writer1

Mirmehdi Ağaoğlu

Məqalə sayı

559
clock13:11 calendar-gray 10 İyun 2016 view-gray146 dəfə oxunub
view-gray146 dəfə oxunub

Vatsapın öldürdüyü qızlar

İki gün əvvəl intihar hadisəsi baş verib. Pirallahı rayonunun Gürgən qəsəbəsində yaşayan 14 yaşlı Səbinə Əhmədli özünü asıb.

Səbəb: Qızcığazın anası onun telefonunu yoxlayarkən kiminləsə yazışmasını tapıb və qızını bərk danlayıb. Dərsdən evə qayıdan Səbinəni anası qapı arxasında saxlayıb, evə buraxmayıb. Məhz bu psixoloji sarsıntının təsiri altında 14 yaşlı qız özünü öldürərək həyatına son qoyub.

Bu yaxında Emrah Serbesin “Erken kaybedenler” adlı hekayələr kitabını oxudum. Kitabda yeniyetməlik dövrünə girən oğlan uşaqlarından bəhs olunur. Serbes yeniyetməlik yaşı çətinliklərini yaşayan oğlan uşaqlarının problemlərini, psixoloji durumlarını mükəmməl verib. Bu yaşda uşaqlar problemli olurlar, təkcə fizioloji deyil, psixoloji olaraq da böyüyürlər, dəyişirlər. Onlarla olduqca həssas davranmaq lazımdır.

Son illərdə həyatımız ağlagəlməz dərəcədə dəyişib. Mobil telefonlar var, internet var, sosial şəbəkələr var. Ünsiyyət formaları dəyişib. İnsanlar bir-birinə əlçatan olub. Məsələn, əgər yüz il əvvəl bir qızın bir oğlanla ünsiyyət qurmasını, danışmasını düşünmək hardasa mümkünsüz idisə, indi Vatsap, Feysbuk var və oğlanlarla qızlar istədiyi an, rahat ünsiyyət qura bilirlər.

Bəs bütün bu zahiri dəyişikliklərin fonunda daxilən dəyişə bilmişikmi? Yenilənə bilmişikmi? Bu yeni həyat tərzinə adekvat yanaşma tapa bilmişikmi?

Bu günün 14 yaşlı qızı əlli il əvvəlinki deyil.

İl olub 2016. Bizim qız uşağına, ümumiyyətlə övlad tərbiyəsinə münasibətimiz hələ də dəyişməyib, 100 il əvvəl necə idisə o cür də qalıb. Hələ arada nadancasına öyünürük də: “Babalarımız uşağı belə tərbiyə edirdi”.

Cibimizdə son model telefon, beynimizdə fayton dövrünün təfəkkürü. Bu təfəkkürlə, bu yanaşmayla faciələrə gedirik.

14 yaşlı qızına mobil telefon verməyi rəva bilən ana, özünə bir az da əziyyət verib uşaq tərbiyələndirmənin müasir yönləri barədə bir-iki məqalə oxusaydı, bu faciə yaşanmazdı.

Təkcə həyatımız sürətlə dəyişmir, nəsillər də sürətlə dəyişirlər. Əgər ötən əsrdə bir-birindən 20 il fərqlə doğulan iki nəsil arasında böyük fərq yox idisə, indi belə deyil. İndi 1990-cı ildə doğulanlarla 2000-ci illərdə doğulanlar arasında köklü fərqlər var. Z nəsli adlanan bu yeni generasiya artıq küçələrdə deyil, sosial şəbəkələrdə formalaşır. Alimlər bu mövzuda araşdırmalar aparırlar, nəsillərin düşüncəsini, psixologiyasını öyrənirlər.

Bu yeniliklərdən xəbərdar olmasaq, uşaqlarımıza yanaşmamız mobil telefon erasını nağıl bilən babalarımızdan o yana keçməsə hələ çox faciələr yaşayacağıq, hələ çox balalarımızı bada verəcəyik.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Mehriban Vəzirdən yeni kitab
16:58 03 İyul 2020
Koronavirusa həsr olunan film çəkilir
16:13 03 İyul 2020
"Sehrbaz qadın" onlayn nümayiş olunacaq
15:21 03 İyul 2020
Xarici İşlər Nazirliyi nota göndərməlidir - Kino adamları od püskürdü
14:30 03 İyul 2020
Uşaqlar üçün tamaşa
13:57 03 İyul 2020
Anar yeni ssenarisini çəkməyə vəsait tapmır
13:15 03 İyul 2020
Hoşcakal, İrfan bey! – Ayxan Ayvaz yazır...
12:33 03 İyul 2020
Dünya ilə oynayan iki qadın - Mehman Qaraxanoğlu yazır...
12:07 03 İyul 2020
Qəmli-qəmli sevişmək – Oğuz Ayvaz yazır...
11:41 03 İyul 2020
Türkiyənin Azərbaycandakı keçmiş müşaviri vəfat edib
11:16 03 İyul 2020
Günün şeiri Küçük İsgəndərdən - Mətn
10:58 03 İyul 2020
Orxan Pamuk qızına çap qadağası qoydu
10:26 03 İyul 2020
İstəyirdim kimsə məni itələyib küçənin ortasına yıxsın - Bircənin romanı
09:00 03 İyul 2020
Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 4 qızıl medal qazandılar
18:41 02 İyul 2020
Eşşək obrazına görə ərini tərk edən qadın – Əyyub Qiyasdan yeni hekayə
18:04 02 İyul 2020
Kosmosun qoxusu necədir? - NASA-dan 2 il əvvəl bunu düşünən azərbaycanlı
17:23 02 İyul 2020
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olundu
16:41 02 İyul 2020
“Durna balığı” onlayn göstəriləcək
15:48 02 İyul 2020
Bakıda böyüyən yazıçının Avropada bestseller olan romanı - O, rus çarına niyə "dünyanın ən bədbəxt adamı" deyirdi?
15:02 02 İyul 2020
Roma papasını lağa qoyan film çəkildi
14:15 02 İyul 2020