Azərbaycan musiqisinə həsr olunmuş kitab ABŞ-da çap olundu

Azərbaycan musiqisinə həsr olunmuş kitab ABŞ-da çap olundu
30 mart 2016
# 12:05

ABŞ-ın nüfuzlu İndiana Universitetinin Press nəşriyyatında tanınmış Azərbaycan musiqişünası, Bakı Musiqi Akademiyasının professoru Aida Hüseynovanın “Azərbaycan musiqisi: muğamdan operaya doğru” adlı sanballı elmi monoqrafiyası işıq üzü görüb. Kulisin məlumatına görə bu, ABŞ-da dərc olunan müasir Azərbaycan musiqisinə həsr olunmuş ilk nəşrdir.

Kitabda Azərbaycan musiqisinin Şərqlə Qərbin sintezi məcrasında əldə olunmuş nailiyyətlərindən ətraflı bəhs edilir. Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, eləcə də digər Azərbaycan bəstəkarlarının əsərləri təhlil olunur, ifaçılarımızın, caz ustalarımızın fəaliyyətindən məlumat verilir. Sovet dövrünün musiqimizə göstərdiyi müsbət və mənfi təsiri, eləcə də müasir Azərbaycan musiqisinin nailiyyətləri və problemləri də müəllifin diqqət mərkəzindədir. Azərbaycanın ağrılı yarası olan Qarabağ probleminin Azərbaycan musiqisinin durumuna göstərdiyi təsirindən də söhbət açılır.

Aida Hüseynova ABŞ-nın İndiana Universitetində dərs deyir. Həmçinin o, dünya şöhrətli violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi İpək Yolu Ansamblı ilə birgə elmi məsləhətçi və tərcüməçi kimi çalışır. Həmin ansamblın layihələri əsnasında o, böyük muğam ustası Alim Qasımov və Fərqanə Qasımova ilə əməkdaşlıq edərək Amerika səfərlərində onlarla birlikdə olur, konsertlərində giriş sözü ilə çıxış edir.

2009-cu ilin iyununda Aida Huseynova, Yo-Yo Manın, Alim Qasımovun və İpək Yolu ansamblının ABŞ-nın tanınmış Linkoln Mərkəzində keçirilən konsertinin canlı yayımının məsləhətçisi olmuşdur. Aida Hüseynova, Alim Qasımovun dünya şöhrətli Kronos Kvarteti ilə birgə apardığı layihələrin də iştirakçısı olub.

Aida Hüseynova Azərbaycanda dörd kitab və yüzdən artıq elmi və elmi populyar məqalələrin müəllifidir. Onun elmi əsərləri Azərbaycanda, Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Fransada, Hollandiyada və Rusiyada işıq üzü görüb. O, ABŞ və Avropanın bir çox universitetlərində, o cümlədən ABŞ-nın Harvard, Prinston, Kolambiya, Berkli və Stanford universitetlərində, eləcə də İngiltərənin Kəmbric universitetində mühazirələrlə çıxış edib.

Özündə Azərbaycan musiqisi və mədəniyyətinin incilərini əks etdirən, Aida xanımın müəllifi olduğu DVD ABŞ-da işıq üzü görüb.

Aida Hüseynova Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Azərbaycanın Milli Musiqi Şurasının baş katibidir.

# 3260 dəfə oxunub

Oxşar xəbərlər

Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan  "Qraf Orqasın dəfni"

Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan "Qraf Orqasın dəfni"

14:30 1 oktyabr 2026
Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

15:30 29 sentyabr 2026
Derbi - Vüsal Bağırlının yeni hekayəsi

Derbi - Vüsal Bağırlının yeni hekayəsi

12:00 29 sentyabr 2026
Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

17:00 28 sentyabr 2026
“Dodaqların səninçün öpülməmiş saxlaya” - İlkin Naibin yeni şeirləri

“Dodaqların səninçün öpülməmiş saxlaya” - İlkin Naibin yeni şeirləri

15:00 28 sentyabr 2026
Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq...  - Feminizm mövzusunda 10 məşhur əsər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq... - Feminizm mövzusunda 10 məşhur əsər

14:00 27 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər