Jurnalistin yatağında ayılan şahzadə

Jurnalistin yatağında ayılan şahzadə
23 may 2016
# 08:30

O, istedadı, zövqü, gözəlliyi və zərifliyi ilə tanınır və dünyadan köçsə belə yenə də çox sevilir.

Bir çox xanımların belə kumiri sayılan Odri XX əsrdə dünyanın 10 ən gözəl aktrisası sırasında yer alıb.

Aktrisanın uşaqlığı

Odri Hepbern 4 may 1929-cu ildə Belçikanın Brüssel şəhərində anadan olub. Anası hollandiyalı, atası isə varlı ingilis bankiri idi. Amma Odrinin xoşbəxt uşaqlığı olmur, onun cəmi bir yaşı olan zaman anası və atası boşanıb. Odri anasının yanında qaldığı atasını bir daha görmür. 10 yaşında olanda isə anası başqa biri ilə evlənir və Hepbern ögey atası ilə birlikdə nasistlərin işğal etdikləri Hollandiyaya köçmək məcburiyyətində qalır.

Gəncliyinin böyük hissəsini İngiltərədə uşaq evində keçirən Hepbern, İkinci Dünya Müharibəsi illərində Hollandiyanın Arnhem şəhərində konservatoriyada təhsilini davam etdirib. Nasistlərinin ölkəni işğal etdiyi zamanlarda onlara qarşı vətəndaş hərəkatına yardım etdiyi deyilir.

Aktrisanın karyerası

Müharibədən sonra rəqslə maraqlanmağa başlayan Hepbern, London və Amsterdamda balet dərslərinə gedib və 1948-ci ildə Londonda “"High Buton Shoes” adlı operada ilk dəfə səhnəyə çıxıb. Odri 1950-ci ildə ilk uzun metrajlı filmi “One Wild Oat” da kiçik rol alıb. 1951-ci ildə isə “Young Wive Taless” və “The Lavender Hill Mob” filmlərində də kiçik rolları ifa edib.

Odri 22 yaşına çatanda Brodvey istehsalı olan “Gigi”də rol almaq üçün Nyu-Yorka gəlib. Tamaşanın səhnələşdirilməsində bir neçə həftə sonra isə Hollivudun diqqətini öz üzərinə çəkməyi bacarıb. Aktrisa iki il sonra rol aldığı “Roman Holiday” adlı filmlə böyük uğur qazanıb. Bu filmdə canlandırdığı Prenses An obrazıyla tamaşaçıların ürəyinə yol tapdı. Aktrisa bu obrazı ilə “Ən yaxşı qadın aktrisa” kimi Oskar mükafatını qazanıb.

Aktrisanın şəxsi həyatı

Odri aktrisalıq karyerası ilə yanaşı həm də məşhur aktyorlarla sevgi münasibətləri ilə də gündəmdə olub. O, bir müddət Uilyam Holdenlə sevgili olub. Aktrisa Oskar mükafatına layiq görüləndən bir il sonra “Ondine with Mel Ferrer” adlı tamaşada rol almaq üçün Brodveyə qayıdıb. Bu tamaşada eyni səhnəni bölüşdüyü Mel Ferrerlə yaxınlıq daha sonra sevgiyə çevrilib və cütlük 25 sentyabr 1954-cü ildə ailə həyatı qurub.

1956-cı ildə əri Mel Ferrer və Henry Fordun rol aldığı Tolstoyun “Hərb və Sülh” romanı əsasında çəkilən tamaşada köməkçi aktrisa olaraq çəkilib. 1957-ci ildə “Funcy Face” adlı musiqidə göstərdiyi performansla, çox gözəl rəqs nümunələri yaradıb. İki il sonra, “Sister Lika” obrazını canlandırdığı “The Nuns Story” filmi yenidən “Akademik Mükafata” namizəd olub.

1960-cı ildə Con Hustonun çəkdiyi “The Unforgiven” filmində Burt Lancester ilə birlikdə rol alıb. Həmin il aktrisanın ilk övladı dünyaya gəlib.

1960-cı illərdə bir çox filmlərdə rol alan Hepbern, 1963-cü ildə Keri Qrantla birgə “Charade”, 1964-cü ildə “My Fair Lady” və 1967-ci ildə “Wait Until Dark” adlı filmlərdə rol alıb. Aktrisanın rol aldığı “Wait Until Dark” filmi 5 dəfə “Akademik Mükafat” layiq görülüb.

1967-ci ildə aktrisa evliliyinə son qoyub. 2 il sonra, 1969-cu ildə isə Odri italyan psixiloq Andreya Dotti ilə ailə həyatı qurub. Həmin evlilikdən Luka adlı oğlu dünyaya gəlib.

1976-cı ildə Sean Konneri ilə “Robin and Marrian” filmi ilə tamaşaçıların qarşısına çıxan Hepbern, 1979-cu ildə Ben Qazara ilə birlikdə “Bloodline” adlı filmdə köməkçi aktrisa rolunda çıxış edib.

Aktrisanın ölümü

Aktrisa sonuncu dəfə 1989-cu ildə Steven Spilberqin “Always” adlı filmli ilə tamaşaçıların qarşısına çıxıb. O, 1980-ci ildə YUNİSEF-in “Ən yaxşı niyyətli elçisi” kimi bütün dünyada yardım işlərinə başlayıb. 20 yanvar 1993-cu ildə isə məşhur aktrisa İsveçrədə xərçəng xəstəliyindən dünyasını dəyişib.

Məharətli ifası ilə milyonların sevgi və məhəbbətini qazanan Odri Hepbern kino ulduzu olmaqla bərabər, həm də nəcib insan və xeyirxah əməllər sahibi idi. O, ağır xəstə ikən vəsiyyət etmişdi ki, ölümündən sonra bütün əmlakını və ona məxsus olan nə varsa, hamısını auksionda satıb, əldə olunan vəsaiti xərçəng xəstəliyindən əziyyət çəkənlərin müalicə fonduna keçirsinlər.

Həyatı boyunda çətin vəziyyətdə olan insanlara yardım edən Hepbernin xeyriyyə işləri ölümündən sonra oğlanları Sean Ferrer və Luka Dott tərəfindən açılan yardım fondu tərəfindən davam etdirilib.

Odri Hepbernin sözləri:

- Həyatdan arxalandığınız ən gözəl şey bir-birinizsiniz

- Əgər saçlarının gözəl olmasını istəyirsinizsə, icazə verin uşaqlar əllərini saçlarınızın içindən keçirtsin

- Necə yaşamağı, kənardan durub baxmadan, dünyanın içində, həm də çölündə ola biləcəyini öyrəndim. Bir daha əsla həyatdan qaçmayacam. Eşqdən də...

- Xoşbəxt olan qadın, ən gözəl görünən qadındır

- Yaşamaq, muzeyi sürətlə gəzməyə oxşayır. Gördüklərini həzm etməyin, onlar üzərində düşünməyin və muzeydəkilər haqqında oxumağın vaxtını alır. Hər şeyi bir anda başa düşə bilməzsən. Uzun həyat və gözəl axşam yeməyi arasında fərq var. Axşam yeməyində ən gözəl şeylər axırda gəlir

- Əgər gözəl gözlərinin olmasını istəyirsənsə, insanlara yaxşı bax

- Çəhrayıya inanıram. Gülməyin ən yaxşı kalori yandırdığına inanıram. Öpüşməyə, çox öpüşməyə inanıram. Hər şey tərsinə gedəndə güclü olmağa inanıram. Xoşbəxt qadınların ən gözəl qadınlar olduğuna inanıram. Sabahın başqa gün olacağına inanıram və möcüzələrə inanıram

- Yalnız olmaq istəmirəm, tək qalmaq istəyirəm.

- İncə bədəninin olmağını istəyirsənsə, çörəyini aclarla bölüş

- Əsl dostlar seçə biləcəyiniz yer ailənizdir

- Bir tərəfim həmişə uşaq kimi qaldı. Amma bir tərəfdən da, uşaq yaşlarımda böyüdüm. Çünki gənc vaxtımda qorxu və kədərlə tanış oldum

- Ən gözəl dodaqlara sahib olmaq istəyirsənsə, sadəcə gözəl sözlər danış

- Adsız və dəli pişik kimiyəm. Heç kimə aid deyiləm. Kimsə bizə aid deyil. Bir-birimizə aid deyilik.

# 775 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
# # #