“Müsyo İbrahim və Quran çiçəyi” tamaşası nümayiş olunub

“Müsyo İbrahim və Quran çiçəyi” tamaşası nümayiş olunub
2 may 2016
# 12:37

Akademik Milli Dram Teatrında “Müsyo İbrahim və Quran çiçəyi” tamaşası nümayiş olunub. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Erik Emmanuel Şmitdin eyniadlı əsəri əsasında hazırlanan iki hissəli dramı Azərbaycan dilinə Yaşar Əliyev tərcümə edib.

Tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Səhnə əsərində xalq artisti Fuad Poladov (Müsyö İbrahim), aktyor Murad İsmayılov (Moisey), əməkdar artistlər Sabir Məmmədov (Ata), Şəlalə Şahvələdqızı (Bricit Bardo), Mehriban Zəki (Ana), aktyorlar Fidan Cəfərova (Qız), Rüstəm Rüstəmov (İnspektor), Adil Dəmirov (Polis), Vüsal Mustafayev (Avtomobil satıcısı), Leyla Elnurqızı və Kərim Kərimov (Moiseyin uşaqları) çıxış ediblər.

Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir.

Qeyd edək ki, fransız yazıçısı və dramaturqu Erik Emmanuel Şmidtin 2001-ci ildə yazdığı əsər dünyanın 20-dən artıq teatrında tamaşaya qoyulub.

# 2279 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
#
#
# # #