news-inner
clock11:03 calendar-gray 17 İyun 2016 view-gray335 dəfə oxunub
view-gray335 dəfə oxunub

Hacı Zeynalabdin Tağıyev Nəriman Nərimanovu niyə təhqir etmişdi?

Kulis.Az Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabından "Qafqaz Müsəlman Müəllimlərinin I qurultayı" fəslini təqdim edir.

Qafqaz Müsəlman Müəllimlərinin I qurultayı bəzi kitab və sənədlərdə Azərbaycan müsəlman müəllimlərinin qurultayı adlandırılır. 1906-cı ilin may ayında «Nicat» maarif cəmiyyətinin qiraətxanasındakı yığıncaqda müəllimlərin avqust ayında qurultayının çağırılması qərara alınır və aşağıdakı tərkibdən ibarət komissiya təşkil edilir: H. B. Zərdabi (Məlikov), F. Ağayev, N. Nərimanov, Ə. Cəfərzadə, A. Əfəndiyev, H. Mahmudbəyov, H. M. Hacıbababəyov, M. Y. Əfəndiyev. Ciddi hazırlığa başlanır.

H. B. Zərdabi «Kaspi», N. Nərimanov «Həyat», F. Ağayev «İrşad» qəzetlərinə məktub yazır, qurultayın məqsəd və təkliflərini aydınlaşdırırlar. Təsis komissiyasının sədri N. Nərimanov var qüvvəsilə çalışır, qurultayın açılmasına az qalmış dərs, təlim və müəllimlər barədə bir neçə məqalə yazır, onun açılış günü isə «Bu gün» adlı məqaləsini dərc etdirir.

1906-cı ildə, avqust ayının 15-də, səhər saat 10-da şəhər məktəbinin salonunda qurultay işə başlayır. Təsis komissiyasının sədri N. Nərimanov qısa giriş sözü ilə qurultayı açır. H. B. Zərdabi sədr, N. Nərimanov onun müavini, Fərhad Ağayev isə katib seçilir.

Qurultay Azərbaycanda xalq maarifinin bir sıra, mühüm məsələlərini: ibtidai və orta rus-tatar məktəblərində ana dilinin icbari bir fənn kimi təlimi, yeni dərs proqramının tərtibi, vahid dərs metodunun hazırlanması, kənd müəllimlərinin həyat şəraitinin yaxşılaşdırılması, Qori müəllimlər 105 seminariyasının (Azərbaycan şöbəsinin) Azərbaycanın şəhərlərindən birinə köçürülməsi və qadın təhsilinin inkişafı məsələsini müzakirə edir. Qocaman müəllim Səməd bəy Acalov qurultayda baş verən ixtilafı belə izah edirdi:

Bakıda məktəblər üzrə Livitski adlı bir inspektor vardı. Qatı irticaçı idi, hərəkət və rəftarında ayrı-seçkiliyə, yol verirdi. O, məktəblərdə bir kəlmə olsun belə azərbaycanca danışmağı qadağan edirdi: «Məbadə dərs zamanı bir kəlmə də olsa tatarca (Azərbaycanca) danışasız. Kim bu əmri pozsa müəllimlikdən qovulacaq». Müəllimlər dəhşətə gəlib nə edəcəklərini bilmirdilər. Onlar deyirdilər ki, «rus dilində ifadə etdiyimiz sözləri balaca uşaqlara nə sayaq başa salaq. «sabaka» sözünü it kimi hürüb «hamham», «pişik» sözünü «miyo... miyo»... edib əyan edək?! Tutaq ki, heyvanları, nəbatatın bəzilərini şəkillərlə izah etdik... Bəs başqa minlərlə cisimləri başa salmaq üçün hansı üsuldan, hansı vəsaitdən istifadə edək, nə tədbir görək!?» - Qurultay nümayəndələri qərara aldılar ki, belə yaramazlığa qarşı Livitskidən Qafqaz canişininə şikayət etsinlər və ana dilini sərbəst dərs kimi keçmək barədə sərəncam verilsin.

Teleqramı tərtib etmək qurultayın sədrinə tapşırıldı, H. B. Zərdabi tapşırığı yerinə yetirdi, teleqram mətnini nümayəndələrin nəzərinə çatdırmaq üçük oxudu, sonuncu cümlə belə qurtarırdı: «Qurultay ədalətli sərəncam vermənizi xahiş edir».

Nəriman Nərimanov bu cümləyə etiraz etdi: “Qurultay tələb edir! Xahiş yox”. Zərdabi həlim bir tərzdə izah elədi ki, “tələb” sözü canişinlikdə oturmuş çinovniklərin qəzəbinə səbəb olar, teleqramı cırıb atarlar, sərdara heç verməzlər, deyərlər siz nəsiz, kimsiz ki, tələbiniz də nə ola. Burada evimizin içində bir Livitskilə bacarmırıq, bizi saya salmır. Teleqramı sərdara versələr, hiddətlənər, təhsil işlərimizə əngəl törədər, Livitskiyə əhsən deyər, hələ üstəlik səlahiyyətini bir az da artırar. Xahiş daha müvafiqdir, nəzakətlidir...

Münaqişə başlandı. Hər kəs dediyinin üstündə dururdu. Nümayəndələr iki dəstəyə bölündü; təklifləri səsə qoydular. Nərimanovun «qurultay tələb edir» təklifi seçdi. Bu qələbədən qanadlanmış cavan bir müəllim bərkdən qışqırdı: «Əqil yaşda deyil, başdadır».

Qurultayda olan bu əhvalatı Hacı Zeynalabdin Tağıyevə xəbər verirlər. Əhvalat avqustun 21-də baş vermişdi. Səhəri - avqustun 22-də Zeynalabdin Tağıyev qurultaya gəldi və Qafqaz canişininə göndəriləcək teleqram üstündə N. Nərimanovla toqquşması, ixtilafı oldu. Vəziyyət çox gərgin, adamlar əsəbi idi. Tağıyev müəllimlərə müraciətlə dedi: “Sizin dünənki qərarınız göstərir ki, qurultaya N. Nərimanov kimi uzağı görməyən adamlar rəhbərlik edir. Bilirsinizmi Nərimanov kimdir? Onun cibində bir qəpiyi yoxdur, mənim pulumla oxuyur. İndi gəlib burada inqilabi danışıq aparır, sizi də ağıldan-başdan çıxarmaq istəyir... Xahiş edirəm dünənki qərarınızı dəyişin, çünki hökumət yanında bütün millətimizə ayıb gətirən işdir”.

Məclisdə dərin sükut var idi. «Yoldaşlar! - deyə Nərimanov kürsüyə qalxıb asta bir tərzdə sözə başladı. - Mən də cənab Tağıyevdən təqaüd alanlardanam. Lakin mən bilmirdim ki, cənab Tağıyev yoxsul müəllimlərə kömək etmək istəyir ki, onların müstəqil fikirləri olmasın, hərgah indiyə qədər cənab Tağıyev tələbələrə ona görə kömək etmiş ki, onlar yalnız Tağıyevin dediyini desinlər; belə olduqda mən özümün keçmişimi və hal-hazırımı heç zaman ləkələyə, fəryad etmək lazım gələn yerdə susa bilmərəm. Başqalarının nəinki açıq danışdığı, hətta çar istibdadına qarşı azadlıq yolunda öz qanlarını tökdükləri bir zamanda, mən heç kəsə ixtiyar verməmişəm və imkan vermərəm ki, mənfur qızılın gücü ilə məni susdursun. Mən zəmanəmizin zalımlarından xilas olmaq üçün, gələcək nəsillərin özünü mənfur qızıla satmamaları üçün bütün qurultay qarşısında cənab Tağıyevin təqaüdündən məmnuniyyətlə imtina edirəm”.

Bu hadisə illər uzunu təkcə müəllimlərin arasında deyil, başqa sənət sahibləri içində də geniş söhbət mövzusu oldu.

Redaksiyadan: Yazıçı və ictimai xadim Nəriman Nərimanov 1890-cı ildə Qori seminariyasını bitirmişdir. Qurultay zamanı isə Nərimanov Odessa universitetinin tibb fakültəsində təhsil alırdı. O, bu universiteti qurultaydan iki il sonra, 1908-ci ildə bitirmişdir.

news-inner-user

16847 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Ulduz”un oktyabr nömrəsi nəşr olundu
19:28 29 Oktyabr 2020
“Ayrı-seçkiliksiz gələcəyim” adlı foto-müsabiqə keçirilir
18:50 29 Oktyabr 2020
Nikol Kidman yeni seriala çəkilir
18:21 29 Oktyabr 2020
"Şeron"dan yeni cəngi - Video
17:43 29 Oktyabr 2020
Milli Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
17:11 29 Oktyabr 2020
Bir əsgərin qeydləri: Ölümlə döyüşürəm - Yeni Şeirlər
16:30 29 Oktyabr 2020
Kann kinofestivalının rəmzi açılış mərasimi keçirildi
15:43 29 Oktyabr 2020
Xalq artistinə həsr olunan kitab çapdan çıxdı
15:00 29 Oktyabr 2020
Qızının cəsədinə sarılan atanın fəryadı
14:15 29 Oktyabr 2020
Jerar Depardye Fransa prezidentini homoseksual adlandırdı
13:36 29 Oktyabr 2020
Dünya yazıçıları Gəncə və Bərdə terroru ilə bağlı bəyanat yaydı
12:45 29 Oktyabr 2020
Türkiyədə yazı taxtasına yazdığım “Azərbaycan” sözü – Şərif Ağayar yazır...
11:40 29 Oktyabr 2020
Düşmənin başına daş salan Əbabil quşları: “Bayraktar”
11:01 29 Oktyabr 2020
Bu mahnı səslənəndə düşmən də atəşi saxlayırdı - Ən məşhur müharibə nəğmələri - Video
09:01 29 Oktyabr 2020
Anar Kərimov: "Dəyərli xalçalarımızı hərraclarda tapmışıq"
18:58 28 Oktyabr 2020
Əməkdar rəssam vəfat edib
18:23 28 Oktyabr 2020
Oljas Süleyemenov Minsk qrupunu tənqid etdi
17:45 28 Oktyabr 2020
Əfsanələr taleyimizi dəyişə bilərmi? - Təbrizdən polemik yazı
17:10 28 Oktyabr 2020
Arif Məlikov haqqında kitab çap olundu
16:25 28 Oktyabr 2020
Böyümür ölü uşaqlar - Günün şeiri
15:12 28 Oktyabr 2020