news-inner
clock16:30 calendar-gray 13 Aprel 2016 view-gray569 dəfə oxunub
view-gray569 dəfə oxunub

Qan Turalı öz mətninin içində yoxdur – Kamal Abdulla yazır...

Qan Turalının mətni kələ-kötür yoldan şüşə kimi hamar yola keçdi. Artıq bu mətnin aurasına düşdünsə, sənin diqqətinə yad olan hər hansı məqam səni o yoldan kənara dartmır. Bu hal Şərifdə, Mirmehdidə, Mübarizdə, Kəramətdə də hiss edilir, bu yazarlar artıq söz stixiyasının içinə girib orada var-gəl edə bilirlər. Əsas olan söz stixiyasının içinə girməkdir. Yəqin ki, yazı prosesində onlar özləri bu məqamı hiss edirlər. Etməsələr - olmaz. Bu o zaman baş verir ki, yazı prosesi yağ kimi gedir. Mətni sonsuz lüğətin içindən qaşıyıb elə çıxarmaq olur ki, sanki yağ içində tiyəsi qıl qədər iti bıçaq işləyir. Bax, bu məqam ritmin, ahəngin tapıldığı məqamdır. Onu tapmaq asan deyil. Amma tapdınsa, o məqamın içinə düşdünsə, ordan çıxmaq da asan deyil.

Qan Turalı bu məqamı “Fələk qırmancı” romanında tapa bilib. Bu, onun hekayə-hekayə, esse-esse, bir sözlə, addım-addım yaxınlaşdığı “özünüifadə rahatlığı” kimi ayıra biləcəyimiz məqamdır. Qan Turalı rahat ola bilər. Bundan sonra kiminsə xoşuna gəlib-gəlmədiyinin bir nasir kimi onunçün əhəmiyyəti itib getdi. Bu ola da bilər, olmaya da. Amma artıq ortalıqda mətn olacaq. Vacib olan budur! Velosipedi sürməyi bir dəfə öyrənirsən.

“Fələk qırmancı” öz missiyası ilə maraqlıdır. Haqqı verilməyənlərin haqqını vermək cəhdi bu romanı Sizif zəhmətinin yaxşı mənada parodiyasına çevirir. Mən belə adamları tanıyırdım. “Ya ədəbiyyatın şah damarını tutacağam, ən ölməz nöqtəsinə qalxıb orada əbədi bərqərar olacağam, ya da heç nə… özümü bu dünyadan götürüb çıxıb gedəcəyəm…” Təxminən belə. Zaman keçdi, şah əsərlər görünmədi, çıxıb gedənlər isə oldu. Onları birləşdirən bir məqam vardı: hamısı sözünü tuturdu. Özlərini bizim yaddaşımıza buraxıb bir-bir yox olurdular.

Bihudə zəhmətdir. Bizim yaddaşımızdan başqa yaddaşlara yol, cığır açmaq cəhdini deyirəm. Amma şərəfli işdir.

Mən, əlbəttə, xatırlayıram, mən Mehdi Bəyazidi tanıyırdım. Bu tanışlıq məktəb illərinə təsadüf edir. O zaman o, Mehdi Bayramov idi. Bir sinifdə, təxminən, 5-cidən 9-cuya qədər bir yerdə oxumuşduq. Sinifdə bizi birləşdirən məqamlar çox idi. Ən vacibi, ikimiz də şeir yazırdıq. Onların evlərində olmağım da yadıma gəlir. Anası ilə Əlyazmaları İnstitutunun həyətində qalırdılar. Yaxınlığımız var idi. Məncə, sinifdə məndən başqa heç kim onların evində olmamışdı.

Bəlkə də yanılıram. Mənim tanıdığım Mehdi Qan Turalının Mehdisi deyil. Romandakı Sufi Şeyxində olan kimi mənim tanıdığım, hətta dostluq etdiyim Mehdinin də son dərəcə gözəl xətti var idi. Mənim o “nəstəliq” bu gün də gözümün qabağındadır. Hərflər eynən mirvari kimi bir-birinin yanına düzülürdü. Bəyazid qalasının ölümsüz əsgərləri kimi… Amma bəlkə də qala Bəyazid deyildi, başqa qala idi… Mənim tanıdığım Mehdi gözəl şeirlər yazırdı. Yaşından yaşlı idi şeirləri. Sintaksisi sirli və hardasa qoca idi. Özünün isə nə yaşı vardı ki…

Mehdi bizim sinifdən tez getdi. Məktəbi bir yerdə bitirmədik. Gedən kimi də bir parça əppək oldu, göyə çəkildi. Bir də onun haqqında çox sonralar - ədəbiyyatda olub, ədəbiyyatı tərk edib gedəndən sonra, dünyasını dəyişəndən sonra eşitdim. O, Bəyazidə dönəndən sonra. Bunun özü əməlli-başlı romandır. Niyə belə oldu - sirri-Xuda. Anlaya bilmirəm. Başqa-başqa ədəbi məkanlarda idikmi?! O, məni asanlıqla tapa bilərdi… Bəlkə axtardı - bilmirəm. Bildiyim odur ki, nə qədər tanıyıb hörmət elədiyim ədəbiyyat adamı onun xatirəsini bu gün də minnətdarlıqla anır.

