Ötən il 89 milyon dollar qazanan yazıçı - SİYAHI

Ötən il 89 milyon dollar qazanan yazıçı - <span style="color:red;">SİYAHI
13 aprel 2016
# 15:37

“Forbes” jurnalı 2015-ci ilin ən çox qazanan yazıçıların siyahısını açıqlayıb. Kulis.az siyahını təqdim edir.

1) James Patterson – 89 milyon dollar

Triller romanları ilə tanınan 69 yaşındakı amerikalı yazar Petterson gəlirinin böyük qismini “Page Turner” xeyriyyə cəmiyyəti vasitəsilə kitabxanalara, universitetlərə və dövlət arxivlərinə bağışlayır. Pettersonun bu günə qədər kitabları 300 milyondan çox satılıb. Yazıçı 19 dəfə “New York Times”ın siyahısında “Ən çox satılan yazar” olub.

2) John Qreen – 26 milyon dollar

“Eyni ulduzun altında”, “Alyaskanın izində”, “İlk sevgi”, “Eşq baharı gözləməz” kimi kitabların müəllifi olan 38 yaşındakı Con Qreenin “Eyni ulduzun altında” və “Kağızdan şəhərlər” kitabları əsasında film çəkilib.

3) Veronica Roth – 25 milyon 400 min dollar

“Uyğunlaşmayan”, “Qanunsuz”, “Davamçı” trilogiyası ilə 27 yaşındakı Veronika Roç üçüncü yerə sahibdir.

4) Danielle Steel – 25 milyon dollar

Bulvar romanları ilə tanınan Danielle Steelin kitabları 500 milyondan çox satılır. “Uzun metrajlı hüznlər”, “Məni belə sev”, “Zoya” kimi kitabların müəllifi olan Danielle 68 yaşındadır.

5) Jeff Kinney – 23 milyon dollar

“Sadəlövh Qreqin gündəliyi” ilə populyar olan yazar eyni zamanda “Dünyanın ən təsirli 100 adam”ı siyahısında da yer almışdı.

6) Janet Evanovich – 21 milyon dollar

Uzun illər eşq romanları ilə tanınan müəllif siyahıda 6-cı yerdədir. Macəra və detektiv ustası hesab olunur. Romanlarında öz ayaqları üzərində durmağa çalışan şəhər qızı Stepan Plumun hekayəsindən bəhs edilir.

7) J. K. Rowling – 19 milyon dollar

“Harri Poter” seriyasının müəllifi J. K. Rowling siyahının ən maraqlı imzalarındandır. 50 yaşındakı yazar bu il də 19 milyonla siyahıda yer aldı.

8) Stephen King – 19 milyon dollar

Qorxu və triller romanlarının müəllifi Stefan Kinq “Qara qüllə” seriyasının da yazarıdır. “Yaşıl yol”, “Parıltı”, “Əsarətin bədəli” kimi kitabları Hollivud filmlərinə ilham verib.

9) Nora Roberts – 18 milyon dollar

Bu günə qədər 200-ə yaxın kitabı çap olunub. Macəra və eşq mövzularında yazır. 65 yaşındakı Nora Roberts “Qara cadu”, “Sabah və həmişə”, “Ağ xəyallar” kimi tanınmış əsərlərin müəllifidir.

10) John Grisham – 14 milyon dollar

61 yaşındakı yazıçı əvvəllər vəkil kimi işləyib. “Öldürmə zamanı”, “Şirkət” kimi əsərlərin müəllifinin kitabları 29 dildə çap olunub.

# 2119 dəfə oxunub

Oxşar xəbərlər

"Xatirə və gerçəklik arasında incə  sərhəd..."  - "Torpağın ruhu" oxucuya nə deyir?

"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?

18:45 23 iyun 2026
Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

15:45 23 iyun 2026
Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

15:00 23 iyun 2026
"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

10:00 23 iyun 2026
"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər