi” və “Arka sokaklar” kimi bəzən dərin dövlətə də gedib çıxır. Lakin burda superqəhrəmanlıq nağılları yoxdur. Dedik axı, hər şey gerçəkdir. Və arı yuvasına çöp soxanların aqibəti heç zaman dəyişmir. Behzat elə gerçəyin özüdür.

5. Behzat həm də dostluq haqqında balladadır. Cinayət şöbəsinin komissarları Harun, Akbaba, Hayalet hər nə qədər bir-biriləri ilə savaşsalar belə bir-birləri üçün ən böyük fədakarlıqları da edə bilirlər.

6. Serialın bütün qəhrəmanları travmatikdir. Akbaba hələ də uşaq vaxtı zorlanan sevgilisini unuda bilmir. Hayalet uşaq ikən bilmədən atasını polisə satıb. Behzat isə... Onun dərdi dillə yox, sazla deyiləsidir. Serial ərzində iki dəfə ruhi xəstəxanaya düşməsini desəm bəlkə də mənzərəni qismən yarada bilərəm.

7. Ercüment Çözer: Multimilyoner iş adamı və adicə manyak. Necati İşlerin ruh verdiyi bu rol da ziddiyyətlidir. Bəzən Behzata yaxşılıqlar da edir, amma mahiyyətcə manyakdır. Amma dərindən baxanda görürsən ki, o da Behzat kimi dəlidir, bir az başqa cürə dəli olsa belə.

8. Behzat Ç İstanbuldan kənarda çəkilən dizilərin ən populyar olanıdır. Və əslində bir Ankara nağılıdır. Seriala baxdıqdan sonra Ankara bizə bir başqa cürə doğma, bir başqa cürə əziz olur. Və Behzat Ç də Ankaranın simvollarından biridir.

9. Serialın ən yaxşı cəhəti isə zarafatlardır. Bəzən çox mənasız zarafatlar də edirlər. Bəzən isə uğurlu. Amma hər zarafat güldürür. Çünki onlar bizim evin adamı qədər doğmadırlar.

10. Behzat Ç serialı insanın nə qədər mürəkkəb bir varlıq olduğunu göstərir. Sevgiləri, xəyanətləri, ağrıları, gülüşləri və qısası insana aid olan hər şey elə bu diziyə də aiddir. Və buna görə də vazkeçilməzdir.

BONUS: Behzat Ç replikaları

- Seviyorum, merkez, seviyorum.

-Her kes mutlu olacak diye bir şey yok ki. Biz de mutsuz olalım.

-Dünyanın ekseni kaydı Behzat. 12 cm yerinden oynadı, sen bana 1 cm bile yaklaşmadın.

-Ben cinayet oldum, abi.

-Ben iyi bir adam olamadım. Ama kimsenin de adamı olmadım.

news-inner-user
Qan Turalı

228 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Əhli-kef
11:01 20 İyun 2021
Kamyunun arvadı bu ssenariyə etiraz etdi – “Yad” filmində baş verənlər
16:31 19 İyun 2021
Müğənni Sılanın kitabı çap olundu
15:41 19 İyun 2021
"Qırmızı papaq" onlayn nümayiş olunacaq
13:46 19 İyun 2021
Gəlinini iş yoldaşına qısqanan “Qoçu Əsgər” – Xalq artistindən maraqlı faktlar
12:29 19 İyun 2021
Fərəc Fərəcov haqqında monoqrafiya çap olunub
11:25 19 İyun 2021
Devid Quetta musiqilərini satdı
10:25 19 İyun 2021
Bu mahnı gənc alimi cəsarətləndirmək üçün yazılmışdı: Dünyanı gəzdi - İllərin mahnısı
09:01 19 İyun 2021
Adamları tanıdım – Nura Suri oğlunun qəza keçirməsindən yazdı
23:55 18 İyun 2021
Hamlet Xanızadənin xatirə gecəsi keçirildi
18:58 18 İyun 2021
Cahangir Cahangirovun 100 illiyi qeyd olunub
18:01 18 İyun 2021
Çiçək kimi ətirli, tər və sütül bədənlər! - Qadına sonetlər
17:20 18 İyun 2021
Müasir İncəsənət Muzeyində sərgi açılacaq
16:40 18 İyun 2021
Azərbaycanın ən naşı klassiki – Seymur Baycanı sərt tənqid etdilər
16:00 18 İyun 2021
Tikanlı sözlər adamı necə öldürür?
15:15 18 İyun 2021
Əkrəm Əylislinin vəziyyəti ağırlaşdı - Açıqlama
14:27 18 İyun 2021
Bakıda yeni sərgi açılır
14:09 18 İyun 2021
“Azərbaycanfilm” türk jurnalist Fulya Öztürk haqqında film çəkir - Fotolar
13:19 18 İyun 2021
İslamdan imtina etdi, çayda boğmaq istədilər, atası üzündən öpəndə ağzını yudu – Diriykən yası verilən dahi azərbaycanlı
12:36 18 İyun 2021
Kəramət Böyükçölün yeni romanı çıxdı - Foto
12:08 18 İyun 2021