İndi Qan Turalının romanını oxuyub düşünürəm: İnsan üçün ən vacib olan, amma ən vacib olan elə budur: minnətdar olmağı bacarmaq. Qan Turalının romanı minnətdar olmağı unutmayanların, unuda bilməyənlərin romanıdır.

Əlbəttə, bu roman mətn içində mətn deyil. Bunu belə yazmaq mətn arxitektonikasını duya bilməməkdəndir. Bu romanda isə qarşılaşdığımız, sadəcə, mətnlərin parça-parça edilib bir-birinin yanında, bir-birinin içində yox, ard-arda yer almasıdır. Mətn içində mətn bir başqa şeydir. Klassik nümunəsi “Xortdanıncəhənnəm məktubları”ndakı “Odabaşının hekayəti”dir. Amma orası da var ki, Qan Turalıda məqsəd heç də mətnlə oynamaq deyil. Bu, öz-özünə gəlir. Hislər adamı hər tərəfdən bürüyəndə sən o hisləri sahmana salmağa məcbursan və bunu etməyə çalışırsan.

Qan Turalı bu romanda həyəcanlıdır, hardasa təngnəfəsdir: elə bil, onu bürüyən hislərdən hansınısa itirəcəyindən qorxur. Amma yenə də təmkini onu tərk etmir.

Qan Turalı həssas bir dirijordur. Sufi parçaları ilə bağlı hissələrin “bəhri” ilə «Mehdi» hissələrinin “bəhri” ayrı-ayrıdır – biri sakit, aramlı rəməl bəhridir, o biri tələskən səri bəhri… Və hər ikisi bir vahid ritmin içində əridilir.

Qan Turalı maraqlı nağılçıdır. Əvvəlki hövsələsizliyi burda yox kimidir. Səbrlə mənəvi arxeologiya dediyimiz pilləkənlə dərinliklərə enə bilir.

Ən vacib olanı isə - Qan Turalı öz mətninin içində yoxdur. Təhkiyə 1-ci şəxsin adından aparılsa da, biz müəllifi görmürük. Vaxtilə Nərimanın möhtəşəm «Yolçu» romanı ilə bağlı mən bu münasibətlə yazmışdım. Bu, əlbəttə ki, ədəbi hünərdir. Belə olarkən bütün ədəbi energiya personajların üstünə düşür. Qoşqunu onlar özləri çəkməyə məhkumdurlar. Belədə potensial daha diqqətlə «şumlanır», yeni bədii cığırlar açılır.

«Fələk qırmancı» artıq eksperiment deyil. Əxlaqa, mənəvi və fiziki yaddaşa, özünəqiymətverməyə, tərbiyəyə və sosial mühitə yönəli bir əsərdir. Fikir verdinizmi, ədəbi dəyərlərə demədim. Çünki, mətn, əslində, özündə ədəbiyyatdan başqa hər şeyi daşımalıdı. Ədəbi eksperimentlər elə bu sadalananları əldə etmək üçün ortaya atılır. Deməli, məqsədə nail olunub.

Amma əsas məsələ məqsəd də deyil. Səni düşündürən, səninlə «danışan» mətn varsa, qalanı təfərrüatdır.

Oxşar xəbərlər

Xəbər lenti

Biz tərəflər – Şərif Ağayardan hekayə
16:30 31 İyul 2021
"Memati" yeni serialda rol alacaq
15:00 31 İyul 2021
Aydın Xırdalanlı ölüm anında hansı videoya baxıb – Maraqlı Faktlar
13:30 31 İyul 2021
ADU-da Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub
12:52 31 İyul 2021
Flora Kərimova "Şərəf" ordeni ilə təltif olundu
11:48 31 İyul 2021
Ayaz Salayev: "O Ittifaqın başında bizə yaraşmayan insan dayanıb" - Müsahibə
11:33 31 İyul 2021
Tünzalə Ağayeva Türkiyəyə yardım göndərdi
10:26 31 İyul 2021
Ən başıbəlalı mahnımız: Onu Fatimeyi-Zəhraya, Şah İsmayıla və Cəfər Cabbarlıya nə bağlayır?
09:02 31 İyul 2021
Facebookda tənha insanları necə tanımaq olar?
21:00 30 İyul 2021
Ssenaristlər üçün Yay Məktəbi təşkil olunur
19:00 30 İyul 2021
Şəhidlərə həsr olunmuş kitab işıq üzü görüb
18:05 30 İyul 2021
Ürək dil acır ki, sönməmiş odum - Səməd Vurğundan şeir çələngi
17:30 30 İyul 2021
Qısa hekayə: Yanğın
16:23 30 İyul 2021
Hüquqşünas teatra rəhbər gəldi
15:30 30 İyul 2021
Xalqı efirdən partizan hərəkatına çağıran Xalq artisti - O, İlhamə Quliyeva ilə eşq yaşamışdımı?
14:26 30 İyul 2021
Türkiyə evimizdir - evimiz yanır
13:51 30 İyul 2021
Rejissorumuz beynəlxalq festivalda jüri sədri oldu
13:06 30 İyul 2021
İçimizi yanır! – Türk sənətçilərin yanğın harayı
12:20 30 İyul 2021
Yazıçımız Beynəlxalq ədəbiyyat festivalında qalib gəldi
11:41 30 İyul 2021
Ssenarimiz Ukraynada ən yüksək balı topladı
11:05 30 İyul 2021