Yazarlarımızın sevdikləri aktyor və aktrisalar – SORĞU

Yazarlarımızın sevdikləri aktyor və aktrisalar – <span style="color:red;">SORĞU
2 avqust 2016
# 17:10

Bu gün Milli Kino günüdür. Kulis.Az bu münasibətlə yazarlardan ən sevdiyi aktyor və aktrisaları soruşub. Cavabları təqdim edirik.

Anar: “İndi birinin adını çəkəcəm, o birisi inciyəcək. Ona görə də deyə bilmərəm”.

Aqil Abbas: “Sual çətindir. İndi bilmirsən kimi deyəsən? Birini deyəcəksən, o birisinə ayıb olacaq. Ancaq aktyorlardan Həsən Məmmədov, Fuad Poladov, Rasim Balayevin adını çəkə bilərəm. Bunları bir-birindən ayırmaq da olmaz, hərəsinin öz yeri var. Aktrisalardan da Leyla Bədirbəyli, Nəcibə Məlikova, Nəsibə Zeynalova, Hökümə Qurbanova, Gülzar Qurbanova ən çox sevdiyimdir”.

Elçin Hüseynbəyli: “Həsən Məmmədov çox sevdiyim aktyordur. Aktrisalardan Nəcibə Məlikovanın adını çəkə bilərəm. Son vaxtlara gəlsək, Vaqif Mustafayevin “Yoxlama” filmində Əjdər Həmidovun rolu xoşuma gəldi. Rejissor tapşırığını, mənə elə gəlir ki, doğru yerinə yetirmişdi. İndiki aktrisalardan isə xatırlamıram. Çox qəribə səslənsə də, Hüseyn Cavid haqqında çəkilən “Cavid ömrü” filmində Dilarə Əliyevanın ifa etdiyi rolu çox bəyəndim. Yeni ampluada onu görmək mənə xoş təsir bağışladı”.

İlqar Fəhmi: “Müasirlərimizdən Fuad Poladov və Sənubər İsgəndərli sevdiyim aktyorlardır. Həm istedad, həm də peşəkarlıq səviyyəsi onlarda yüksək dərəcədə vəhdət yaradır. Hər ikisiylə işləmişəm deyə, onların işə necə peşəkar münasibət bəslədiyini özüm görmüşəm... İndiki sənətkarlarda ən zəif cəhət budur məncə. Gənclərdə istedad var kifayət qədər, amma işə peşəkar münasibət zəifdir”.

Aqşin Evrən: “İnarə Quliyevanı “Alma almaya bənzər” filmində bütün film boyu sevirəm (orada müəllimə rolunu ifa edir). O həm qadın, həm də aktrisa kimi daha çox film olub, nəinki aktrisa. “Qayınana”da Afət rolunu oynayıb. Bir də Həmidə Ömərova ilə Leyla Şıxlinskaya – onların gözəlliyi elə canlı aktrisa idi. Aktyorlardan isə Rasim Balayev. Onun “Bəbək” filmindəki andı - çıxışı ilə monqollara (!) üç dəfə yürüş eləyib intiqam almaq olar. Üstəlik, Rasim Balayev 6 il ara ilə Babək kimi döyüşkən və Nəsimi kimi sülhsevər iki obrazı çox ustalıqla canlandırıb. Əgər aktyor tarixi şəxsiyyəti xalqa sevdirə bilibsə, demək, o, maksimum şəkildə işinin öhdəsindən gəlib”.

Rəbiqə Nazimqızı: “Əlabbas Qədirov və Şahmar Ələkbərov. Yaşayanlardan Elşən Rüstəmov və Hikmət Rəhimov. Xanımlardan Zemfira Nərimanovanın fanatı olmuşam hər zaman. Bir də, təbii ki, istisnasız olaraq, YUĞ-un bütün aktyor və aktrisalarını sevirəm. Bir də Həsən Əblucun səsinin dəlisiyəm...”

Cavid Zeynallı: “Bu suala cavab verməkdə çətinlik çəkirəm. Yəni sənət və sənətkar sevgisi nisbidir. Bu gün səni heyrətləndirən aktyor və aktrisa, sabah adi görünə bilər. Ümumi şəkildə desəm, sənətini qiymətləndirdiyim, dəyər verdiyim insanlar var. Bir neçəsinin adını çəkə bilərəm. Rasim Balayev, Nurəddin Mehdixanlı, Fuad Poladov, Fəxrəddin Manafov, Firəngiz Mütəllimova, Sabir Məmmədov, bir qədər sonrakı nəsildən Münəvvər Əliyeva, Gülzar Qurbanova, Rasim Cəfər, lap gənclərdən Hikmət Rəhimov, Tural Baxış, Murad İsmayıl və başqaları. Təbii ki, bu siyahının özü də nisbidir və sabah hansısa filmdə rast gəldiyim sənətçi məni heyrətləndirə, sevdirə bilər. Deməli, onda siyahı daha da genişlənəcək”.

Könül Həsənqulu: “Milli kinolarımızı zövqlə izləyirəm. Müasir kinomuzda fikir verirəm ki, daha çox gözəl aktrisalara və yaraşıqlı, əksərən də idmançı bədən quruluşuna malik aktyorlara üstünlük verilir. Vizuallığa meylin artması nəticədə obrazlılığı öldürür. Mən bunun tərəfdarı deyiləm. Bir izləyici kimi oyunçuların görünüşündə bədiilik axtarıram həmişə. Məhz fransız filmləri bu baxımdan olduqca uğurludur.

Ümumiyyətlə, tək kino deyil, incəsənətin müxtəlif sahələrində, xüsusilə təsviri incəsənətdə şəxsən mən qəhrəmanın gözəlliyini deyil, əsərin gözəlliyini görmək istəyirəm. “Gözəllik” sözü də burada birbaşa mənasından yayına və nisbi anlayış ola bilər.

oşladığım aktyorlar qocaman aktyor Fuad Poladov, gənclərdən isə Rasim Cəfərdir, aktrisalardan isə Nübar Novruzovadır. Novruzovanın sənəti, obraz yaratmaq istedadı, onun, təbiətin bir qadına bəxş edə biləcəyi bütün gözəlliyini kölgədə qoyur”.

# 3830 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

17:16 8 iyul 2026
Körpənin intiharı - Müsabiqədə qalib olan hekayə

Körpənin intiharı - Müsabiqədə qalib olan hekayə

10:00 7 iyul 2026
Ölməzdən əvvəl mütləq baxmalı olduğunuz 10 bioqrafik film - Siz bunlardan neçəsini izləmisiniz?

Ölməzdən əvvəl mütləq baxmalı olduğunuz 10 bioqrafik film - Siz bunlardan neçəsini izləmisiniz?

15:00 6 iyul 2026
Hitlerin vətəndaşlıqdan çıxardığı Nobel mükafatçısı - Dahi yazıçının gizli gündəliklərində nə yazılmışdı?

Hitlerin vətəndaşlıqdan çıxardığı Nobel mükafatçısı - Dahi yazıçının gizli gündəliklərində nə yazılmışdı?

10:00 6 iyul 2026
Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

10:00 4 iyul 2026
"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı  feminist yazıçıdan sitatlar

"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı feminist yazıçıdan sitatlar

15:00 3 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər