news-inner
clock09:30 calendar-gray 11 İyun 2016 view-gray227 dəfə oxunub
view-gray227 dəfə oxunub

Məktəblərimizin problemlərindən bəhs edən film

Kulis.az “Naməlum kino” layihəsində Yefim Abramovun 1987-ci ildə çəkdiyi “Araqarışdıran” filmini təqdim edir.

Süjet: Hadisələr əyalətdə baş verir. Filmin qəhrəmanı Rauf Bayramov (Nizami Musayev) hamının, xüsusən uşaqların sevimlisidir. O, məktəbdə təsərrüfat işləri üzrə müavin işləyir. Uşaqlar valideynlərindən, müəllimlərindən çox ona doğmalıq hiss edirlər, heç kəslə bölüşmədikləri sirlərini onunla paylaşırlar. Çünki Rauf hamı kimi deyil, o, şəndir, zarafatcıldır, uşaqları anlayır, şəxsiyyət kimi yanaşır, onların monoton həyatına rəng qatmağa çalışır, oturuşmuş qaydalara, normalara qarşı çıxır. Məsələn, onları ciddi nizam-intizamlı məktəbin ağır mənəvi yükündən xilas etmək üçün tənəffüsdə əyləncə təşkil edir, uşaqlarla meşədə Robin Qudluq edir, tarixi hadisələri səhnələşdirir. Onun davranışını müəllimlərin çoxu, əyalət rəhbərliyi qəbul edə bilmir.

Şəhərdən əyalət məktəbinə təyinatını alan gənc ingilis dili müəlliməsi Rəna (Ayan Mirqasımova) ilə Rauf arasında sevgi münasibəti yaranır. Amma Rəna nişanlı olduğu üçün bu sevgidən imtina eləməyə məcburdur. Şagirdlər Raufun qisasını almaq üçün Rəna müəllimənin dərsini boykot edirlər…

Rauf obrazı o vaxt Azərbaycan sovet kinosu üçün fərqli, yeni konsepsiya idi. Sovet ideologiyasının aşıladığı, tərbiyəli, nizamlı, qayda-qanunlara əməl edən ütülü nümunəvi vətəndaş obrazına Rauf özünün qeyri-adekvat davranışı, azadlığı, sərbəstliyi, qaydaları pozması ilə qarşı çıxır.

Yenidənqurma illərində ekranlaşdırılan film sosrealizmdən uzaq, sovet qəliblərindən kənara çıxan alternativ düşünən insan modelini təklif edir. Və müəllif də birmənalı şəkildə fərqli düşüncə sahibi olan qəhrəmanının tərəfindədir.

Məktəblərdə müəllimlərin şagirdlərlə düzgün qurulmayan münasibəti, lazım olduğundan ciddi davranışı, şagirdlərin azad düşüncəsinin məhdudlaşdırılması, yeniyetmələrin ailədaxili münasibətləri, başa düşülməməsi, onların mənəvi, sosial problemləri ideallaşdırılmış sovet rejiminin astar üzünü göstərir. Müəllimlər yüksək bilik, nizamli davranış tələb elədikləri şagirdlərin daxili dünyası, problemləri, arzuları ilə maraqlanmır.

Təhsil Nazirliyi isə məktəbin kadr, maddi texniki bazasının problemlərini həll etmədən yüksək nəticə tələb edir.

Həm komediya, həm melodram janrının elementlərini özündə ehtiva edən “Araqarışdıran” təkcə mövzu baxımından yox, həm də istifadə olunan fəndləri ilə yeniliyə cəhd idi. Əhvalatın ənənəvi nəql prosesində narrativ qırılır, şagirdlər üzlərini kameraya (Raufa-S.S.) tutub arzularını, problemlərini danışır. Epizodlar portret-müsahibə janrında, fərqli rəng həlli ilə işlənib.

Şagirdlərdən biri ondan narazıdır ki, məktəbdə uşaqları tərbiyələndirmək üçün düzgün olmayan metodlardan istifadə edilir. Şagirdlərə sinifdə kimin dərs zamanı özünü necə aparması ilə bağlı donos sayağı qeydlər aparılmağı və bu barədə rəhbərliyə məlumat vermələri tapşırılır. Bunu danışan şagirddən soruşulur: “Sən onlarla kəşfiyyata gedərsən?”. O, əvvəlcə “hə” deyir, sonra isə tərəddüdlə “bilmirəm” cavabını verir.

Digər şagird gitara almaq istəyir. Amma atası pulları içkiyə xərclədiyindən, o, bu imkandan məhrumdur.

- Məktəb sənə maraqlıdır?

- Yox, darıxdırıcıdır.

Bir-birini sevən, gələcəkdə ailə qurmaq istəyən iki şagirdin fikirləri, dünyagörüşü ziddiyyətlidir. Qız Bakıda yaşamaq, Xalq Təsərrüfatı İnstitutuna daxil olmaq, maddi təminatını yaxşılaşdırmaq arzusundadır. Oğlanın aktyor olmaq istəyinə sevdiyi qız qarşı çıxır.

Şagirdlərdən biri atası kimi poçtalyon işləmək istəmir. O, yaxşı işdə işləyib pul, hörmət sahibi olmaq arzusu ilə yaşayır. Müsahibənin sonunda o, məktəbə nifrət elədiyini deyir.

Film həm də musiqi həlli ilə azadlığı tərənnüm edir. 1970-ci illərdə Sovetlər Birliyində geniş yayılmış bard üslubundakı mahnıların müəllifi Cavanşir Quliyevdir.

Sadəcə olaraq filmdə qəhrəmanı, mövzunu açmaq üçün istifadə olunan vəziyyətlər bəsit, birbaşadır, bir az da saxta və sentimental görünür. Məsələn, Raufun uşaqlar üçün qurduğu əyləncə, çalıb-oynama səhnəsi kimi.

Raufun uşaqlarla tarixi müharibəni səhnələşdirmək ideyasının bədii həlli natamam qalıb, süjetin ümumi mövzusuna tamamən uyğunlaşdırılmayıb.

Filmin rejissoru və ssenari müəllifi Yefim Abramov hazırda İsraildə yaşayır.

Baş rolun ifaçısı, rejissor-aktyor Nizami Musayev eyni zamanda idmançı olduğu üçün bir neçə filmin tryuklarını özü həyata keçirib. 1992-ci ildə Daxili İşlər Nazirliyinin Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsinin rəisi işləyib.

Oxşar xəbərlər

Xəbər lenti

Övladlarınız haqqında dahiyanə sitatlar
21:01 09 Aprel 2020
Sevda Ələkbərzadədən pərəstişkarlarına karantin sovqatı
20:40 09 Aprel 2020
Azyaşlılar üçün nağıl müsabiqəsi elan edildi
19:05 09 Aprel 2020
Pandemiya çərçivəsində rəssamlara kömək üçün sorğu keçirilir
18:30 09 Aprel 2020
Dünyanın süfrəsinə duz dağılıb - Amil Amaldan yeni şeirlər
17:53 09 Aprel 2020
Gənc yazar oxuculara kitabla yardım edəcək
17:10 09 Aprel 2020
Uşaq ədəbiyyatı üzrə 58 adda kitab nəşr edildi
16:30 09 Aprel 2020
Vyana operası tamaşaları ləğv etdi
15:46 09 Aprel 2020
Gənc aktrisaya aşiq olub ailəsini tərk edən, üç dəfə evlənən, kabineti yandırılan rejissor - Maraqlı faktlar
15:05 09 Aprel 2020
25 yaşlı reper dünyasını dəyişdi
14:28 09 Aprel 2020
Eldar Mansurov: "Nəvələrimi görmək istəyirəm"
13:52 09 Aprel 2020
Ən çox mənfi obraz canlandıran aktyorların adı açıqlandı
13:14 09 Aprel 2020
Karantin zamanı ərzaq paylayan müğənnilər
12:36 09 Aprel 2020
Bağırovun İran siqaretinə görə güllələdiyi aktrisa
12:03 09 Aprel 2020
Kann Festivalından vacib açıqlama
11:29 09 Aprel 2020
Xalq artisti: "Arvadımla nərd oynayıram"
10:56 09 Aprel 2020
Azərbaycan şairləri Venesuelada dərc olundu
10:30 09 Aprel 2020
Mahnı müsabiqəsi elan olunub
10:06 09 Aprel 2020
Koronavirusdan bəhs edilən yeni Azərbaycan filmi
08:59 09 Aprel 2020
Bertolt Brextin bədənindən gələn leş iyi və "Ağ göl” romanı" – Ülvi Babasoy yazır...
21:00 08 Aprel 2020