news-inner
clock21:00 calendar-gray 23 Avqust 2017 view-gray535 dəfə oxunub
view-gray535 dəfə oxunub

Lələtəpə əfsanəsi

Bu gün Cəbrayıl və Füzuli rayonlarının işğal günüdür. Kulis.az bu münasibətlə Ramilə Qurbanlının "Lələtəpə əfsanəsi" yazısını təqdim edir.

Ora elə-belə adi təpə deyil. Söhbət həmin o Lələ təpədən gedir ki, elatın ən hündür məkanıdır, müqəddəsdir, doğmadır və... hərbi baxımdan strateji yüksəklikdir. Ordan baxanda Beyləqana qədər, yəni Cəbrayılın və Füzulinin əksər kəndləri, Arazboyu əl içi kimi görünür, deməli ...

Bunu nənəmdən eşitmişdim, Lələ təpə əfsanəsini, çox balaca idim o zaman. Bu günlərdə yaddaşımın hansı küncündəsə nənəmin dediyi bayatı süzülüb gəldi dilimə

Lələ bir koma tikdi

Ağzını günə tikdi.

Nə qədər düşündümsə qalanı yadıma düşmədi, əfsanəni xatırlaya bilmədim. Getdim anamım hüzuruna, Firuzə müəllimə açdı sinəsini.

Keçmiş zamanlarda Qarabağ elatında bir tacir varmış, işinə görə ömrü yollarda keçərmiş. Bu tacir varlı-hallı adammış, quş südü də tapılarmış süfrəsində. Özü də xeyirxah adam kimi elatda ad çıxarıbmış, qapısına diləyə gəlmiş hər kəsi razı yola salarmış. Amma kişinin övladı olmurmuş, bu dərd onu için-için yandırıb qovururmuş. Övrəti də bu üzdən gizlinə çəkilib Allaha yalvarar, göz yaşları tökərmiş.

Bir gün tacir yenə uzun yola hazırlaşır. Övrəti yol tədürükü görür, kişinin boxçasını hazırlayırdı. Dəvə karvanı yola hazır olanda tacir arvadını çağırıb həmişəki kimi Allah əmanət ol - deyə tapşırır: “ Amma bu dəfə qayıdanda səni həyətdə beşik yelləyən görməsəm, öldürəcəm-əlavə edib başıaşağı, qadının üzünə baxmadan yola düzəlir.

Vədə tamam olur, bir gün nökər qaçaraq gəlib xanıma ağanın gəldiyini xəbər verir. Qadın naçar qalıb neynəyəcəyini bilmir, kişi məni beşik yelləyən görməsə öldürəcək-deyə tez iki ağacın arasından bir beşik asır, uzunsov daş götürüb onu bələyir, sonrası Allaha pənah deyib, başlayır yelləməyə.

Tacir uzaqdan övrətinin həyətdə beşik yellədiyini görüb ətrafdakılardan soruşur: “Mən xəyal görürəm yoxsa arvad beşik yellədir”. Ətrafındakılar sevincək onun xəyal görmədiyini təsdiqləyirlər.

Tacir beşiyə yaxınlaşıb dərhal “uşağı” qucağına götürür. Qadın heyrətindən özündən gedir. Bələyə bükülmüş daş kişinin qucağında gülən körpəyə çevrilir.

Uşağın adını Lələ qoyurlar, mənası tək, yeganə, çoxdan gözlənilən deməkdir.

Oğlan yeniyetmə yaşına çatanda tacir ömrünü ona tapşırıb dünyadan köçür.

Bir gün Lələ tay-tuşları ilə dərədə oynayanda sözləri çəp gəlir, savaşırlar. Tay-tuşları ona “sən özünü adam hesab eləmə, daşdan yaranandan adam olmaz” deyə tənə edirlər. Lələ evə gəlib məsələni anasına danışır. Qadın anlayır ki, daha bundan sonra həqiqəti Lələdən gizlətmək olmaz. Açıb hal-qəziyyəni ona nəql edir. Lələ özünü tanıyandan meyl saldığı sazı da götürüb evdən, bu el-obadan çıxır, baş götürüb gedir.

