Şəkidə - mədəniyyət paytaxtında kitab dükanı açaq - TƏKLİF

Şəkidə - mədəniyyət paytaxtında kitab dükanı açaq - <span style="color:red;">TƏKLİF
25 aprel 2016
# 12:39

Şəki şəhəri 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilib. Amma şəhərdə kitab dükanı yoxdur. Kulis.azın məlumatına görə, yazar Hədiyyə Şəfaqət şəhərdə kitab dükanının, ədəbiyyat mərkəzinin açılması üçün ideya irəli sürüb.

Yazar Kulis.az-a bu barədə açıqlama verib: “Sadəcə kitab satışı yeri deyil, ədəbi toplantılar, təqdimatlar, yazıçı günləri keçirə biləcəyimiz bir məkan açmaq istərdim”.

Hədiyyə Şəfaqət daha sonra bunları deyib: “Hansısa qurum üstünə götürə bilər. Mən sadəcə işləri idarə edəcəyəm və maaş xaricində heç bir gəlir istəmirəm də. Yəni bu, sırf biznes marağı deyil. Özüm edə bilsəydim, əlbəttə, başqa məsələ. İndi isə təşəbbüs budur ki, imkanı olan şəxs varsa, bunu da bir biznes hesab edərək başlasın, lakin işi bilənə tapşırsın. Təki təkcə Şəki üçün deyil, yaxın rayonlarda da ədəbi hava yarada bilək. Kitabla bağlı nəsə edək”.

# 3104 dəfə oxunub

Oxşar xəbərlər

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər