writer1

Tərlan Əbilov

Məqalə sayı

1
clock10:19 calendar-gray 20 Oktyabr 2017 view-gray331 dəfə oxunub
view-gray331 dəfə oxunub

Adamı belə tək qoymazlar!

Bu gün mərhum şair Anar Həbiboğlunun doğum gündür. Kulis.az ötən il gənc yaşında dünyasını dəyişən şair haqqında onun yaxın dostu Tərlan Əbilovun yazdığı yazını təqdim edir.

Bizi bir-birimizə şeirdən çox ağrılarımız bağlayırdı. Şeir – sadəcə ağrılarımızı canımızdan çıxarmaq üçün lazım idi sənə də, mənə də. Allah da bu işdə səxavətini, mərhəmətini əsirgəməmişdi bizdən, yəni dağına baxıb qarını yağdırmışdı, dərd verəndə dərmanını da əta eləmişdi bizə öncədən...

Bu gün dəfninin üçüncü günü də bitdi. Kim bilir bəlkə də rəhmətlik atanın – Həbib Səfərovun bir şeirində olduğu kimi çadırda da bir stəkan çay içib “bu da belə getdi” deyənlər də oldu”, bilmirəm...

Bildiyim bir odur ki, sağımda oturan kiçik oğlun Fatehin yerə dikilən gözləri səndən başqa heç kimi görmək istəmirdi bu dünyada.

Bildiyim odur ki, böyük qardaşının sual işarəsinə dönmüş qəddinə uzun müddət bir nida işarəsi tapılmayacaq...

Hələ ananı demirəm...

Hələ özümü demirəm...

Yolunu gözləyən “Qar Qıza” nə deyəcəyəm?

Öldüyünü eşitsə gözümü çıxaracaq kölgəsində oturub çay içdiyimiz söyüd.

Havalanacaq Xan Evinin qarşısındakı çayxananın həyətində dəmirağaclar...

Heç bilirsən indi gözlərimin önündə hansı gün canlanır daha çox? “Məşəl” jurnalında ilk şerlərim çıxan gün. O şeirlərdən sonra məni doğman kimi bağrına necə basdığın yadındamı?

İndən belə uğurlarıma kim sevinəcək, kim bağrına basacaq bu küçə uşağını, kim ağlayacaq bu qavroşu, kim?!

Sənə paxıllığım tutur, paxıllığım.

Səni bağrına basan torpaq var, torpaq.

Mənsə iliklərimə kimi buz bağlamışam.

Sən məni ağlada bildin, dostum.

Adamı belə tək qoymazlar, belə tək qoymazlar, Anar!

Image result for anar həbiboğlu

Hepatit

Düyməsi düşmüş köynəkdi,

Şüşəsi çatlamış eynəkdi Söz...

Kölgəsini axtarır

küçələrə düşən ağaclar,

ayaqlarını axtarır

ovuclarını

özündən gizlədən aclar...

Səndən sonra

əyni səliqəlidir ölümün...

üzü gülür daşların...

Məndən

Əli Kərimə salam de, Anar!

De ki,

hələ də

eyni xəstəlikdən,

eyni dərddən ölür burda

şairlər.

De ki,

hələ də

köynəyinə düymə,

eynəyinə şüşə axtarır Söz...

Lütfən,

Mən gəlincə,

kimsəyə oxumayın

təzə şeirlərinizi...

24.05.2016

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

AzTV “Diriliş Ərtoğrul” serialını yayımlayacaq
17:30 25 Sentyabr 2020
Məşhur rəssamın tablosu 80 milyon dollara satılır
17:02 25 Sentyabr 2020
Nobel mükafatının məbləği artırılacaq
16:25 25 Sentyabr 2020
Arvadını döyən tənha ata, öz qaynını sevən Həqiqət – Səriyyə xalaya çətin suallar gəldi
15:47 25 Sentyabr 2020
Qardaşlarından küsüb evdən getdi, ərli qadına aşiq oldu, dünyadan subay köçdü…– Maraqlı faktlar
15:08 25 Sentyabr 2020
"Salnaməfilm" Milli Qəhrəmanlar haqqında film çəkir
14:30 25 Sentyabr 2020
"YARAT”da sərgi
13:53 25 Sentyabr 2020
Paşinyanın arvadını neyləyəcəyik? – Sərdarın yazısı
13:10 25 Sentyabr 2020
Senatdan uyğurlarla bağlı şok təklif
12:31 25 Sentyabr 2020
Çingiz Abdullayevin gözə kül üfürməyi – Mirmehdi Ağaoğlu yazır...
11:51 25 Sentyabr 2020
Seymur Baycandan yeni kitab
11:13 25 Sentyabr 2020
Yekə döşlər, iri budlar? – Firuz Mustafa yazır...
10:40 25 Sentyabr 2020
Fəxrəddin Manafov xəstəxanaya aparılıb
10:00 25 Sentyabr 2020
Hər yanımdan məftillər sallanırdı - Bircənin romanı
09:00 25 Sentyabr 2020
“Qara dul qadın” filminin premyerası təxirə salındı
18:41 24 Sentyabr 2020
Bəxtin gətirmirsə, deməli...
18:04 24 Sentyabr 2020
Mən ki Allah deyiləm, uşaqları aldadım... – Yeni imza
17:25 24 Sentyabr 2020
Nərgiz Cəlilovaya yeni vəzifə verildi
16:43 24 Sentyabr 2020
Qəbul imtahanında hönkür-hönkür ağlayan qız
16:01 24 Sentyabr 2020
“Yaş keçəndə yuxular da əzab verir” - Cavanşir Yusifli ilə ad günü söhbəti
15:20 24 Sentyabr 2020