news-inner
clock15:11 calendar-gray 20 İyul 2016 view-gray222 dəfə oxunub
view-gray222 dəfə oxunub

Tərlan Əbilov: “Hər şey cənub bölgəsində başladı”

Bu gün Lənkəranda yaşayan şair Tərlan Əbilovun doğum günüdür. Onun 48 yaşı tamam olur. Bu münasibətlə şairi təbrik edirik və onunla qısa söhbəti nəzərinizə çatdırırıq.

- Necəsiniz? Bu yaşdan nələr görünür?

- Həmişəki kimi yaxşı olmağa çalışıram. Bilirsən, fərqlilik əslində bütün yaşlarda insanın özündən bezməməsi üçün axtardığı impulsdur. Daha çox fərqləndikcə təklənmək ehtimalı çoxalır. Ətraf donur, sən nəfəsinlə isidib keyini açmaq istəyirsən vaxtın, ətrafdakı hərəkətsizliyin. O zaman hər şey fərqli görünür, uşaqlığın, gəncliyin, bu günün, fərqli görünür o vaxtki istiliyin, bugünkü sönüklüyün. Fiziki sürət zəiflədikcə, səbri artır, başı daha iti çalışmağa başlayır adamın. Yaşı artdıqca daha çox bağışlamaq imkanı artır hər kəsin. Elə bunun özü də qəribə görünür adama. Fərli görünməyən nə varsa təmkinlə yanaşmağa başlayırsan. Bu yaşdan nələrin fərli görünmədiyinə gəlincə bir-ikisini sadalayım; ədəbi saymazlıq, istedadı görməzlik, yağla şorun qiymətini bir tutmaq və s...

- Nə yazırsan?

- Hər gün nəsə yazmasam qala bilmirəm. Demək olar ki, hər gün şeir yazıram. Üç şeirlər kitabım çıxıb. Birini də təzəcə yığıb korrektə işlərini də başa vurmuşam. Material sarıdan korluq çəkmirəm. Etiraf edim ki, bir beş il öncədən şeir bəs eləmədiyindən nəsrə keçidlərim də vardı. Bəzi hekayələrim saytlarda işıq üzü görüb. Şeirlər kitabından sonra fikrim var hekayələr kitabımı da dərc elətdirim. Texniki işlər başa çatıb. Başqa işlər də var, adlarını indidən çəkmək istəmirəm, yalançı çıxmaqdan xoşum gəlmir, Allah fürsət versin.

- Hərdən Facebookda ümidsiz görünürsən... Ümumiyyətlə, fb sənin üçün nə deməkdir, əhval yeri, yoxsa hara?

- Bildiyiniz kimi, şairlər ovqat adamlarıdır. Onların təbiətinin də buludlu, yağmurlu anları olur. Günah, suç qazanmaq insanın haqqı olduğu kimi, ümidsizliyə qapılmaq da bir başqa haqqıdır mənim kimilərin. Fb mənim üçün daha çox zəngin kitabxana əvəzidir. Axı bölgələrdə kitab dükanları hələ də problem olaraq qalır. Lənkəranda mövcud olan bir kitab mağazasında əldə edə bilmədiyim əsərləri burda tapıb oxuyuram. Təbii ki, bir az da əhval yeridir fb. Yeni dostluqlar, tanışlıqlar ədəbi imkanları genişləndirmək üçün çox əlverişlidir. Faydalanmaq istəyən əlinə düşən hər bir fürsətdən layiqincə istifadə etməlidir. Mühitin yetişdirdiyinə çevrilməkdənsə, mühiti yetişdirənə çevrilməkdir ən önəmlisi. Bölgədə yaşayıb-yaradan insanlar üçün ən vacib olanı budur, düşünürəm.

- Cənubda həmişə aktiv ədəbi mühit olub. Özü də avanqard ədəbiyyat... Sərbəst şeir, yeni nəsr variantları, aktual tərcümələr... Bu nə ilə bağlıdır? İndi durum necədir?

- Cənub ədəbi mühitinin özünəməxsus xüsusiyyəti var. İlk növbədə 60-cı illərdən üzü bəri mühitdə həm modern düşüncə, həm də klassik ədəbi düşüncəyə maraq hökm sürüb. Modern ədəbi düşüncənin ifadəsi Camal Yusifzadə, Şəkər Aslan, Vaqif Hüseynov, Yaşar Rzayevin, Rasətin əsərlərində bu və ya digər dərəcədə öz ehtivasını tapıb. Onlardan sonrakı ədəbi nəsillər modern düşüncənin, yeni təfəkkürün inkişaf tapmasında mühüm rol oynamışlar. Bu ədədi düşüncənin yeni forma və məzmunda yeni inikasıdır. Hər bir yeniliyin bünövrəsində ciddi mütaliə, ciddi araşdırma və ciddi sağlam mübahisə durur. Çağdaş Azərbaycan poeziyasında, bütövlükdə ədəbiyyatında cənub ədəbi mühitinə məxsus olan ədəbi imzaların çəkisi bu sualın geniş cavabıdır.

- Başqa bölgələrlə, məzələn, Qazax, Gəncə, Qarabağ, Quba mühiti ilə cənubu necə müqayisə edərdin?

