news-inner
clock12:25 calendar-gray 04 İyul 2016 view-gray180 dəfə oxunub
view-gray180 dəfə oxunub

Türk tarixçi Salam Qədirzadənin zarafatını ciddiyə aldı: “Şekspir müsəlmandır”

Türk tarixçi Qədir Misirlioğlu məşhur ingilis dramaturqu Şekspirin əsl adının Şeyx Pir olduğunu bildirib.

Kulis.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, tarixçi Şekspirin gizli müsəlman olduğunu da qeyd edib. O, öz fikrini belə izah edir: “Şekspir ingilis deyildi. Onun əsl adı Şeyx Pirdir. Qoca ustad Şekspir gizli bir müsəlman həyatı yaşayırdı. Onun 500 il əvvəl yazdığı bir pyesi bu gün ingilis bir uşaq da oxusa anlayar”.

Türk tarixçinin bu sözləri sosial mediada böyük ironiya dalğası ilə qarşılanıb.

Qeyd edək ki, Şekspir haqqında bu cür iddialar əvvəllər də ortaya atılıb. Azərbaycan yazıçısı Salam Qədirzadə “Şlyapalı Mauqli” hekayəsində eyni tezisi təkrar edib. Lakin bu hekayədə müəllif Şekspirin müsəlman olması haqqındakı fikirləri zarafatla, zahirən savadlı görünən amma nadan olan universitet müəllimi Canəlini ələ salmaq üçün işlədib.

Canəli müəllimin jurnalist Salman tərəfindən ifşa olunmasından bəhs edən hekayədən Şekspirlə bağlı parçanı təqdim edirik:

“Növbəti görüşümüzdə Canəli bir qədər dəyişmişdi. Yəqin düşünmüşdü ki, həmişə mən Salmanın sözlərinə heyranlıqla qulaq assam deyər, özü qəzet, jurnal oxumur, heç nə bilmir, danışmağa sözü yoxdur.Ona görə də bu dəfə dünyanın məşhur alimlərindən, yazıçılarından söz salmışdı. Arada bir Şekspirin adını çəkəndə əlüstü, söhbətə qarışmışdım:

- Bilirsiz Şekspir nə millətidir?

- İngilis deyil?

- Xeyr, canım! Çoxları elə bilir.- Uyduracağım yalana bu başdan gülməyim tutduğundan özümü zorla saxladım- Şekspir xalis müsəlmandır.

- Müsəlmandır?!

- Bəli, əsl adı da Şeyxi-Pirdir. Yəni pirin şeyxi. On altıncı əsrin əvvəllərində bir tədqiqatçı onun haqqında monumental əsər yazıb. Kitabının adını qoyub “Şeyx iz pira”. Ondan sonra ingilislər kişinin ismini dəyişərək Şekspir eləyib, öz adlarına çıxarıblar.

Canəli qoyun kimi şüursuz bir görkəmdə gözlərini döydü.

- Qadan alım, bə o müsəlman, İngiltərəyə necə gedib çıxıb?

- Çox asan. O zaman bir şeyx kimi ingilis ruhanilərinin həyatı ilə maraqlanıb.

Qiyafəsini dəyişərək turistlərlə birlikdə salıb özünü Londona. Orada işin üstü açılandan sonra kişini verbovat eləyib, cibinə zorla ingilis pasportu basıblar.

Gözünə döndüyüm şeyx ikicə aya onların dilini öyrənərək başlayıb yazmağa. Gecədə bir komediya – necədir sizin üçün?! Ölənəcən alt-üst eləyib hökuməti də, quruluşu da...

Canəli yerində qurcalandı:

- Ə, bunu yaz da, qadan alım! Nəyi gözləyirsən?! Hazır bişmiş dissertasiyadır ki!..

- Var elə bir fikrim. Ancaq mən ölüm, başqa yerdə bu barədə danışmayın. Adamlara etibar yoxdur.

Buraya qədər dediklərimi Canəlinin yediyini görüb fantaziyama güc verdim:

- Hə.. Şekspir müsəlmandır, ona şübhə-filan ola bilməz! Atası da Muğandandır.

- Muğandandır! Onda biz eloğluyuq ki!

- Nə bilmək olar! Sabah onun sehrli sandığı açılandan sonra bəlkə lap qohum çıxdınız.

Canəli bu yerdə təbiətinə rəğmən gürşad bir qəhqəhə çəkib güldü.

Mauqli qonşumun bugünkü normasını da belə verdim, getdi”.

news-inner-user

16836 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Anar Kərimov: "Dəyərli xalçalarımızı hərraclarda tapmışıq"
18:58 28 Oktyabr 2020
Əməkdar rəssam vəfat edib
18:23 28 Oktyabr 2020
Oljas Süleyemenov Minsk qrupunu tənqid etdi
17:45 28 Oktyabr 2020
Əfsanələr taleyimizi dəyişə bilərmi? - Təbrizdən polemik yazı
17:10 28 Oktyabr 2020
Arif Məlikov haqqında kitab çap olundu
16:25 28 Oktyabr 2020
Böyümür ölü uşaqlar - Günün şeiri
15:12 28 Oktyabr 2020
Teatrşünas alim maaşını orduya köçürdü
14:55 28 Oktyabr 2020
Xalq artisti: "Artıq real film qəhrəmanlarımız var"
14:30 28 Oktyabr 2020
Fransız tərcüməçi Azərbaycan romanından yazdı: “Ona hirslənirdim”
13:44 28 Oktyabr 2020
Uşaqlığımın yay ayları – Pərvanə Bəkirqızı Qarabağdan yazır...
13:01 28 Oktyabr 2020
Bakı kəndlərində nökərçilik etdi, bir qız onu acından ölməyə qoymadı, arvadının çarpayısına qızılgüllər səpdi – Mirzə İbrahimovdan 10 inanılmaz fakt
12:18 28 Oktyabr 2020
85 yaşlı erməninin söylədiyi böyük həqiqət
11:46 28 Oktyabr 2020
Gənc yazar işğaldan azad olunan kəndlərindən danışdı: “Yuxu kimidir!”
11:01 28 Oktyabr 2020
Tanınmış uşaq yazıçısı vəfat etdi
10:10 28 Oktyabr 2020
Fransada yaşayan vəkil: “Burda işsizlik daha böyük problemdir, nəinki erməni məsələsi” – Müsahibə
08:55 28 Oktyabr 2020
Əməkdar artist vəfat edib
19:21 27 Oktyabr 2020
Məşhur serialın qəhrəmanı vəfat etdi
18:50 27 Oktyabr 2020
Fikrət Qocanın "Seçilmiş əsərləri" çap olundu
18:10 27 Oktyabr 2020
Üzünü o yana çevir – Sevincdən müharibə şeirləri
17:47 27 Oktyabr 2020
Nizami kino Mərkəzi Mel Gibsonun filmlərindən imtina etdi
16:32 27 Oktyabr 2020