Teoman aktyorluğa başladı

Teoman aktyorluğa başladı
12 avqust 2011
# 13:27
Musiqidən gedən Teoman yeni filmlə pərəstişkarlarının qarşısına çıxacaq.

Rejissoru Sinan Çetin yeni filmi “Çanaqqala uşaqları”nda müğənni Teomanın da rol aldığını bildirib.

O, yaxın dostu Teomanın filmin adının seçilməsində də iştirak etdiyini deyib: “Filmin adı “Çanaqqala ruhu” idi. Bəyənmədi, dəyişdirib “Çanaqqala uşaqları” etdi. Filmdə oynamağı çox istəyir. Film üçün mahnı da yazacaq. “Əgər” adlı bir mahnı yazır indi. Bizim ofisdə bir otağı var. Hər gün gəlib işlərimizə qarışır”.

Ssenarisinin də Sinan Çetinin yazdığı filmdə Haluk Bilginer, Oktay Qaynarca və Yavuz Bingöl baş rolları paylaşacaq. Film anaları ingilis, ataları türk olan iki qardaşın hekayəsini anladır.

Xatırladaq ki, Teoman əvvəllər də filmlərə çəkilib. O, “Balans ve Manevra” və “Romantik” filmlərində baş rolda oynayıb.

Günel ƏSGƏRZADƏ
# 2811 dəfə oxunub

Oxşar xəbərlər

Ağrıdan qurtulmaq mümkündürmü? – “Kədər tərbiyəçiləri” niyə təsəlli vəd etmir?

Ağrıdan qurtulmaq mümkündürmü? – “Kədər tərbiyəçiləri” niyə təsəlli vəd etmir?

12:00 20 noyabr 2026
Pattinsonun Ceyms Bond seçilməsində Ceff Bezosun da rolu olub

Pattinsonun Ceyms Bond seçilməsində Ceff Bezosun da rolu olub

11:12 20 noyabr 2026
Qəzza müharibəsi haqqında sənədli film 47 ölkədə nümayiş etdirildi

Qəzza müharibəsi haqqında sənədli film 47 ölkədə nümayiş etdirildi

14:26 18 noyabr 2026
Aktyorlar süni intellektə qarşı birləşdi – Rəqəmsal surətlərin istifadəsinə məhdudiyyət

Aktyorlar süni intellektə qarşı birləşdi – Rəqəmsal surətlərin istifadəsinə məhdudiyyət

12:47 18 noyabr 2026
FTX qalmaqalı haqqında serial - 8 milyard dollarlıq çöküş "Netflix"də

FTX qalmaqalı haqqında serial - 8 milyard dollarlıq çöküş "Netflix"də

12:14 17 noyabr 2026
Yeni Ceyms Bond bəlli oldu - 007 roluna gözlənilməz aktyor

Yeni Ceyms Bond bəlli oldu - 007 roluna gözlənilməz aktyor

10:14 17 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər