news-inner
clock15:59 calendar-gray 20 İyun 2016 view-gray294 dəfə oxunub
view-gray294 dəfə oxunub

“Müsabiqədə iştirak etmək istəyənlərə bildirmək istəyirəm ki...”

Azərbaycan Yaradıcılıq Fondu bir müddət bundan əvvəl “Quran motivlər əsasında hekayə müsabiqə”sinə yekun vurdu. Müsabiqə mediada, sosial şəbəkələrdə çox yaxşı qarşılandı. Xeyli müzakirələrə səbəb oldu. Yaradıcılıq Fondu oxucuların marağını nəzərə alaraq “Dini motivlər əsasında şeir müsabiqəsi”nə də start verdi. Elə bu barədəModerator.az-ın suallarını Azərbaycan Yaradıcılıq Fondunun mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli cavablandırır.

- Azərbayan Yaradıcılıq Fondunun “Dini motivlər əsasında şeir müsabiqəsi”nə maraq hansı səviyyədədir?

- Müsabiqəyə kifayət qədər marağın olduğunu söyləyə bilərik. Fondun e-mailinə müsabiqə üçün hər gün ən azı 5-6 şeir göndərilir. Ancaq düşünürük ki, şairlərimizin, xüsusilə də gənclərin daha fəal olmasına ehtiyac var. Çəkinməsinlər, fəal olsunlar, şeirlərini göndərsinlər. Xüsusilə təzə yazmağa başlayan insanların bu müsabiqəyə şeir göndərməsi düşünürəm ki, onların ədəbi mühitdə tanınması, hətta məşhurlaşması üçün stimul ola bilər. Bundan başqa müsabiqədə iştirak onların maddi baxımdan da irəli düşməsinə səbəb olacaq. “Quran motivləri əsasında hekayə müsabiqəsi”ni xatırlayaq. Müsabiqəyə göndərilən hekayələr əsasında böyük bir kitab çıxardıq. İnsanlar bu kitab vasitəsilə xeyli gənci tanıdı, hekayələri ilə tanış oldu. Bundan başqa xeyli sayda dövlət qurumları, dini icmalar həmin gəncləri mükafatlandırdı. Demək, həm mənəvi, həm maddi baxımdan qazanan gənclər oldu.

- Siz belə deyirsiniz, amma xüsusilə Facebook şəbəkəsində müxtəlif iradlar da səsləndi.

- Söhbət sağlam tənqiddən gedirsə, əlbəttə, bunu normal qarşılamaq olar. Amma mən daha çox qərəzli yanaşmanın şahidi oldum. Söhbət ondan gedir ki, sanki bəzi insanlar motiv sözünün mənası başa düşmürlər və yaxud özlərini belə göstərirlər. Müsabiqə ilə bağlı müzakirələr olanda bu fikir dəfələrlə səsləndi ki, dünyada “İncil” motivləri əsasında çox möhtəşəm bədii mətnlər yaranıb. Tolstoy, Dostoyevski, Saramaqo, Per Lagerkvist, Günter Qrass və adını çəkmədiyim başqa möhtəşəm yazıçılar dini motivlər əsasında estetik şedevrlər yaradıblar. Hətta dinə tənqidi yanaşan Joze Saramaqo da məşhur “İsanın İncili” romanını qutsal kitabın motivləri əsasında yaradıb. Ancaq Azərbaycan nəsrində bu ənənə zəifdir. Dini motivlər əsasında nəsr əsərləri yox dərəcəsindədir. Mən yalnız bir əsəri xatırlayıram: İsi Məlikzadənin “Gümüşgöl əfsanəsi”. Bu povest “İncil” motivləri əsasında yazılıb. “İncil”i oxuyanlar yəqin ki, İsanın suyun üzərində gəzməsi ilə bağlı əhvalatı xatırlayırlar. İsa suyun üzərində gəzəndə həvarilər qorxuya düşdülər, o isə onlara dedi ki, qorxmayın, bu mənəm, əgər inamınız varsa, ürəyinizdə zərrəcə şübhə yoxdursa, bunu siz də edə bilərsiniz. Həvarilərdən biri bunu bacardı, suyun üzəri ilə gəzə bildi, ancaq tez də qorxuya düşdü ki, mən suyun üzərində necə gəzirəm. Qorxuya düşən kimi də batmaq təhlükəsi ilə üzləşdi, İsa da ona dedi ki, suyun üzərində gəzəcəyinə niyə axıra qədər inanmadın? Bax, İsi Məlikzadə bu əhvalatın üzərində adamı saflığa çağıran, işığa doğru aparan gözəl bir povest yazıb. “Quran motivləri əsasında hekayə müsabiqəsi”nin təşkilində də bir məqsəd bax bu cür gözəl əsərlərin yaranmasına təkan vermək idi. Nəticə əla oldu. Mirmehdi Ağaoğlu bu müsabiqənin bütün şərtlərinə cavab verən “85-ci gün” adlı bir hekayə yazdı, Heminqueyin “Qoca və dəniz”i ilə Qurandakı hörümçək torunun peyğəmbəri xilas etməsi əhvalatını birləşdirdi, ciddi mətn ortaya çıxardı. Sonra nə baş verdi? Bu hekayənin yazılması Mirmehdi üçün stimul oldu və o, dini motivlər əsasında bir neçə sanballı hekayə yazdı. İndi şəxsən mən dostum Mirmehdinin dini motivlər əsasında yazdığı hekayələr kitabının çap olunacağı günü gözləyirəm.

- Dediniz ki, Azərbaycan nəsrində dini motivlər əsasında yazılmış mətnlər demək olar ki, yoxdur. Ancaq poeziyada vəziyyət tam fərqlidir. Ənənə güclüdür...

- Əlbəttə. Nizami, Füzuli, Nəsimi, Seyid Əzim... Dini motivlərlə möhtəşəm sənət əsərləri yaradıblar. Bu mövzuda saatlarla danışmaq olar. Balaca bir müsahibənin mövzusu deyil. Pis-yaxşı bu ənənə indiyə qədər də davam edir. Elə buna görə də hekayə müsabiqəsi ilə müqayisədə yazarlardan daha böyük fəallıq gözləyirik.

- “Dini motivlər əsasında şeir müsabiqəsi” elan olunanda bir məqam bizim üçün qaranlıq qaldı. Müsabiqəyə mütləq yeni şeirlər təqdim olunmalıdır, yoxsa...

- Əgər müsabiqə elan edilirsə, sözsüz ki, ora təqdim edilən iş yeni olmalıdır. Biz bineyi-qədimdən belə görmüşük, yəqin bundan sonra da belə olacaq. Bunu nəzərə alaraq şərtlərlə bağlı məlumat hazırlayanda bu məqamı xüsusi vurğulamağa ehtiyac görməmişdik. Ancaq çoxsaylı sualların yaranmasını nəzərə alaraq bu məsələ ilə bağlı müəyyən müzakirələr apardıq. Yeni şeirin hər gün yazılmadığını nəzərə alaraq Təşkilat Komitəsi belə bir qərar verdi ki, mətbuatda, kitabda dərc edilməyən şeirlər müsabiqəyə təqdim edilməsi məqbul sayılsın. Təşkilat Komitəsinin tərkibindəki xüsusi qrup bu məsələləri nəzarətdə saxlayır, şeirlərin mətbuatda çap olunub-olunmadığını araşdırır. Müsabiqədə iştirak etmək istəyən şəxslərə bildirmək istəyirəm ki, bu məsələdə diqqətli olsunlar. Şərti şumda kəsək ki, xırmanda yabalaşmayaq.

- Bu cür müsabiqələr davamlı olacaqmı?

- Bəli, bu cür müsabiqələrin davamlı olması nəzərdə tutulub. Məsələn, mən çox istəyərdim ki, dini motivlər əsasında qısa film müsabiqəsi keçirilsin. Bu təklifdir, qərarı rəhbərlik verməlidir. Ancaq istənilən halda bu müsabiqənin davamlı olacağını söyləmək olar.

Söhbətləşdi: Elmin Nuri

news-inner-user

20044 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Tərəf müqabili ilə üçaylıq sevgi yaşayan, evi olmadığı üçün qarajda qalan, iki dəfə intihara cəhd edən Xalq artisti
21:00 28 Sentyabr 2021
Vətən Müharibəsi qəhrəmanı haqqında film çəkilir
18:50 28 Sentyabr 2021
Bakı Beynəlxalq Kitab Sərgisində nələr olacaq?
18:15 28 Sentyabr 2021
Sahilənin Sənanı və "Şeyx"i
17:28 28 Sentyabr 2021
Onun geridəqalmışlığı mükafata layiqdir – Aqşin Yenisey yazır
16:44 28 Sentyabr 2021
Filmimiz beynəlxalq festivalın ən yaxşısı oldu
15:59 28 Sentyabr 2021
Üzeyir bəyə tələ quran erməni musiqiçilər - Tarixin gizlinləri
15:10 28 Sentyabr 2021
Baydarovun filmi nufuzlu festivalda - Foto
14:22 28 Sentyabr 2021
Osmanlı sultanlarının portretləri satışa çıxarılacaq
13:35 28 Sentyabr 2021
Qarabağ mövzusunun dələduzları – Şərif Ağayar yazır...
12:54 28 Sentyabr 2021
Əri ola-ola Telman Adıgözəlov ona evlilik təklif etdi, kişi aktyorlarımızın arasına qısqanclıq davası saldı – “Bəyin oğurlanması”nın məşhur siması kim idi?
12:09 28 Sentyabr 2021
Ölməyə vətən yaxşı... - Onlar niyə qürbətdə öldülər?
11:32 28 Sentyabr 2021
Nazirlikdən bəstəkara cavab: “Beş min verdik, götürmədi” - Özəl
11:01 28 Sentyabr 2021
Məşhur şair Fərid Hüseynin tərcüməsində - Yeni kitab
10:25 28 Sentyabr 2021
Universitetin dördüncü mərtəbəsindəki it – Yeni hekayə
09:01 28 Sentyabr 2021
"Anam deyir ki, o, ayaqqabılarını çıxarmaq istəyəndə, birinci katib qoymadı" - Səməd Vurğunu belə görməmisiniz - Foto
21:02 27 Sentyabr 2021
Tağıyevin heykəli yaxın günlərdə açılacaq - Rəsmi
18:55 27 Sentyabr 2021
Məşhur ingilis tədqiqatçının Nizami yanlışı – Vilayət Quliyev yazır...
18:20 27 Sentyabr 2021
Yazıçıların qaranlıq həyatı kitab oldu – Yeni nəşr
17:40 27 Sentyabr 2021
Müharibə xəbərinə özünü itirən taksi sürücüsü
16:53 27 Sentyabr 2021