news-inner
clock14:59 calendar-gray 16 May 2016 view-gray113 dəfə oxunub
view-gray113 dəfə oxunub

Proses zamanı siqaret çəkirsinizmi? Bəlkə musiqi? - SUALLAR

Kulis.az yazı prosesi ilə bağlı yazıçılara suallar ünvanlayıb.

1. Yazmağa necə hazırlaşırsınız? Əsərlə bağlı araşdırmalar aparırsınızmı?

2. Yazı vərdişiniz varmı? Siqaret çəkmək, çay, kofe içmək və s.

3. Yazı yazarkən musiqiyə qulaq asırsınızmı? Hansı musiqilərə?

4. Günün hansı saatı yazırsınız?

Məmməd Oruc:

1. Hər hansı bir hazırlıq mərhələsindən söhbət gedə bilməz, amma araşdırmalar qaçılmazdı, çünki meydana çıxan elmi qüsurlara, tarixi yanlışlıqlara görə xəcalət çəkə bilərsən və məncə bu yazıçılıq azarının əlifbasıdır, nə deyim...

2. Mənim yazı vərdişim yoxdur, yazacağım hadisənin məni zorlayıb yazı masasında oturdacağı anı gözləyirəm və həcmindən asılı olmayaraq əsərin qaralamasını birnəfəsə yazıram və bu qaralamanı ən azı beş-altı ay dincə qoyuram, amma bu minvalla on ildən bəri dincə qoyduğum yazılar da var.

3. Mən yazı yazarkən yalnız ürəyimə qulaq asıram, amma bu zaman qulağım çalan xalq mahnılarına da biganə qala bilmirəm. Hətta yaddaşımda yaşayan bir neçə simfonik əsər də var. Məncə, musiqi su, hava kimi insan ehtiyacıdır. Tək olanda oxuyursansa, bu həyat eşqindən xəbər verir.

4. Daha çox səhərlər. Cavanlıqda gecələr yazırdım, ancaq elə cavanlıqda da hiss etdim ki bu pis vərdişdir.

Nəriman Əbdürrəhmanlı:

1. Yazmağa uzun-uzadı hazırlaşıram. Xüsusilə tarixi mövzularda yazanda aylarla, illərlə mənbələri araşdırır, qeydlər aparıram. Hər şey beynimdə hazır olmamış yazmağa başlamıram. Həmin müddətdə həmişə o mövzuyla bağlı fikirlər, variantlar olur. Yazmağa başlamazdan əvvəl uzun səfərə çıxmağı sevirəm. Yol həmişə məni düşüncələrimi cəmləməyə, süjet qurmağa kömək eləyir.

2. Bədii yazılarımı ancaq əllə yazıram, yeganə içkim çay olur, əlbəttə, müəyyən fasilələrlə siqaret çəkirəm.

3. Yazı yazanda musiqiyə qulaq asmıram. Tam sakitlik olmasa, yaza bilmirəm.

4. Yalnız səhər tezdən oyanıb günortayacan işləyirəm. Günün ikinci yarısı və axşam ancaq qeydlərimlə məşğul oluram.

İlqar Fəhmi:

1. Məndə elə də diqqətçəkən hazırlıq prosesi olmur. Daha çox qeyri-iradi baş verir. İçimdə çoxlu süjetlər dolaşır, daxili əhvaldan asılı olaraq, bunlardan hansı biri özü üçün yol açırsa, o da yazılmağa başlayır... Yazı masası məsələsində kaprizlərim yoxdur. Düzdü, evdə öz iş kabinetim, kitabxana otağım var, amma orda da çox vaxt uşaqlar qurdalanır, qova bilmirəm... Araşdırma, material toplama mərhələsi olmur məndə. Daha doğrusu, bu mərhələ ədəbi düşüncələrdən, ideyalardan çox-çox əvvəl olur. Həmişə oxuyuram, mütaliə mənim günümün hardasa əlli faizindən çoxunu təşkil edir. Bunların içində ədəbiyyat da olur, tarixi materiallar da, fəlsəfi-psixoloji mətnlər də... Bu baxımdan, məndə əks proses baş verir. Adətən müəllif hansısa mövzuda əsər yazmağa hazırlaşarkən, bu xüsusda materiallar axtarır, araşdırır. Mənsə sadəcə gündəlik bu işlə məşğulam, elə belə axtarıram, araşdırıram. Tapdıqlarımın içində mənim ruhumun sarı siminə toxunan olursa, onda bu hiss ədəbi materiala çevirmək ehtiyacı yaranır. Tarixi əsərlərimdə də belədi. Obrazı, əsəri yaratmaq üçün onu araşdırmıram. Artıq araşdırıb tanıdığım obrazı, hadisəni ədəbiyyata gətirməyə çalışıram.

2. Elə də xüsusi vərdişim yoxdur, amma tünd çay və siqaret olmasa, yazı prosesi ağır gedir elə bil. Bir iki dəfə başıma gəlib, bunlarsız çətinlik çəkmişəm... Yəqin ki bu da psixoloji vərdişdir.