- Cənub poeziyası təfəkkür poeziyasıdır. Dünya ədəbi prosesində baş verən hadisələr cənub ədəbi mühitində daha çox mütaliə olunub, müzakirə olunub və olunur. Dünya ədəbi dəyərləriylə yanaşı klassik şərq poeziyasını, necə deyərlər əruz ədəbiyyatının incəlikləri də cənub ədəbi mühitində həmişə incələnib və öyrənilib. Ümumiyyətlə, çağdaş Azərbaycan poeziyasında cənub ədəbi mühitinin yeri düzgün müəyyənləşməyib. Cənub yazarlarının Azərbaycan poeziyasına gətirdiyi bədii-fəlsəfi yeniliklər və milli-mənəvi dəyərlərə ehtiram, modern düşüncə layiqincə ədəbi-ictimai dəyərini ala bilməyib. Konkret ədəbi faktlar bunu təsdiq edir. İlk dəfə Azərbaycan poeziyasında modern düşüncəylə klassik poetik düşüncənin bədii-fəlsəfi harmoniyasını yaratmaq cənub ədəbi mühitinə məxsusdur. Azərbaycan ədəbi mühitində 2000-ci illərdə baş verən canlanma cənub ədəbi mühitində onilliklər öncə baş vermişdi. Sadəcə yeni təfəkkür, yeni düşüncənin ədəbi müstəvidə inikası Azərbaycan poeziyasında cənub ədəbi mühitinə məxsus olması faktı görməməzliyə vurulub.

- Ordan Bakı necə görünür? İnternet əyalət-şəhər sərhədini aradan qaldıra bilibmi?

- Əslində, bölgələr Bakını, Bakı ədəbi mühitini daha gözəl göstərən güzgüdür, o cümlədən də cənub. Burdan görünən Bakıda çox sıxlıqdır, yəni hətta ədəbi göstəriciləri yox dərəcəsində olanlar belə harda gəldi piştaxtasını qoyub bazarda özünə yer eləmək istəyənləri xatırlatmaqda davam edir. Kitab təqdimatlarının çoxu dəbə düşmüş sünnət toylarından o yana deyil. Bəlkə də buna görədir, istedadlı olanlar müəyyən mənada ədəbi mühitdə az görünürlər, yaradıcılıqlarını bölüşmürlər. Axı istedadlı olanlar həm də tənbəl olurlar, görünmək, gözə girmək istəyi onlar üçün xoşagələn olmur. Son vaxtlar buludlu görünür Bakı... Təbii ki, internet əyalət-şəhər sərhədini aradan qaldıra bilib, yoxsa siz məndən belə az bir vaxtda asanlıqla müsahibə götürə bilməzdiniz...

news-inner-user

19971 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Soyuq burnunla toxunursan üzümə - Rasim Qaracadan şeirlər
16:17 20 Sentyabr 2021
Səyyad Əlizadədən xəbər var
15:30 20 Sentyabr 2021
Ölkəmiz Tallində keçirilən festivalda təmsil olunub -Fotolar
15:20 20 Sentyabr 2021
Ramiz, Əkrəm, Seymur... – Oxucular kimi görmək istəyirlər? - Sorğu
14:41 20 Sentyabr 2021
"Emmy" mükafatının qalibləri bəlli olub - Siyahı
13:49 20 Sentyabr 2021
Tanınmış şairin Cıdır düzündə yazdığı şeir – Mətn
13:25 20 Sentyabr 2021
Atasını həbsxanada öldürdülər, haqqında Stalinə məruzə edildi, rus qızlara görə Sofi Loreni rədd etdi - Tolstoyun qohumu olan azərbaycanlı
12:28 20 Sentyabr 2021
Elçin Hüseynbəyli haqqında kitab nəşr olunub
11:27 20 Sentyabr 2021
Qəbrinin üstündə kitab rəfi yaradılan Nərminin hekayəsi
11:00 20 Sentyabr 2021
Çinarənin mahnısı qalmaqal yaratdı - Oğru kimdir?
10:31 20 Sentyabr 2021
Güllü Muradova: “Məni efirdə görüb, deyib, bu qızı alacam” – Müsahibə
09:00 20 Sentyabr 2021
Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb - Video
17:00 18 Sentyabr 2021
Üzeyir Hacıbəyovun vida mərasimindən reportaj - Fotolar
16:30 18 Sentyabr 2021
Milli Musiqi Günü ilə bağlı Bakı Musiqi Akademiyasında tədbir keçirilib - Fotolar
15:31 18 Sentyabr 2021
Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir - Fotolar
14:36 18 Sentyabr 2021
Yaqub Zurufçu xanımından niyə boşanmışdı? - Video
13:30 18 Sentyabr 2021
Mədəniyyət naziri: “Şuşaya onun ruhunu qaytaracağıq”
12:40 18 Sentyabr 2021
Fərhad Bədəlbəyli: "Artıq bu, həqiqətdir”
12:29 18 Sentyabr 2021
Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub - Fotolar
11:30 18 Sentyabr 2021
Nazirliyin bəstəkarlara vurduğu zərbə - Firudin Allahverdi yazır...
10:34 18 Sentyabr 2021