Səməd Vurğunla Nazim Hikmətin “Kəsişən yollar”ı

Səməd Vurğunla Nazim Hikmətin “Kəsişən yollar”ı
4 may 2016
# 10:06

Dünən Səməd Vurğunun ev-muzeyində türk dünyasının böyük şairi Nazim Hikmət və dünya şöhrətli şair, akademik, görkəmli ictimai xadim Səməd Vurğunun xatirəsinə həsr edilmiş “Kəsişən yollar” mövzusunda tədbir keçirilib.

Kulis.az Azertaca istinadən xəbər verir ki, əvvəlcə Nazim Hikmətin xatirə lent yazısı səsləndirilib. Ev-muzeyinin direktoru Nüşabə Vəkilova hər iki böyük şairin mübarizələrlə dolu şərəfli ömür yolundan söhbət açıb.

Bildirilib ki, hələ sağlığında bir dəfə Bakıda, bir neçə dəfə Moskvada görüşmüş bu iki şair bir-birinə böyük hörmət bəsləyib. S.Vurğunun vəfatından sonra da onun ailəsi N.Hikmətə öz doğması kimi baxıb, N.Hikmət isə öz növbəsində S.Vurğun yaradıcılığının bənzərsizliyini həmişə təbliğ edib. O, özünün də “Fərhad və Şirin” əsəri yazdığını, lakin S.Vurğunun Nizaminin “Xosrov və Şirin” poemasının motivləri əsasında qələmə aldığı “Fərhad və Şirin” mənzum dramının daha gözəl olduğunu və əsərin təsirindən çıxa bilmədiyini söyləyib. Səməd Vurğunun bulaq kimi çağlayan istedadının çiçəklənmə və yüksəliş dövründə onun dünyadan getməsi N.Hikmətə çox ağır təsir edib və onun ölümünə şeir yazıb.

“Ocaq” Moskva-Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti, Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, türkoloq alim Tofiq Məlikli dövrün qadağalarına və mürəkkəb ictimai-siyasi şəraitə baxmayaraq bu iki şairin biri-birinin yaradıcılığına həssas münasibətindən söhbət açıb. Bildirib ki, 1928-ci ildə Bakıda N.Hikmətin “Günəşi içənlərin türküsü” kitabından ilhamlanan gənc şair S.Vurğun özünün “Hərəkət” şeirini yazıb və bunu N.Hikmətə ithaf edib.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy həyatı və yaradıcılığı tarixin mürəkkəb dövrünə təsadüf edən S.Vurğunun hələ seminariya tələbəsi olarkən böyük türk şairləri Tofiq Fikrətin, Namiq Kamalın yaradıcılığına bələd olduğunu, sonralar N.Hikmətlə görüşünün böyük dostluğa çevrildiyini vurğulayıb.

Mərasimdə Xalq Şairi Vaqif Səmədoğlunun vaxtilə N.Hikmətlə bağlı yazdığı xatirələr oxunub.

Tədbirdə şairə Zərəngiz Dəmirçi Qayalı S.Vurğuna həsr etdiyi şeirini oxuyub, Bakı Musiqi Akademiyasının müəllimi, Əməkdar İncəsənət Xadimi Ülviyyə Hacıbəyova fortepianoda Nazim Hikmətin sözlərinə bəstələnmiş əsəri səsləndirib.

Sonda N.Vəkilova tədbir iştirakçılarına böyük şairlərin xatirəsinə göstərdikləri ehtirama görə minnətdarlığını bildirib, vəfatından 60 ilə yaxın müddət keçməsinə baxmayaraq, xalqın öz böyük şair oğluna olan məhəbbətin azalmadığını və illər ötdükcə bu iki şairin Azərbaycanda və Türkiyədə seviləcəyini söyləyib.

# 2171 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər