writer1

Sevda Sultanova

Məqalə sayı

795
clock10:37 calendar-gray 08 İyun 2016 view-gray178 dəfə oxunub
view-gray178 dəfə oxunub

Bir kişi Facebookda mənə belə yazsa...

Vahid Qazinin “Çöl Qala” povesti Facebookda tanış olan Rəssam və Qadının yazışmalarından ibarətdir.

Əsərin lirik və bədii tərəfi məni maraqlandırmır. Daha doğrusu bədii tərəf ümumiyyətlə yoxdur.

Diqqətimi çəkən yazışmalardakı bol intellektual söhbətlərdir. Yorucudur, oxucu kimi mənə yeni informasiya verməyən söhbətlər.

Əgər Facebookda mənə bir kişi aramsız intellektual mətnlər yazsaydı, gecənin bir aləmi Motsartın “Rekviyem”indən, səhərin gözü açılmamış Moemin “Ay və qara şahı”sından danışsaydı, tərəddüd eləmədən onu bloka atardım. Allah eləməsin, belə ərim olsaydı, ya ayrılardım, ya da yeməyinə zəhər qatıb özümün də, bəşəriyyətin də canını ondan qurtarardım.

Çox vaxt piroq reseptindən, məişətdən, əhəmiyyətsiz şeylərdən, yaşıl çayın faydalarından danışmağı sevgili Andre Bazenin məqalələrindən, sobada makaron bişirməyi Bressonun filmlərindən üstün tuturam.

Fikir vermişəm, sosial şəbəkələrdəki statuslarda, şərhlərdə, intellektuallıq nəyisə izah etmək yox, bilik nümayişinə çevrilib. Məsələn, “Sən filan filmə hələ indi baxırsan, filan romanı hələ indi oxuyursan?” kimi. Bizim bəzi bədii əsər və filmlərdə (məsələn, Yavər Rzayevin “Xeyirlə Şərin rəqsi” filmində) intellekt söhbətləri yapmacıq görünür, plakat xarakteri daşıyır. Çünki müəlliflər biliyini bədii məkan sərhədləri daxilində oturda bilmirlər. Mətnə intellekt spontan yox, süni şəkildə axır. İntellekt mətnin, vizual dilin içində ərimir, yaradıcı akta çevrilmir, həllini tapa bilmir.

Ərəb əsilli rejissor Abdelatif Keşişin Kannda əsas mükafatı almış “Adelin həyatı” filmində də eyni problem vardı. Qəhrəmanların Sartrdan söhbəti heç cürə nəql olunan əhvalatla doğmalaşmır. Personajların təbii söhbəti kimi yox, məhz rejissorun özünü qabartmaq iddiası kimi meydana çıxır.

İntellektual söhbətlər əlbəttə ki, lazımdır. Amma o, mənəvi, ruhi zərurətdən, daxili ehtiyacdan doğmalıdır. Yoxsa yeri gəldi-gəlmədi intellektual takılmaq, qarşısındakını da buna yükləmək natamamlıq kompleksidir.

Hər adamla intellektual söhbətə can atmıram, bu, mənim üçün maraqlı da deyil. Bunun üçün məni qane edəcək dostlarım, ünsiyyətdən zövq aldığım onlarla kitab, məqalə, film var.

Ümumiyyətlə, son illər bu qənaətdəyəm ki, həyatı mümkün qədər sadə, bəsit yaşamaq lazımdır.

...Ara-sıra baş çəkdiyim əyalət televiziyalarınınbirində on ildir ki, üç qadın işləyir. Onlar düz on ildir, hər gün işə gələn kimi bir otağa yığışır, çay içir, söhbətləşir, günorta yemək bişirib eyni süfrəni paylaşır, mətbəxin, tualetin təmizliyinə nəzarət edir, axşam beş olmamış evlərinə dağılışırlar. Qadınların həyat ritmi monotondur, taledən istəkləri minimaldır – gündəlik ehtiyaclarını ödəyəcək maaş, qohum-qardaşın xeyrinə-şərinə yaramaq və təqaüd yaşına çatıb ömürlərini sakitcə başa vurmaq.

Onların sakit, təmkinli, ifadəsiz üzlərinə baxanda anlayırsan ki, özlərini hansısa missiyanın daşıyıcısı hesab eləmirlər, iddiasızdılar, arzusuz ömür yaşayırlar. Onların sabit həyat ritmini Əzrayıl da gəlsə, Apokalipsis də zühur etsə qıra bilməz.

Bəzən bu qadınlara qibtə edirəm, onlar kimi olmağa can atıram.

Bəlkə həyat elə doğrudan da Vitgenşteynin dediyi kimi həyatın mənasına, dilemmalara baş vurmaqda yox, sağlam şüurda-bu cür sadə, günlük qayğılardadır.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Sən ey taclı eybəcər – Elza koronavirusa şeir yazdı
18:58 29 Mart 2020
Milli Kitabxanadan 30 min manatlıq jest
17:40 29 Mart 2020
Filmlərin yayımı və nümayişi qaydalarına dəyişiklik edilib
17:01 29 Mart 2020
Şəfiqə Məmmədova ordenlə təltif edilib
15:45 29 Mart 2020
Komada olanda Alim Qasımovu onun yanına niyə çağırdılar? - Müğənni Şəfa haqqında maraqlı faktlar
15:00 29 Mart 2020
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
14:15 29 Mart 2020
Spirtlə dəstəmaz almaq zamanı
13:31 29 Mart 2020
Mərhum Xalq artistinin qonşusu: "Binamızın problemini bircə təbəssümlə həll etdi"
12:30 29 Mart 2020
Dünyanın ən qədim şeiri - 4 min yaşlı mətn
11:41 29 Mart 2020
AzTV-dən evdə darıxanlara sürpriz
11:03 29 Mart 2020
Şərif Ağayarın hekayəsi: “Şeqlov üsulu”
09:30 29 Mart 2020
Xalq şairi vəfat etdi
08:05 29 Mart 2020
Bob Dilan 8 il sonra sükutu pozdu
18:07 28 Mart 2020
Pandemiya günlərinin Təpəgözü
17:33 28 Mart 2020
Gənc şair karantindən şeir yazdı: Mənə kölgəni göndər
16:41 28 Mart 2020
Özünə gizli toy eləyən, içkiyə qurşanıb ailəsini atan, yataqdan videosu yayılan reper – Maraqlı faktlar
15:40 28 Mart 2020
Anar Nağılbazın ən çox istifadə etdiyi söyüş
15:04 28 Mart 2020
Tanınmış müğənnidən cəsarətli addım: "Bir-birimizə dəstək olaq"
14:50 28 Mart 2020
Şahbaz Xuduoğlu: "Kitab sifariş edən daha çox yaşlılardır"
13:17 28 Mart 2020
Seymur Baycandan yeni yazı - Bu əcinnə gərək mənim qarşıma çıxaydı?
12:23 28 Mart 2020