news-inner
clock14:52 calendar-gray 10 İyun 2016 view-gray181 dəfə oxunub
view-gray181 dəfə oxunub

Tiflisdə niyə şeir yazmaq olmaz?

Tiflis yadıma düşəndə, ağlıma ilk gələn söz “sevgi” olur. Buranın insanlarında da, gözəlliyində də, çarəsizliyində də bir sevgi var. Tiflis həmişə şəhər kimi qaldı, heç vaxt dəyişmədi. Şəhərdə rastına çıxan hər şey bunu deməyə haqq qazandırır. Bura arzuladığın, yuxularda gördüyün şəhərlər qədər tənhadı.

Uşaqlığımın bir hissəsi Tiflisdə keçib, ancaq soruşsalar ki, oranı bircə cümlə ilə ifadə elə, məndə alınmayacaq. Çünki həmişə mənə elə gəlib ki, Tiflis nəsr şəhəridir. Ordan qısa danışmaq olmur. Şeir yazmaq üçün uyğun məkan ola bilməz bura. Ona görə gürcülər poeziyada bizdən geri qalıblar. Ancaq proza desək, o zaman, lütfən durun. Zira burda Qoderzi Çoxeli, Nodar Dumbadze, Naira Genaşvili, Revaz İnanişvili və son olaraq da Aka Morçladze kimi nəhəng simalar var.

Tiflisdə uşaq olanda yaşadığımı dedim... Atam, Eyvaz Əlləzoğlu səfirlikdə ikinci katib vəzifəsində işləyən vaxtlara təsadüf edir bu. Cəmi-cümlətani iki il bu gözəl şəhərdə yaşamışıq. Hərdən xatırlamaq istəyəndə də o anlara qayıda bilmirik. Yalnız dumanlı görüntülər gözümüzün qabağına gəlir: qoca bir gürcünün qabağına qatıb gətirdiyi dondurma dolu buzdolabı, dayanmadan “marojni-marojni” qışqırması, Andrey adlı bir rusla bağ oğurluğuna getməyimiz, gözətçinin tüfənglə arxamızdan götürməsi, təndir yapan gürcü qadınlarının məni əzizləmələri, “xaçaburi”nin əvəzolunmaz qoxusu... Bundan sonra beynimə güc versəm də yaddaşımda heç nə canlanmır. Qardaşımın tez-tez dediyi kimi, biz yaşadığımız bütün gözəl günləri Tiflisdə keçirdik, ancaq hələ bunu yuxu zənn edirik.

İlin bütün fəsillərində, nə vaxt Tiflisdə oluram, artıq içim rahat olur. Balıq suda rahat olduğu kimi. O dəqiqə başqa bir məkanda olduğumuzu anlayıram. İndi Tiflisi gözümün qabağına gətirib onun rəsmini çəkmək istəyirəm. Eynən bir rəssam kimi əlimə fırça götürüb Tiflisi kətana çəkmək. Ya da bir şair kimi şeir yazmaq.

Ən yaxşısı Orhan Velinin məşhur şeirini dəyişdirib öz sözlərimi yazmaq: “Tiflisi dinləyirəm, gözlərim qapalı...”

Ancaq bu şeir deyil, bu Tiflisin mənim içimdəki portretidir. Bir insan kimi gördüyüm Tiflisin portreti...

Tiflisi dinləyirəm, gözlərim qapalı....

Adamlara baxıram: hamı rəngarəng geyinib, gözümə bircə dənə də qara geyimli adam dəymir. Bizim Bakıda isə “Kurtlar Vadisi”nin təsirindən o qədər cavan oğlan kostyum geyinir ki, şəhərdə gəzəndə elə zənn edirsən ki, yasdasan. Ancaq Tiflisdə gördüyümüz hər şey pozitivdir.

Tiflisi dinləyirəm, gözlərim qapalı....

Doğurdan da, yuxu kimi şəhərdi Tiflis. Yollarda maşınlar azdı. Bu da işsizlikdən olsa gərək. Avtobusların hamısı eyni, sarı rəngdədir. Miniklər dayanacaqda saxlayır, sərnişinlər içəriyə doluşur, hamı yerləri tutandan sonra qapılar örtülür. Bundan sonra o sürücünün nə hünəri var, artıq adam götürsün, o dəqiqə cərimə olunur. Gediş pulu kartladır. Basa-bas yaranmadığından avtobusların içində çox vaxt sükut hakim kəsilir. Ancaq metroya düşəndə fikir verirəm ki, Bakıda adamların üzlərində oxuduğum bezginlik, donuq ifadə gürcülərdə də vardı.

Tiflisi dinləyirəm, gözlərim qapalı....

Dörd tərəfimizi dağlarla örtülüb Tiflisin. Hər tərəfdən yaşıllıq göz oxşayır. Yuxarıdakı kanat tez-tez ora-bura gedir. Dəhşət isti hava var. Oysa Tiflis həmişə bizi yağışla qarşılayır. Bu dəfə isə bürkü və kədərli görünüşlü qadınlar qabağımıza çıxıb şəhərin dramatik görünüşünü tamamlayır.

Tiflisi dinləyirəm, gözlərim qapalı...

Kanatdayam. Yuxarıdan Tiflis bambaşqa görünür. Adamlar çox xırdadır. Qarşımda iki gürcü də var. Onlardan bir hərdən “yaxşi, yaxşi” deyə öz aləmlərində məndən Tiflisi bəyənib-bəyənmədiyimi soruşur. Tiflis yuxarıdan daha cəzbediciydi. Xırda, köhnə kirəmitli evlər, up-uzun yollar, Kür çayı, qalalar şəhərə ayrı bir gözəllik verir. Bu şəhər kənd qızı kimi saf, amma gözəldir, öz həqiqi gözəlliyi var. Bakı isə pudralanmış, özünə bəzək-düzək vermiş qıza oxşayır.

Tiflisi dinləyirəm, gözlərim qapalı...

Tiflisin ortasından ilan kimi qıvrılıb keçən Kür çayı mənim daha çox xoşuma gəlir. Bu şəhərin nə qədər kiçik, nə qədər doğma olduğunu hiss eləyirəm. Doğurdan da, bura sanki pisliklərdən arınmış, durulmuş kimi görünür. Gürcülər ona görə xoşbəxtdirlər.

Tiflisi dinləyirəm, gözlərim qapalı...

Kür çayı axır aram-aram. O Tərəfdə Müqəddəs Tamaranın heykəli mənə əl eləyir. Turistlər şəkil çəkdirir. Öz evimizi axtarıram. İllər əvvəl qaldığımız, tez-tez yuxularıma girən o evi. İki mərtəbəli evin ikinci mərtəbəsində qaldığımız günlər. Tez-tez “marojni” deyə məhəlləyə səs-küy salan o dondurmaçının təbəssümlü üzü. Məhəlləmizdəki iri, qollu-budaqlı tut ağacı. Gürcü güləşçi də vardı hələ, adı yadımdan çıxıb.

Tiflisi dinləyirəm, gözlərim qapalı...

Tez-tez xatırlayıram o küçəni, o məhəlləni, o insanları. Çörəkçi qadınları. Qışqıra-qışqıra danışan gürcü kişiləri. Gecə düşəndə evlərinə yığışan, arağın küpünə girən gürcülər. Qaranlıq çökəndə şəhərin arı pətəyini xatırladan işıqları, eyni boyda olan evlərin bir-birinə sığındığı, gənclərin o küçə sənin, bu küçə mənim dolaşa-dolaşa mahnı oxuduğu Tiflis. Unudulmaz Tiflis. Yaddaşlardan silinməyən, həmişə pak, təmiz və uşaq kimi qalan Tiflis. Heç vaxt böyüməyən, böyümək istəməyən Tiflis...

news-inner-user
Ayxan Ayvaz

442 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur musiqiçi Trampı məhkəməyə verdi
14:21 06 Avqust 2020
Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
13:32 06 Avqust 2020
Vladimr Sorokindən yeni kitab
12:44 06 Avqust 2020
Çörək, dərman, kitab... - Operativ Qərargaha təklif
11:58 06 Avqust 2020
Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020
“Məni qardaşım hamilə qoydu" – Qırmızı donda intihar edən qızın faciəsi
13:32 05 Avqust 2020
Kamal Abdulladan orijinal layihə - Müsahibə
12:56 05 Avqust 2020
"Altın Koza"nın keçirilmə tarixi bəlli oldu
12:14 05 Avqust 2020
Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020