Teatrımız beynəlxalq tədbirlərdən uğurla qayıdıb

Teatrımız beynəlxalq tədbirlərdən uğurla qayıdıb
7 iyun 2016
# 10:44

Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyası Orenburq vilayətində keçirilmiş “Qostiny dvor” VIII Beynəlxalq Teatr Festivalında L.Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə müvəffəqiyyətlə çıxış edib.

Kulis.Az Azərtaca istinadən xəbər verir ki, M.Fayzi adına Orenburq Dövlət Tatar Dram Teatrında nümayiş etdirilən tamaşadan sonra festivalın münsiflər heyətinin müzakirəsi keçirilib. Müzakirədə hər bir münsiflər heyətinin üzvü tamaşa haqqında yüksək fikirlər səsləndirib.

M.Qorki adına Orenburq Dövlət Dram Teatrının 160 illik yubileyi ərəfəsində həyata keçirilmiş festivalda bir sıra ölkələrin teatr kollektivlərinin dram və komediya janrlarında olan 10 tamaşa nümayiş etdirilib.

Festivalın münsiflər heyətinə sənətşünaslıq doktoru, professor, Rusiyanın Əməkdar Elm Xadimi, Rusiya Teatr İncəsənəti İnstitutunun xarici teatr tarixi fakültəsinin rəhbəri Aleksey Bartoşeviç rəhbərlik edib.

Münsiflər heyətinin üzvləri isə Rusiyanın Əməkdar İncəsənət Xadimləri, nüfuzlu teatr mükafatlarının laureatları, məşhur teatr tənqidçiləri Konstantin Şerbakov, Nina Karpova, Andrey Yastrebov, Marina Korçak və başqaları olublar.

K.Şerbakov çıxışında qeyd edib ki, XXI əsr Azərbaycan teatrı dedikdə ilk növbədə göz önünə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və onun zəngin repertuarı gəlir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Londona səfər edən ikinci heyət də Vətənə dönüb. Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov başda olmaqla kollektiv Böyük Britaniyada fəaliyyət göstərən “UMUD Ltd Company” şirkətinin dəvəti ilə həyata keçirilən qastrol səfərində milli dramaturgiyamızın banisi M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan” tamaşasını nümayiş etdirib. Tamaşa Londonun mədəniyyət mərkəzlərindən biri olan “Logan Hall”da göstərilib.

Tamaşanın nümayişindən əvvəl çıxış edən teatrın direktoru Mübariz Həmidov Azərbaycan mədəniyyətinin artıq bütün dünyada tanındığını və bu sahədə ölkə rəhbərliyinin, eləcə də Heydər Əliyev Fondunun müstəsna xidmətləri olduğunu qeyd edib.

M.F.Axundzadənin yaradıcılığı haqqında ətraflı məlumat verən direktor dramaturqun əsərlərinin insanı güldürərək düşündürdüyünü söyləyib.

Bütün bu uğurlarla yanaşı, Moskva vilayətinin Lobnya şəhərində keçirilən “Rus klassikası” Beynəlxalq Teatr Festivalında teatrın Əməkdar Artist Şövqi Hüseynov N.V.Qoqolun “Dəlinin qeydləri” mono-tamaşası ilə ölkəmizi layiqincə təmsil edib. İstedadlı aktyor “Festivalda iştiraka görə” diplomu ilə yanaşı, “Ən yaxşı mono-tamaşa” və Azərbaycan teatr mədəniyyətinin rus klassikası ilə parlaq əlaqələri” nominasiyaları üzrə diplomlara və mükafata layiq görülüb.

# 1803 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
Xəccə Abdulla  - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

Xəccə Abdulla - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

10:00 24 aprel 2026
Lüğətə 1700 söz əlavə edən, kart oynamağı və şirniyyatı sevən dramaturq - Şekspir haqqında bilinməyən 15 fakt

Lüğətə 1700 söz əlavə edən, kart oynamağı və şirniyyatı sevən dramaturq - Şekspir haqqında bilinməyən 15 fakt

16:00 23 aprel 2026
Cəhənnəmdə məni gözləyən cəzanın... - Salam Sarvanın yeni şeirləri

Cəhənnəmdə məni gözləyən cəzanın... - Salam Sarvanın yeni şeirləri

12:00 23 aprel 2026
"Gözüm Tanrı taxtındadı..." - Qulu Ağsəsin şeirləri

"Gözüm Tanrı taxtındadı..." - Qulu Ağsəsin şeirləri

15:00 20 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər