“Yaxşı sevgili deyildin yataqda...”- SEVDA SULTANOVANIN ŞEİRLƏRİ

“Yaxşı sevgili deyildin yataqda...”-<span style="color:red;"> SEVDA SULTANOVANIN ŞEİRLƏRİ
28 iyun 2016
# 12:34

Kulis.az Sevda Sultanovanın "Mətbəx şeirləri" adlı silsilə şeirlərini təqdim edir.

Ölüm xəbərini alanda

nə döyüşdəki şücaətlərini

nə ləyaqətli ömür yaşadığını xatırladım...

xatırladım ki:

yaxşı sevgili deyildin yataqda...

amma çox möhtəşəmdin

Kerberi məğlub edən Herakldın

Troyanı lərzəyə salan Axillesdin

Ədaləti qoruyan Prometeydin

Çox... çox möhtəşəmdin...

Amma infantilcə kişi mərkəzçiydin

sevgidə

komplekslərindən boğulurdum

yataqda...

Voloşinin şeirlərini deyərdin

“İngilis pasiyenti” filmini sevərdin

ət xörəklərini xoşlardın

əla qəhvə dəmlərdin

dadı hələ damağımda...

məni cəngavərcə qucaqlardın...

ana bətnində yox,

Mikelancelonun əlləri ilə yaranmışdın

Daviddən əzəmətliydin...

Amma... neyləmək olar

məni hiss edə bilməməyinlə

qalacaqsan xatirimdə...

***

Antonioninin kinematoqrafiyası kimidir

Sənin sevgin:

Qeyri-müəyyən, soyuq...

Nə zavyazkası var, nə kulminasiyası,

Konflikti müəmmalı,

Razvyazkasına ümid yox...

Bir az da monoton, yorucudur sevgin

Sonu görünməyən imitativ kino planları kimi...

Hərdən də

beşamel souslu makaron dadır

sevgin

pis xolesterini çoxaldır...

Qısası,

Nə turşməzədir, nə açı

Nə duzludur, nə şit

Bilinmir nədir

Çünki... çox spesifikdir

****

Hər səhər ərinə

Qəlyanaltı hazırlamaqdan yorulmusansa

kiçik qisaslar al

ruhlanmaq üçün

Bressonun qisasçı Elenini xatırla...

qaynanmamış çay ver, məsələn...

Ərin monotondursa

onun bir Kassavetes olduğunu düşün

beləcə, birtəhər aç səhəri.

Bu da köməyə gəlməsə,

Marko Ferrerinin “Böyük tıxacı”yla

təsəlli tap...

Bəlkə onda anladın ki,

ekranda gördüyün kişilər

daha faciəlidir...

meşşan, acgöz Marçellodan daha insandır,

əli qabarlı,

yorğunluqdan səni sevə bilməyən ərin...

Və o,

hər gecə sənin bu ləçər,

ağrılı istəklərindən xəbərsiz uyuyur

***

Yorğun mətbəx qadın -

Qazanın yağını təmizləməyin

Yataqda çevik olmağın çətindir

süst halınla...

bu yorğunluqla

“Şindlerin siyahısı”nda

çəkilə bilərsən ancaq

# 3092 dəfə oxunub

Oxşar xəbərlər

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

15:00 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər