Çingiz Abdullayev Şərif Ağayar haqda müraciət yaydı - SƏRT İTTİHAMLAR

Çingiz Abdullayev Şərif Ağayar haqda müraciət yaydı - SƏRT İTTİHAMLAR
19 may 2016
# 12:59

Şərif Ağayar “Exo” qəzetinə müsahibəsində PEN klub Azərbaycanın əleyhinə fikirlər səsləndirib: “PEN klubun təkcə adı var. Əməldə PEN klub da Yazıçılar Birliyi kimi təşkilatdır. Dünyada bizim PEN kluba ciddi yanaşılmır. Azərbaycanda PEN klub yoxdur.”

PEN Klub Azərbaycan Şərif Ağayarın fikirlərini tənqid edən müraciəti “Exo” qəzetində dərc olunub. Kulis həmin müraciətin tərcüməsini təqdim edir.

“Hörmətli redaksiya!

“Görkəmli Azərbaycan yazıçısı” Şərif Ağayarın sizin qəzetdə dərc olunmuş iri həcmli söhbəti ilə yazıçıların hər iki təşkilatında dərhal maraqlandılar. Özünü məşhur hesab edən bu adamı nə yazıçı təşkilatlarında, nə də, ümumiyyətlə, yazıçıların və naşirlərin çevrəsində elə də tanıyan yoxdur. Ancaq məsələ bunda deyil. Onun danışdığı iki nağıl da bu adamın “qeyri- adi istedadından” xəbər verir. Çox təəssüflər olsun ki, onun istedadı başqa-başqa sferalarda özünü büruzə verir. O bədxah davranışlarına görə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən xaric ediləndə utandığından heç nə danışmamış, bir müddət susmağa üstünlük vermiş, yenidən Birliyə üzv olmaq üçün yalvarmaqdan çəkinməmişdir. Onun bu hərəkəti hamıya yaxşı məlum olmuşdur. Həmin vaxtlar AYB-də illik Prezident təqaüdləri verilən məqam olduğundan o təqaüd almaq üçün yenidən yazıçıların siyahına girməli olmuşdur.

Birliyin rəhbərliyi humanist addım ataraq bu mövqesiz “ədəbiyyatçını” yenidən təşkilatın üzvlüyünə qəbul etmişdir. O, il ərzində bu təqaüdü alaraq AYB-nin üzvlüyündən çıxmamış, təşkilatın “qüsurlarından” söhbət açmamış, hər şey onu qane etmişdir. Elə ki, təqaüdün vaxtı bitmiş, bizim “mənəviyyat müdafiəçimiz” dərhal ayrılaraq özünün “prinsipial mövqeyini” xatırlamış və yenidən Birliyi tənqid etməyə başlamışdır. Birliyin ünvanına təhqirlər yağdıran, lakin ikinci dəfə sözügedən təşkilatın üzvlüyündən niyə çıxarılmasını açıb-ağartmayan “məşhur yazıçı” bu barədə susmağa üstünlük vermişdir. O, həmçinin, heç vaxt üzvü olmadığı, fəaliyyətindən məlumatsız PEN klubun da ünvanına tənqidi fikirlər söyləməkdən çəkinməmişdir.

Bir həqiqət budur ki, PEN klubun üzvləri Şərif Ağayardan hər cəhətdən fərqlənən məşhur yazıçılardır. Başqa həqiqət isə budur ki, adı kağız üzərində qalan təşkilatını adi qeydiyyatdan keçirə bilməyən “haqq ədalət carçısı” nəzərə almayıb ki, onun silahdaşları arasında hətta bizim şəhərdə tanına biləcək bir müəllif belə yoxdur. Ancaq o, Azərbaycan Yazıçılar Birliyini tənqid etməkdən həzz alır. O birlik ki, mövcudluğunun səksən ili ərzində birmənalı şəkildə respublikamızın milli və dövlət maraqlarını, ana dilimizi, müstəqilliyimizi müdafiə etmişdir. Yetər ki, AYB-nin binasına daxil olanda həyatını xalqına, onun ədəbiyyatına həsr etmiş və qəfildən repressiya qurbanına çevrilmiş məşhur şair və yazıçılarımızın abidəsini görəsən. Dövlətimizi dünyada tanıdan xalq şairləri və yazıçıları, akademiklər, görkəmli alimlər, ədəbiyyatşünaslar ölkəmizin fəxarət ünvanıdır. Həmçinin, bizim boşboğazdan fərqli olaraq, Qarabağ uğrunda şəhid olan gənclərimizin fotoşəkilləri də çox şey deyir. Bu müharibədə on bir yazıçı öz övladını itirib.

AYB-ni Stalin dövründən bəri dəyişməyən durğun və ölgün bir təşkilat kimi qələmə vermək ən azı övladlarını məmləkətimizin azadlığı uğrunda itirən yazıçılarımıza hörmətsizlikdir! Biz bu söhbətə baş qoşmaya da bilərdik. Axı yazı indiyə qədər minlərlə insanın inandığı bir qəzetdə dərc olunub. Məhz buna görə də sizdən xahiş edirik, bizim müraciətimizi dərc edəsiniz.”

PEN Klub Azərbaycanın rəhbəri Xalq yazıçısı Çingiz Abdullayevdir.

# 2392 dəfə oxunub

Oxşar xəbərlər

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

14:00 27 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

15:00 24 iyun 2026
"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

12:30 24 iyun 2026
"Xatirə və gerçəklik arasında incə  sərhəd..."  - "Torpağın ruhu" oxucuya nə deyir?

"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?

18:45 23 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər