Yəhudi yazıçının “Sevgi həyatım”ı dilimizdə

Yəhudi yazıçının “Sevgi həyatım”ı dilimizdə
5 may 2016
# 14:51

Alatoran Yayınlarında israilli tanınmış yazıçı Zeruya Şalevin “Sevgi həyatım” adlı romanı çapdan çıxıb, kitabı dilimizə İsrail ədəbiyyatı üzrə ixtisaslaşmış gənc tədqiqatçı Fərqanə Sarmasova tərcümə edib.

Zeruya Şalev (1959) İsrailin ən çox oxunan yazarlarından biridir. Kinneretdəki Kibutsda anadan olub, Bibliyanı araşdırmaq sahəsində elmi dərəcəsi var, Keşet nəşriyyatında ədəbi redaktor vəzifəsində çalışmaqdadır. 5 romanı, şeirlər kitabı və bir uşaq kitabı çap olunub. “Sevgi Həyatım” romanı həm İsraildə, həm də dünyada məşhurdur, 21 dilə tərcümə olunub, bir çox ölkələrdə bestseller olub. Bir çox görkəmli ədəbiyyat mükafatlarını qazanıb. Almaniyanın Der Spiegel qəzeti “Sevgi Həyatım” romanını son qırx ilin 20 ən yaxşı romanı siyahısına daxil edib. Eyni zamanda, “Sevgi Həyatım” romanı Alman-İsrail kinorejissoru Mariya Şrader tərəfindən ekranlaşdırılıb.

“Sevgi Həyatım” son dərəcə hissiyyatlı bir romandır, əsər birinci şəxsin, Yaaranın, gənc və gözəl qadının dilindən danışılır, oxucu onun uğursuz ailə həyatı ilə tanış olur. Öz valideynlərinin qəribə davranışlarını və onların daimi qovğalarının səbəbini başa düşməyə çalışdığı sırada onun Aryehlə, atasının gənclik dostu və özündən iki dəfə yaşlı olan insanla münasibətləri alovlanmağa başlayır. Sevgi narkomaniya kimi təsvir olunur, bəzən sərt, bəzən də heyvani maqnetizmlə dolmuş şəkildə... Kitab Bibliya allüziyaları ilə və bir çox əsaslı psixoloji müşahidələrlə zəngindir.

Oxucular üçün maraqlı ola biləcək bir fakt bundan ibarətdir ki, yazıçı Zeruya Şalev bu ilin sentyabr ayında baş tutacaq kitabın təqdimat mərasimində iştirak etmək üçün Bakıya gələcək.

# 2428 dəfə oxunub

Oxşar xəbərlər

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

12:00 1 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər