news-inner
clock10:33 calendar-gray 28 Aprel 2016 view-gray126 dəfə oxunub
view-gray126 dəfə oxunub

Günəşi söndürüb - ŞEİRLƏR

Kulis.az gənc şair Faiq Hüseynbəylinin yeni şeirlərini təqdim edir.

Devolvasiya

İngilis dilində oxudular
yasin surəsini
Manatın ölümünə.

Manatın göz yaşları
salamladı
ölümqabağı öz əcəlini.

Məzənnə adı sürüşüb düşdü
həqiqətin ayaqlarına.

Kredit ödənişləri
üsyana qalxdı
çarəsiz məhbus kimi.

Bank borcları üzüqara qarşıladı
gələn qonaqları.

Dükanların qapısındakı qıfıllar
yeni qiymətlərə ağı deyir.

Köhnə tariflərə əlvida dedi
vitrinlər.

Pozuldu Nyutonun üçüncü qanunu:
Təsir əks təsirə bərabər olmadı.

Ceyran belinə qalxdı
Məmulatlar...

Hələ də səngimək bilmir
Manatın ölümü haqqında məlumatlar.

Tolerantlıq

Yer kürəsini öz üzərində saxlayan ağaclar
Yarpaq-yarpaq salam verir sonbahara.
Budaq-budaq təzim edir
arzuların bitdiyi məkanda
öz Tanrısına.

Günəşi söndürüb gələcəyəm yanına, İlahi.
Hələ ki, kor baxa bilmirəm işığa.
"Mən"ləri, "Sən"ləri silmişəm misralarımdan,
Dünyanın bircə xilası var, İlahi,
Ya mən ölməliyəm,
Ya sən sevməlisən.

Sevgi yolunda ölmək
Klassik bədənidi,
Köhnə ruhdu.
O zaman Füzulinin əlləri qəzəl idi...
O zaman sevgilər də gözəl idi.

Dünyanı yetim qoyma,
getmə, İlahi.
Sevmək imandan gəlir,
Sevməyi tərgitmə, İlahi!

De ki, bir nəfəs qədər yaxınsan,
De ki, hər şey indi də yaxşıdır.
Ərəb əlifbası ilə
Türk abidələrinə vurduğun
İngilis naxışıdır...

***

Bu da haqq -
Dərisini soydular,
Ətini yedilər,
Sümüklərini tarix muzeyinə bağışladılar
Eksponat kimi.

Daha yuxulara da girmir Qarabağ,
Daha şəhidlər də üz çevirib vətəndən.
Sonuncu dünya müharibəsi gedir
Ruh ilə can arasında -
Qan su yerinə axır bədəndə.
Göz yaşları yağmır,
Vicdanın qara tablosunda.
Çıxış yolu yoxdur
Labirint düşüncələrdən.

Bu da haqq -
Şimaldan cənubacan,
Şərqdən qərbəcən,
Qələmdən sözəcən,
İnsandan Allahacan
yandırdılar imanını...

***

Ay işığında çimir
səhra fikirlər.
Dağ bildiyim adamlar
Dağ üstə dağ çəkdilər.
İllərlə kərpic-kərpic
hördüyüm xəyalları
bir göz qırpımında sökdülər,
yerində park tikdilər.

Daha ümidsiz günlərin
çırağı sönüb.
Daha möcüzəyə inam qalmayıb.
Ehey, cəllad, sən
edam kötüyünə qoymusan
Əlahəzrət Sözün başını.
Hələ də qanla yuyur
tarix öz yaddaşını.

Siyasət meydanında
can verir həqiqət.
Şam kimi yanır neft ölkəsində
ağzına daş basılan Söz.
Ayə-ayə günaha batır təriqət.

Neft kəmərini belinə dolayan vətən,
Nağıllarındakı quyularından qaz çıxır.
Səfalət utanır adından.
Od qiymətinin üzərinə
su çiləyir kasıb baxışlar.

Kilsələrə sığınır
ingilis atadan,
rus anadan
doğulan azadlıq.
...və bir daha boy atmayacaq
beşikdə boğulan azadlıq.

The end

Tanrı bir roman yazır,
Dərin-dərin dənizlərdən.
Tanrı bir roman yazır,
Qayım-qədim dərələrdən,
düzlərdən.
Bir əsər yaranır səslərdən,
Bir əsr yaranır sözlərdən,
Sirli-sirli gecələrdən, gündüzlərdən.

Tanrı bir roman yazır,
İnsanın taleyindən,
Musanın taleyindən,
İsanın taleyindən,
Olumundan, ölümündən...
Çarmıxa çəkilən,
Gözləri tökülən
həqiqətdən.

Tanrı bir roman yazır,
Günahları ucbatından
cənnətdən qovulandan,
Cəhənnəmi bu dünyada yaşayandan,
Tanrı bir roman yazır,
Çiyinlərində mələk yükü daşıyandan.

“Dünya” adlı romanına
Son cümləni yazır Tanrı:
“The end”...
Və qiyamət başlayır.

Nidayla basdırın

Torpaqla, suyla pak edin,
Odla, havayla basdırın -
Məni qədim şahlar kimi,
Qalxanla, yayla basdırın.

Ey gülab qatan, ətrimə -
Məst ol misrama, sətrimə.
Kimsə dəyməsin xətrimə,
Nazla, ədayla basdırın.

Aşkar olar nələr, nələr,
Qəmlə dolar piyalələr...
Ulduz-ulduz kəcavələr...
Günəşlə, Ayla basdırın.

Ruhumu sözdə axtarın,-
Bakirə qızda axtarın.
Kamanda, sazda axtarın,
Düyünlə, toyla basdırın.

Yar olmayan hər yar ilən,
Mənəm, gedən rüzgar ilən.
Bu əhd ilən, ilqar ilən,
Eşqə vəfayla basdırın.

Mən asiyəm sirr səsinə,
Titrəyir göy-yer səsinə.
Qulaq verin Sur səsinə,
Bu son nidayla basdırın!

Amma...

Qış ötsə, qar ərisə,
Yaz olsa, nolacaq ki?
Alın yazım yenidən
Yazılsa, nolacaq ki?

Nə dəyişər həyatda?-
Hərf eyni, say eyni.
İl həmin il olacaq,
Gün həmin gün, ay eyni.

Yenə gec gələcəksən,
Göz yaşı, Yağış və Yol...
Heç nə dəyişməyəcək,
Mən mən olum, sən sən ol.

Yenə həmin taleyi
Bu Faiq yaşayacaq.
Başqa cür ola bilməz,
Amma, lakin və ancaq...

news-inner-user

16131 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020