3. Mən ümumiyyətlə Şərq xalqlarının etno-musiqisini çox sevirəm. Amma qəribə də olsa, yazı musiqiylə tutmur məndə... Əvəzində çox başqa bir qəribə vərdişim yaranıb, dost-tanış bilir, çox görüblər. Mən işləyəndə adətən teatr tamaşalarından açıram və yaza-yaza paralel tamaşaya baxıram... Şükür Allaha ki, özümün pyes kolleksiyam böyükdür, əlbəttə ki əsasən Rusiya teatrlarının pyeslərinin diskləridir, həmişə ora yolum düşəndə yığıb gətirirəm. Youtube kanalında da yeni tamaşaların çəkilişlərini qoyurlar... Və beləcə, komputerin ekranı yarı bölünür, yuxarı yarısında tamaşa gedir, aşağı yarısında mən yazıram... Niyə kino yox, serial yox, məhz teatr? Bunu özüm də bilmirəm. Bəlkə də ona görə ki kino olsa, diqqətimi daha çox ayırar yazıdan. Bəlkə də başqa səbəb var. Bilmirəm...

4. Daha çox gecələr yazıram. Mən, ümumiyyətlə, son iyirmi ildə həmişə gecələr işləmişəm, oxumuşam. Məktəb vaxtından yaranıb bu vərdiş. Gündüzlər yazsam da, tam mən istəyən kimi alınmır effekti.

Mübariz Örən:

1. Hekayə yazmaq üçün xüsusi araşdırmaya ehtiyac yoxdu, amma yazacağım mətni, mövzunu içimdə kifayət qədər çək-çevir edib, bişirib, detal baxımından zənginləşdirib, hər hansı bir məcraya yönəldib, hər hansı bir "ərazidə məskunlaşdırıb", yer-yurd edib sonra özümə sual verirəm: Hə, nə olsun? Bununla sən nə demək istəyirsən? Yaxud, təzə, fərqli nə deyə bilərsən? Sözünün canı, qayəsi, qanı varmı? Bax, əgər bu suallara cavab tapa bilsəm, mövzunu yetkin, hazır hesab edirəm. Bir sözlə, mövzu özümü tərpətməlidir; əsas "ritual" budu. Sadaladıqlarımdan hər hansı biri yoxdusa, heç nə alınmayacaq.

2. Çay, siqaret, mütləq! Arada beyni aydınlaşdırmaq üçün kofe də köməyə gəlir.

3. Xeyir. Toparlanıb dediyim o "ərazi"nin mən də bir sakini oluram, personajlarıma qaynayıb-qarışıram, onların əl-ayağına dolaşır, bəzən tapdaqları altında qalır, bəzən uca bir nöqtədən onları ləzzətlə seyr edirəm. Bir sözlə, mətnin ab-havası - musiqidi.

4. Dinc vaxtlarımda yazım yaxşı gedir; bu, adətən səhər saatlarında olur.

Cavid Zeynallı:

1. Yazmaqla bağlı xüsusi ritualım yoxdur. Əsas odur, “dalğaya” qoşula bilim, yazmaq əhvalı olsun. Bir də vacib olan sakitlik və rahatlıqdır. Araşdırma tələb edən mövzudursa, əlbəttə, araşdırıram. Məsələn, dini motivli bir kinossenari yazıram, ona görə bəzi məsələləri dəqiqləşdirdim, araşdırdım.

2. İçib, çəkib, dəmlənib yazmaq mənlik deyil, heç vaxt etməmişəm, təcrübədə belə bir şey yoxdur. Kofedən ancaq axşam yuxunu qaçırmaq üçün istifadə edirəm. Başqa üstünlüyü, xüsusi ləzzətini bilmirəm.

3. Ətrafda səs-küy olanda qulaqlıqla mahnı dinləyirəm ki, kənardan maneçilik olmasın. Məsələn, “Coğrafiya müəlliminin pencəyi” adında yeni hekayəm var, onu yazanda Ahmet Kayanı dinləmişəm. Qısametrajlı film ssenarisini yazanda müxtəlif musiqilərə qulaq asmışam. Tutalım, Frank Sinatradan tutmuş, Mohsem Namjoya, Alim Qasımovdan tutmuş, Etid Piafa qədər müxtəlif ifaçılara.

4. İş günləri olmayanda adətən günorta yazıram. İşdən sonra yorğun deyiləmsə, axşamlar bir-iki saat məşğul oluram.

news-inner-user

16145 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Tanınmış bəstəkar koronavirus peyvəndinin sınaqlarında könüllü oldu
11:01 15 Avqust 2020
Məşhur gitara ifaçısı vəfat etdi
10:28 15 Avqust 2020
Bu filmə görə 400 nəfər işdən çıxarılacaqdı – Rejissorların boyun qaçırdığı Azərbyacan filmi
08:57 15 Avqust 2020
Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020