İllər keçir. Lələ uzaq ellərdə el şənliklərində saz çalıb oxumaqla özünə çörək pulu qazanardı.

Mən daşam daşdan yarandım

İnsanlardan tez usandım.

Axşamlar isə elatdan uzaqda hündür bir təpəcikdə özünün tikdiyi komaya çəkilib gecələyir, heç kimlə kəlmə kəsmir öz aləmində ömür sürürdü. Bu heç kimlə kəlmə kəsməyən haqq aşığı (artıq onu belə tanıyırdılar) birinin başına ağrı gələndə bircə dəfə əlini səssiz-səmirsiz ağrıyan yerə çəkməklə onu sağaldarmış.

Zaman keçdikcə insanlardan qaçan Lələyə doğru insanlar özü gəlməyə başlayır, hamının işi ondan keçir, Lələ hər kəsin dərdinin əlacını tapırdı. Onun məskunlaşdığı təpə el arasında Lələ təpə adlanmağa başlayır. İnsanlar yavaş-yavaş o təpənin ətəklərində yurd etdikcə məkan Lələ təpə yurdu kimi tanınır.

Lələ bir koma tikdi

Ağzını günə tikdi -deyə el-oba onun öz təbirincə ona bayatılar qoşardı. Onu sevir, ona hörmət edir, bəzən hətta gizlində ondan qorxardılar.

Bu minvala zaman axıb gedir. Bir gün Lələtəpə elatı Lələnin komasından heç çıxmadığını görüb onu ziyarətə gedirlər və görürlər ki, Lələ sazı da əlində oturduğu yerdə dünyasını dəyişib. Ahıllar Lələni elə həmin təpədə öz komasının yanında dəfn etməyi məsləhət görürlər. El arasında ilahiləşən Lələnin dəfn olunduğu həmin yer sonradan ziyarətgaha çevrilir. Ətraf elatlardan, kənar ellərdən o təpəni ziyarətə gəlirlər. Bu əhvalat dillərdə əfsanəyə çevrilir, ona bayatılar qoşulur.

Lələ də öldü getdi

Ömrünü böldü getdi

Lələnin qəbri üstə

Gör kimlər gəldi getdi.

Zaman at üstündə gəlib keçir. 90-cı illərdə Lələtəpə yurdu Cəbrayıl rayonu ərazisində Cocuq Mərcanlı kəndinin məzarlığına çevrilir. İnsanlar öz əzizlərinin ruhuna hörmət əlaməti olaraq onları həmin ziyarətgahda dəfn edirdilər. 1993-cü ilin payızında erməni vəhşiləri Qarabağ elatına hücum çəkib müqəddəs Lələtəpəni də işğal edirlər. O yurd üzərində qanlı döyüşlər gedir, neçə-neçə igid Azərbaycan oğulları şəhid olur. 23 il işğalda inləyən Lələtəpə yurdunu nəhayət ki, 2016-cı ildə Azərbaycan oğulları düşmən tapdağından azad edirlər. Bu gün Lələ təpədə bayrağımız dalğalanır. Aşıq Lələnin, orda uyuyan ata-babaların, uğrunda qurban gedən şəhidlərin ruhu o müqəddəs yerdə rahatlıqlarına qovuşublar. Elat geri, öz yurduna qayıdır...

Ora elə-belə adi təpə deyil. Söhbət həmin o Lələtəpədən gedir ki, elatın ən hündür məkanıdır, müqəddəsdir, doğmadır və.. strateji yüksəklikdir. Ordan duranda Beyləqana qədər, yəni Cəbrayılın və Füzulinin əksər kəndləri, Arazboyu əl içi kimi görünür, deməli ...

2016

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır - Qorxmaz Quliyev yazır...
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020