Şalvarına şeir yazan şair

Şalvarına şeir yazan şair
8 aprel 2016
# 12:06

Bilinən və bilinməyən Nazim Hikmət

Türkiyədə sərbəst nəzmin ilk təmsilçisidir.

Sərbəst vəzndə yazmağına böyük rus şairi Vladimir Mayakovskinin xeyli təsiri olub. İlk dəfə Mayakovskinin şeirinə Batumidə oxuduğu bir qəzetdə rast gəlib.

İlk şeirini 1915-ci ildə, 13 yaşında yazıb. Şeir “Yanğın” adlanır.

Çox vaxt ağ şalvar geyinərdi, ağlına bir misra gələn kimi ora qeyd eləyərdi.

Məhşur şair Yahya Kamal Nazim Hikmətin ögey atası olub.

Tanınmış türk şairi Oktay Rıfat Horozcu isə əmisi oğludur.

Yahya Kamalın ölümünə həsr olunduğu deyilən "Səssiz gəmi" şeiri əslində Nazım Hikmətin anası Cəlilə xanıma ithaf olunub.

Bir gün Pablo Nerudadan soruşurlar: "Öncül şairlərə yer verəcəyiniz bir antologiya hazırlasaydınız, həmin antologiyada Nazım Hikmətə də yer ayırardınızmı?" Pablo Nerudanın cavabı belə olub: "Əgər tək bir şairdən ibarət antologiya hazırlasaydım, bu şair Nazim Hikmət olardı."

"Akşam", "Son Posta", "Tan" qəzetlərində "Orxan Səlim" imzasıyla yazıları çap olunub.

Türkiyə Kommunist Partiyasının üzvü olub və 11 iddiadan mühakimə olunub.

1951-ci ildə türk vətəndaşlığından çıxarılıb. Ölümündən 46 il sonra 2009-cu ildə vətəndaşlığı geri qaytarılıb.

"Yeni dünya" adlı gəmiylə Anadoluya gizlin yolla keçən Nazim Hikmətin saxta pasportunda "Yumurta alverçisi" yazılmışdı.

Həyatının 12 ildən çoxunu həbsxanada keçirib.

Həbsxanada gördüyü su işgəncələrinə görə suya nifrət edərdi. Çimməzdi, odekolonla silinib təmizlənərdi. Buna görə də yeddi il birlikdə yaşadığı rus əsilli həkim həyat yoldaşı Qalinayla tez-tez mübahisələri olurdu.

Freydi oxumuş, uzun müddət təsirindən çıxa bilməmişdi. Həyatına çoxlu qadın girən şairin ilk aşiq olduğu qadın anasıdır.

1963-cü ilin 3 iyununda səhər saat 06.30-da qəzet almağa gedərkən infarkt keçirib və dünyasını dəyişib.

Məzarı Moskvadadır.

# 2398 dəfə oxunub

Oxşar xəbərlər

"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?

"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?

15:00 19 fevral 2026
“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

14:54 18 fevral 2026
Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

11:30 18 fevral 2026
Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

13:00 17 fevral 2026
"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara  xərclədiyimiz pulu niyə kitablara ayırmırıq?

"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara xərclədiyimiz pulu niyə kitablara ayırmırıq?

12:00 17 fevral 2026
Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... -  Sual soruşmağı kim yasaqlaya bilər ki?

Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... - Sual soruşmağı kim yasaqlaya bilər ki?

17:20 10 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər